XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 16:36

Daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyuldu –Vergilər Nazirliyi tərəfindən

vergi

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib.

Strateq.az xəbər evrir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Bildirlib ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin sayı 43 nəfər, fiziki şəxslərin sayı isə 31 nəfər artıb:

"Bunula da Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 893-ə çatıb. Onların 359 fiziki şəxs, hüquqi şəxslərin sayı 534 nəfərdir.

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir".