XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 23:36

Bakıda təqribən 120-130 ev sürüşmə təhlükəsindədir –VİDEO

surusme

Payız fəsli ilə əlaqədar yağıntıların çoxalması səbəbindən ölkədə sürüşmə zonaları yenidən aktivləşib.

Strateq.az ARB 24-ə istinadən xəbər verir ki, fəallaşmayla əlaqədar Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Zığ və Masazır qəsəbələrində monitorinqlər aparıblar.

Nəticələrə əsasən, paytaxt üzrə ən təhlükəli sürüşmə zonası Zığ qəsəbəsidir. Sürüşmə zonasındakı çatlar 1-2 santimetr böyüyüb. Zığ qəsəbəsində olan bir neçə yaşayış evi təhlükə altındadır. Bəzi sakinlər təhlükəsiz əraziyə köçürülüb.

Coğrafiya İnstitunun direktor müavini Elbrus Əlizadənin sözlərinə görə, evlərin çoxu həmin zonadadır: “Sonuncu yağışdan sonra, orada, artıq, gözəçarpan aktivləşmə müşahidə olunur. Hətta, evlərin bəzilərində olan çatların genişlənməsi gözlə də görünür. Bunun nəticəsində də, təqribən 120-130 ev həmin təhlükəli zonadadır”.

Qəsəbədə sürüşmənin qarşısını almaq və fəsadları minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görülür. Masazır qəsəbəsində isə aktivlik özünü sürüşmədən daha çox çökmə prosesi ilə biruzə verir. Azərbaycanın digər rayonlarında da fəallaşma müşahidə edilir. İsmayıllı-Ağsu-Şamaxı zonasında yüksək fəallaşma var. Lənkəran, Şabran-Xızı zonasında isə nisbi aktivlik qeydə alınıb.