XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 13:01

Məktəb direktoru olmaq istəyənlər oxusun… –Təhsil Nazirliyi müsabiqə elan elədi

tehsil-nazirliyi-manset

Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.

İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.

Müsabiqədə ali pedaqoji təhsili olan və 5 (beş) il pedaqoji iş təcrübəsinə malik şəxslər iştirak edə bilər.

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, oktyabrın 2-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər. 

APA