İri fermerlərin elektron xidmətlərdən istifadəsinə yardım göstərilib
“Güzəran” Sosial Araşdırmalar İB Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi həyata keçirilən “İri fermer təsərrüfatlarının elektron xidmətlərdən istifadəsinə yardım göstərilməsi” layihəsinin icrasını başa çatdırıb.
Strateq.az xəbər verir ki, layihənin əsas məqsədi iri fermer təsərrüfatlarının elektron xidmətlərdən istifadəsini genişləndirilməsinə nail olmaq idi.
Layihə çərçivəsində Tovuz, Lənkəran və Cəlilabad rayonlarında iri fermer təsərrüfatlarının menecmenti əməkdaşları üçün “İri fermer təsərrüfatlarına təqdim edilən elektron xidmətlər”ın mövzusunda seminarlar keçirilib. ümulikdə 3 seminar keçirilib və seminarlarda iri fermer təsərrüfatlarının idarəolunmasında iştirak edən 30-dan çox əməkdaş iştirak edib. Seminarlar zamanı layihə rəhbəri Qadir İbrahimli layihə barədə məlumat verib. Seminar iştirakçılarına ümumilkdə Azərbaycanda elektron hökumət quruculuğu ilə bağlı əldə olunan naliyyətlər barədə danışıb.
Layihə ekspertləri isə müvafiq dövlət qurumlarının fermerlər üçün təqdim olunan elektron xidmətlər barədə məlumat veriblər. Xidmətlərin reqlamentləri, istifadə qaydası barədə məlumat verilib. Elektron xidmətlər sınaqdan çıxarılıb. Həmçinin, elktron imza alınması ilə bağlı prosedurlar izah edilib. İştirakçıların sualları cavablandırılıb.
Onlarla elektron xidmətlərin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Təkliflərin müvafiq dövlət qurumlarına göndərilməsi tövsiyyə edilib. Həmçinin, elektron xidmətlərlə bağlı “qaynar xətt”lər barədə məlumat onların diqqətinə çatdırılıb.