XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2016 - 19:36

Sümük-əzələ ağrılarının səbəbiməlum oldu

Böyük Britaniyanın Mançester Universitetinin alimləri sümük-əzələ ağrılarının D vitamininin çatışmazlığı səbəbindən baş verdiyini sübut ediblər.

Azərtac svopi.ru saytına istinadla xəbər verir ki, mütəxəssislər 2 min 300 nəfəri təcrübəyə cəlb ediblər. Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, fiziki cəhətdən fəal olmayan və psixoloji pozğunluğu olan insanlarda xroniki ağrılara D vitamini çatışmazlığından yaranır.

Əvvəllər həkimlər sümük-əzələ ağrılarının radikulit üzündən baş verdiyini hesab edirdilər. Həkimlərin fikrincə, orqanizmdə D vitamininin kifayət qədər olmaması sümüklərin yumşalmasına gətirib çıxarır. Belə hallarda tədqiqatçılar günəş vannası qəbul etməyi məsləhət görürlər.