XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 12:32

Dövlət Komitəsi ssenari yazmaq istəyənlər üçünmüsabiqə keçirir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial çarxların hazırlanması məqsədi ilə ssenari müsabiqəsinə başlayıb.

Komitədən Trend-ə verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN FM Radio ilə birgə əməkdaşlıq çərçivəsində sentyabrın 26-dan oktyabrın 30-dək audio sosial çarxların hazırlanması məqsədi ilə ssenari müsabiqəsi keçirəcək.

Bu müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərinin bir hissəsidir.

Müsabiqənin keçirilməsində məqsəd müvafiq sahədə problemlərin həlli istiqamətində maarifləndirmə işinin aparılmasına dəstək olmaqdır.

Müsabiqədə hər kəs iştirak edə bilər. Müsabiqəyə uşaq baxımsızlığı, ailədaxili və məişət zorakılığının ailənin psixoloji vəziyyətinə təsiri, insan alveri hallarının yaratdığı fəsadlar, sağlam həyat tərzi, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, qan qohumluğunun, erkən nikahın yaratdığı fəsadlar, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, ailədaxili münasibətlərin uşaqların təhsilinə, davranışına, psixoloji durumuna təsiri, valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsi mövzuları üzrə ssenarilər təqdim edilə bilər.