XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 11:58

“Azercell”dən yeni sərfəli iPhone 6S kampaniyası –FOTO

azercell_logo_231013

Sürətli mobil interneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" öz abunəçilərini yeniliklərlə sevindirməkdə davam edir.

Belə ki, sentyabrın 30-u "Azercell-in bütün abunəçiləri üçün yeni inanilmaz fürsət təqdim olunub.

Beləliklə, yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell növbəti sərfəli iPhone kampaniyasını abunəçilərinin ixtiyarına verdi.

Güzəştli şərtlərlə iPhone 6S telefonuna sahib olmaq istəyən abunəçilər ayda cəmi 99 AZN ödəməklə ən müasir smartfon cihazı və Hədsiz Internet paketini əldə edirlər. Qeyd edək ki, həmin aylıq məbləğ daxilində abunəçilər 30GB həcmində mobil internet əldə edəcək və 100 mb/s sürətədək Azercell 4G xidmətinin üstünlüklərindən faydalana biləcəklər.  

Kampaniyaya qoşulmaq üçün abunəçilər paytaxt və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri, Ekspres Ofisləri, eləcə də, Azercell-in rəsmi diler dükanlarına müraciət edə bilərlər.