XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 22:30

Azərbaycanda 222 hərbi qulluqçu mənzillə təmin olunacaq –Qərar

maliyye nazir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2016-cı il 23 sentyabr tarixində növbəti iclası keçirilib.

Strateq.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iclasda mənzil növbəsində olan 404 nəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul olunub. 

Bundan başqa Komissiyanın digər qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 304 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib.