XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 16:14

“Xəstəsi çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər” –Yeni qanun hazırlanır

xestexana-tecili

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, əgər maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əmək haqqı da artacaq.

Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişiləcək: “Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişlər adambaşına olacaq. Bu isə həkimlərin əmək haqlarının artımına səbəb olacaq. Xəstəsi çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”. 

APA