XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 10:45

Payız leysanlarla başladı, bəs qış necə keçəcək? –Proqnoz

b

Payız fəsli gələr-gəlməz artıq “şıltaqlığını” göstərməyə başlayıb. Sentyabrın 28-də paytaxt Bakıya və digər bölgələrə yağan leysan yağışları bunu deməyə əsas verir. Hətta bir neçə gün bundan əvvəl ölkənin Şimal-Qərb bölgəsində yerləşən Qax rayonuna ilk qar da yağmışdı. Bəs görəsən, payız leysan və qarla başlayırsa, bu il qış necə keçəcək?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov sualımıza bu cür aydınlıq gətirdi: “Qlobal istiləşmə ilə bağlı danışılanda daima bunun əleyhinə çıxırdım ki, heç bir qlobal istiləşmə yoxdur. Havalar gah isinir, gah soyuyur, uzağı 50-60 il bir-birini əvəz edir. Təxminən 45 ildir ki, soyuq havadan istiyə keçmə olub. İndi isə əksinə, istidən soyuğa keçid var. Bizdə yağıntıların miqdarı artıb. Bu da Sakit Okeanda olan El Ninyo cərəyanı ilə bağlıdır. Həmin cərəyan bu il sönüb, lakin suyun qızdırılması hələ də soyumur, su istiliyi özündən tez verir. Bu da onun nəticəsidir ki, indi soyuma prosesi baş verir. Açıq-aşkar şahidi olduq ki, yay ayı bu il bir aya yaxın gecikdi. İndi də ki, payız gecikir, qış da onu üstələyir. Buna görə də hələ ki biz alimlər belə dəqiq proqnoz verə bilmirik. 

Lakin proqnozlar onu göstərir ki, bu il qış sərt keçəcək, amma ola bilsin ki, qar bir qədər zəif olsun. Yəni bəzi yerlədə qar yağmaya bilər, amma şaxtalı keçəcəyi ehtimal olunur. 

Payız da sərin keçəcək, baxmayaraq ki, günəş çıxır. Lakin günəş isitmir, sadəcə, yer kürəsini işıqlandırır. Göründüyü kimi payızı qış üstələyir, onu qabaqlayır. Qış həm payızın vaxtını alır, həm də gələcək yazın vaxtını alacaq. Beləliklə, qış uzanır və bu da onu deməyə əsas verir ki, qış çox soyuq olacaq". (Müsavat)