XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 16:24

Azərbaycan əlyazmalarına həsr olunanbeynəlxalq konfrans keçiriləcək

Bu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda birinci beynəlxalq konfrans keçiriləcək.

İnstitutdan Azərtac-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etməkdir.

Alim və mütəxəssislərin iştirak edəcəkləri konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.