XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 16:58

Ölkədə bu gün notariat kontorları niyə işini dayandırıb?

notarius

Bu gün ölkə ərazisində fəaliyyət göstərən bütün notariat kontorları fəaliyyətini dondurub.

Bu barədə Sputnik-ə paytaxtda fəaliyyət göstərən notariat kontorlarından birinin rəhbəri məlumat verib.

Xəbərə görə, hadisəyə səbəb Ədliyyə Nazirliyinin notariat kontorlarına göndərdiyi məktub olub. Məktubda qeyd olunub ki, gün ərzində bütün alqı-satqı və digər işlər hamısı dondurulmalıdır. Məsələnin səbəbini öyrənməyə çalışsaq da, notariuslar bu haqda məlumatsız olduqlarını bildirdilər.