XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 23:39

Bakıda 12 yaşlı uşağın əməliyyatla cinsiyyəti dəyişdirən həkim danışdı –VİDEO

xestexana-daxili-

Bakıda 12 yaşlı uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdirilərək qadın edilib.

Əməliyyatı gerçəkləşdirən plastik-cərrah Dilqəm Məmmədov deyir ki, həm kişi, həm də qadın fiziki xüsusiyyətlərinin daşıyıcısı olan uşağın daxili orqanları qız, xarici orqanı isə kişi olub:

"Tibb elmində buna hermofroditizm deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni, “xy” yox, “xx” daşıyıcısıdır. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər alınıb".

Plastik-cərrah Dilqəm Məmmədov deyir ki, bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi.

Strateq.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: