XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

17 Mart 2015 - 08:02

Azərbaycanın xaricdə təhsil proqramında dəyişiklik olacaq
Azərbaycanın xaricdə təhsil proqramında dəyişiklik olacaq
“Azərbaycanın xaricdə təhsil proqramının fokusu dəyişdirilir”.
APA-nın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda təhsil naziri Mikayıl Cabbarov deyib.
“Bununla da biz bu proqramın birinci mərhələsinin sonuna gəlirik. Keçən həftə ikinci proqramın məhsuldar müzakirəsi keçirilib. Artıq proqramı fokusu dəyişdirilir. Belə ki, azərbaycanlı tələbələri xaricə göndərməklə yanaşı, xarici ali təhsil müəssisələrinin professorlarını öz ali təhsil müəssisələrimizdə fəaliyyət göstərmək üçün Azərbaycana dəvət edəcəyik”, – deyə M. Cabbarov bildirib.
Onun sözlərinə görə, yalnız son iki ildə xaricdə təhsil proqramı çərçivəsində 1300-dən çox gənc xaricdə təhsil almağa göndərilib. Onlardan 900 nəfər gənc bu gün istər dövlət, istərsə də özəl sektorda xaricdə əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edir.