XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

17 Mart 2015 - 08:10

Şəhid ailə başçısı övladı ilə bağlı Prezidentə müraciət etdi

Şəhid ailə başçısı, Şuşa rayonundan məcburi köçkün Şükufə Abbasova prezident İlham Əliyevə övladı Gəraylı Samir Sabir oğlu ilə bağlı müraciət ünvanlayıb.

Strateq.az-a daxil olan həmin müraciəti olduğu kimi təqdim edirik:

“Möhtərəm prezidentimiz!

Sizə «Daşaltı» əməliyyatında şəhid olan Rüstəmov Sabir Gəray oğlunun həyat yoldaşı müraciət edir. Hal-hazırda mənim üzərimdə iki uşaq var və qızım ağır xəstədir. Ağır şəraitdə Bakıda kirayədə yaşayırıq.

Möhtərəm prezidentimiz!

Oğlum Gəraylı Samir Sabir oğlunun idarə etdiyi avtomaşın 10 sentyabr 2014-cü ildə Bakı şəhəri Nizami rayonu ərazisində Ombudsman Aparatının əməkdaşı Fəzail Həsənova məxsus avtomobil ilə toqquşmuş və nəticədə hər iki avtomaşına maddi ziyan dəymişdir. Həmin faktla bağlı Nizami rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilmişdir. Nizami rayon məhkəməsinin hakimi Ramil Həsənov oğlum Samir Gəraylının gənc olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, şəhid övladı olmasını, Şuşa rayonundan məcburi köçkün düşməyimizi, kirayədə yaşamağımızı, çətin ailə vəziyyətimizi və zərər çəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməyimizi nəzərə almamış və cinayət məcəlləsin 263.1-ci maddəsində cərimə və islah işləri kimi alternativ cəza növləri olsa da ən ağır cəzanı yəni 1 il üç ay azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Halbuki, ailəmizin tək qazanc gətirəni oğlum Samir Gəraylının azadlıqdan məhrum edilməsi onsuzda ağır vəziyyətdə yaşayan ailəmizin vəziyyətini dahada ağırlaşdırmışdır. Bu səbəbdən 18 fevral 2015-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik. Şikayətimizə 19 mart 2015-ci il tarixdə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baxılacaq və bir şəhid ailəsinin gələcəyi ilə bağlı qərar veriləcək. Məhz buna görədə sizə şəhid ailə başçısı, məcburi köçkün və bir ana kimi müraciət edərək oğluma köməklik göstərməyinizi xahiş edirəm. İnanmaq istərdim ki, sizin humanist səyləriniz nəticəsində bu ədalətsizliyə son veriləcək. çünki Ombudsman Aparatının əməkdaşı Fəzail Həsənov öz vəzifə imkanlarından istifadə edərək oğlumu həbsxanaya salmaq üçün hakimlərə təzyiq edir və bunun üçün Ombudsman Aparatının nüfuzundan istifadə edir.

Mən dəfələrlə Ombudsman Elmira Süleymanova ilə göşrüşmək istəsəm də, məni ombudsmanın qəbuluna buraxmırlar. Möhtərəm prezidentimiz sizdən xahiş edirəm ki, Ombudsman Aparatının Apellyasiya məhkəməsinə etdiyi təzyiqin qarşısının alınmasına köməklik göstərəsiniz.

İnanıram ki, Bakı Apellyasiya məhkəməsinin hakimi Sahibxan Mirzəyev oğlum barəsində Azərbaycan Respubilkası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş digər cəza növləri, yəni islah işləri və ya pul cəriməsi ilə əvəz edəcək.

Cənab prezidentimiz bizim son ümid yerimiz sizsiniz.

Hörmətlə şəhid ailə başçısı Şükufə Abbasova”