XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 12:48

Hava dəyişəcək:İntensiv yağış yağacağı gözlənilir

Hava Bakı

Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər NAzirliyindən verilən xəbərə görə, sentyabrın 24-dən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək.

 Sentyabrın 23-ü gündüzdən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.