XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2016 - 16:36

Çex analitik Qərbin Yaxın Şərqdəki cinayətlərindən yazır:"Qərb Hitler kimi davranır” – Təhlil

su

Yirji Vıvadil

Parlamentní listy (Çexiya), 04.10.2016


Berlin divarının süqutundan sonra tam azadlıq, xalqlar arasında harmoniya dövrü gəlməliydi. Nəyləsə mələksayağı, çox gözəl və humanist sayılan Qərb modeli üstün gəldi. Hətta bu modeli hansısa dövrdə Rusiyada da qəbul etdilər, lakin liberal iqtisadçılar onu o qədər ultraliberalcasına qəbul etdilər ki, Rusiya Yeltsinin dönəmində kollaps yaşadı və indi liberalların şansı qalmayıb. 

Tamamilə mübahisəsizdir ki, olduqca önəmli dəyişikliklər baş verib: qıtlıq və çatışmazlıqdan əzab çəkən cəmiyyətdən praktik olaraq hər şeyə əli yetən cəmiyyətə çevrilmişik. Əlbəttə, başlanğıcda xaricə dincəlməyə getmək və yaxud ümumiyyətlə, səyahət etmək kimi bu cür dəyişiklikləri alıqışlayırdıq. Yəqin ki, bu gün bzdə ticarə mərkəzləri, yancaq doldurma stansiyaları hamıdan çoxdur. Bu, əvvəllər möcüzə idi, bu gün isə adi haldır.

Ədalət naminə qeyd etməyinə dəyər ki, bizim o cür alqışladığmız məsələlər “kommunist” Çinində on dəfə sürətlə baş verib və əlbəttə, bu gün hələ yuxarı təbəqəni demirik, əksəriyyətimiz Çinin orta təbəqəsi ilə müqayisə oluna bilmərik. Ona görə də özünü çox vaxt kobud aparan Çin tacirləri mal almağa gələndə çex alverçiləri onlara baş əyir. Rəqabət qabiliyyəti baxımından onların tayı-bərabəri yoxdur. Özü də mən, sadəcə, bütün sahələrdə mükəmməl texnologiyanın tətbiqindən danışmıram. Çin Kommunist partiyasının idarə etdiyi kapitalizm bizimkindən xeyli mütərəqqidir və sosial yönə getdikcə daha çox diqqət ayırır…

Yaxşı, əhalinin, təxminən, on faizi sistem dəyişilmədiyi halda yaşaya biləcəyindən xeyli yaxşı yaşayır. Adamların daha 20%-i bir qədər yaxşı, 40%-i həmçinin, 30%-i isə daha pis güzəran keçirir.

Lakin məqaləmdə söhbət bundan getmir.

Necə yaşamış olduğumuz və necə yaşadığımızın fonunda nəsə tam prinsipial bir hadisə baş verir. Məsələ bundadır ki, Qərb özünü necə aparır və bu, hansı nəticələrə səbəb olacaq, dəstəyi haradan alacağıq və harada bizə dəhşətli dərəcədə nifrət edəcəklər, kimə kömək edəcək və harada milyonları qətlə yetirəcəyik?

Əlbəttə, Putin bir məsələdə haqlıydı. Güclü Sovet İttifaqının iflası dünya  miqyaslı geopolitik fəlakət idi, lakin müxtəlif sahələrdə fərqli şəkildə üzə çıxıb.

Məsələn, Orta Asiya respublikalarının bu gün islam cihadçıları yığınına görə hansı problemlərlə üzləşdiyini görürük. Putin onların ipini yığardı, lakin yerli – hətta nüfuzlu – liderlər bunun öhdəsindən gələ bilmirlər.

Təəssüf ki, bir şey aydındır: SSRİ qalsaydı, İraqda, Liviyada müharibələr olmaz, Yuqoslaviyanın humanitar bombardmanı baş verməzdi. Məqaləmdə söhbət məhz bu haqdadır. Rəğbət doğurmayan, lakin, heç olmasa, dünyəvi avtoritar liderlər qalardı və – əlbəttə, terror vasitəsilə islam terrorçularını elə beşiyində də boğardılar. Bu gün bu, baş vermir və insanlar öz taleyindən narahatdırlar, lakin Qərb özülüyündə bunu əvvəlcədən həll edib.  

Əlbəttə, Sovet İttifaqı dağılmalıydı, çünki başa düşmürdü ki, çinlilər mərkəzləşdirilmiş olsa da, lakin bir neçə on illik ərzində on faizə yaxın iqtisadi artım zəmanəti verən və bütün Çin imperiyasını, bununla yanaşı bütün dünyanı dəyişən, olduqca effektli kapitalizm idarəçiliyi ilə  haqlıdırlar.

Sovetin mərkəzləşdirilmiş planlaşdırması son vintinə qədər səyələk idi, çünki məlum oldu ki, bütün bunlar işləmir. Yekunda nə vint var idi, nə də tualet kağızı. Buna görə də həm Sovet İttifaqı, həm də bizim sistem iflasa məhkum idi.

Məhz ABŞ-ın başçılığı ilə Qərbin qalib gəldiyi haqda ideya fikir doğurdu ki, onun həm də bütün dünyaya şərtləri diktə etmək haqqı var. Tarix yekunlaşmalıydı. Go west… (ingiliscə “Qərbə üz tut”-tərc.) Siyasətçlərin problemləri kəskinləşdirməyin lazım gəlmədiyini bilən hələ də yetkin və müdrik qismi – Fransua Mitteran, Jak Şirak, Helmut Şmidt, Herhard Şröder, bir də Nikola Sarkozi və Helmut Kol – bilirdilər ki, Rusiya Yeltsinin dövründə zəifləsə də, Avropanın bir hissəsidir və Rusiyaya hörmətlə yanaşmaq lazımdır.

Ola bilsin, bu sayğını Yeltsin doğurduğuna görə deyil, Rusiyanın yenilməz və XVII əsrdən – bəlkə də, daha erkən – başlayaraq Avropanın ayrılmaz, bəzən də ən mühüm hissəsi olduğuna görə.

Ümumiyyətlə, müdrik dövlət adamları gedib və yerinə Hitlerlə Napoleonun Rusiyada şiddətli cavab alaraq həlak olduğunu unudan dayaz Angela Merkellə cılız Fransua Olland gəlib.

Qərbdə mənasız bir ideya yaranıb ki, Rusiyanı darmadağın edərək məhv edəcək və sülh mükafatının sahibi, daha bir axmaq Barak Obamanın tez-tez təkrar etdiyi kimi, vur-tut, bölgə dövlətinə çevirəcək. Bunu ondan eşitmək, sadəcə, gülüncdür. Onun idarəçiliyinin sonunda ABŞ qədər aciz ölkə yoxdur. Deyəsən, yerli əhali ilə polis arasında müntəzəm atışma Amerika əyləncəsinə dönür. Respublikaçılarla demokratların düşərgələri o qədər parçalanıb ki, antoqonist, yəni yalnız kəskin və bəlkə də, zorakı münaqişəyə başlamaqla dəf ediləsi ziddiyyətlər mübarizəsinə dönüşüb. İrqçilik hələ heç vaxt bu qədər güclü olmayıb.

Ehtimal ki, dövlət katibi Kerri Obamanı eşidir, lakin Pentaqon ona tabe olmaqdan tam imtina edir. Əlbəttə, Pentaqonda Rusiya ilə dərhal hərbi toqquşma istəyirlər ki, gələcək prezidentə müharibəni davam etdirməkdən savayı bir yol qalmasın.

Və burada, nəhayət, məsələnin məğzinə yaxınlaşırıq. Dünyanın bundan sonra hara gedəcəyini həll edən düyün məqamı haradadır? Bu, 1990-cı ildən sonra yaşadıqlarımıza dönüş və yaxud sülh yoluyla getmək haqda sualdır.

Əlbəttə, Poroşenko istərdi ki, yazım: Ukrayna açar rolu oynayacaq. Lakin siyasətçilərinin ağlasığmaz və heç nə ilə möhkəmləndirilməmiş iddialarının məhv etdiyi bu ölkəni müzakirə etməyin mənası yoxdur.

Əksinə, açar ölkə Suriyadır – Təhlükəsizlik Şurasının bütün üzvləri – Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniyanın bu və ya digər dərəcədə hərəkətləndiyi, bölgə və maliyyə dövlətlərinin – Türkiyə, Səudiyyə Ərəbistanı, İran, İsrail və Qətərin özünü bəyan etdiyi, qaliblərin ümumi münaqişədə bölgəsəl və beynəlxlaq mövqelərini xeyli möhkəmləndirdiyi ölkədir.

Amerika və müttəfiqlərinin 1990-cı ildən əsas iş üsulu dövlət başçısınn devrilməsiylə bağlı zorakı hərbi əməliyyatlardır. Səddam Hüseyn bu cür devrilib və İraq bu gün bir tərəfdən dağılmış imperiyanı, digər tərəfdən islamçılıq və cihadçılıq qaynağını təmsil edir. Deyəsən, Britaniyanın istintaq məruzəsində üç milyon həlak olmuş haqda məlumat verilir. Keçmiş ölkə prezident Hüsnü Mübarəkin Qərbə münasibətdə, bəlkə də, ən nəzakətli olduğu Misirdə ABŞ-ın fəaliyyəti xüsusən dəhşətliydi. “Ərəb baharı” onu da süpürüb atdı.  

Barak Obamanın “Müsəlman qardaşlar” qarşısında etdiyi və onların prezidenti Mursini göylərə qaldırdığı nitqini hətta müəyyən vaxt keçdikdən sonra da dinləmək faydadlır. Lakin misirlilər səfeh deyillər və Baş qəragah rəisi Sisi həm “Müsəlman qardaşlar”ı, həm də Mursini hakimiyyətdən düzgün uzaqlaşdırıb.

Əlbəttə, Qahirədə Təhrir meydanında artıq o zaman toqquşmalar baş verəndə Qərbyönlü gənc prezident Bəşər əl-Əsəd hadisələri diqqətlə izləyirdi. Hələ bu yaxınlarada onu – KİV-lərin sevimlisini Qərbdə məmnuniyyətlə qəbul edirdilər: qırmız xalçadan ayaqaltılar, Sarkozi onun hər iki yanağından öpür, İngiltərə universitetində təcrübə toplamaq. Əsədin gözəl ingiliscəsi var və bütün mənalarda ingilis centlmenidir. Onun gözəl, mədəni, avropalı xanımı var…

“Ərəb baharı” başlarkən və sıra Suriyaya çatanda Əsədin hətta öz  xüsusi xidmətlərinə müracət etməyi də lazım gəlmədi – televizora baxmaq kifayət idi. ABŞ Mübarəki banan qabığı tək soyub atanda Əsəd anladı ki, mübarizə aparmalı və amerkalıların dəstəklədiyi (və yaxud ən azından, əngəl olmadıqları) rəngli inqilaba yol verməməlidir. İslamçılarla mübarizə apararkən onlardan daha qəddar olmaq lazımdır.

Əlbəttə, Əsədin adamları qəddar idi. Onlar bu cür olmasaydı, daha pis olardı.

Lakin Qərb var gücüylə islamçı terrorçulara dəstəyə başlamasaydı və bunu bu gün də etməsəydi, hər şey artıq çoxdan bitərdi. Qərb müəyyən mərhələdə Adolf Hitlerin buraxdığı səhvi buraxdı. O, mərkəzə, sonra Qərbə hücuma başladı və Qərbi Avropanın acizliyi sayəsində qeydsiz-şərtsiz uğurlara nail oldu. Ona görə də Avropa uzun illər ərzində Üçüncü reyx olub.   

Lakin həmişə hamını – Napoleonu, Hitleri, Merkeli, Kemeronu, bu gün isə Consonu Rusiya cəzb edir və hamı onu gil ayaqlı azman sayır… Və hücum etmək istəyirlər.

Allaha şükürlər olsun, Hitler də Rusiyaya hücum etdi. Bəli, rusiyalı dostlar, bağışlayın, o, hücum etməsəydi, onda, bəlkə də, bütün Avropa indiyədək nasist olardı, biz çexlər isə ən yaxşı halda sizin Sibirdə yaşayardıq.  

Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək, alçaltmaq istəyn Obama və Merkel də Napoleon və Hitler kimi hücum etdilər…

Burnundan uzağı görməyən cırtdanlar.

Onlar Putini fitnyə çəkib Ukrayna vasitəsilə onu məhv etmək istəməsəydilər, ola bilsin, o, Suriya hadisələrinə də qarışmazdı. Və Suriya İraq, Liviya və keçmiş Yuqoslaviyanın bir hissəsi kimi dağılmış növbəti dövlətə çevrilərdi. Putinin təcrid edilməsi barədə Obamanın ağzından mağmun cəfəngiyyat yalnız bir qərara səbəb olub: “Krım bizə bəs etmir. Müttəfiqlik borcumuzu yerinə yetirməyə başlamalıyıq”.

Budur, artıq bir ildir ki, Putin Baş Assambleyada çıxış edərək dünyanın hansı durumda olduğu və Qərbin səhvinin nədən ibarət olduğunu söyləyib. Budur, artıq bir ildir ki, Putin Suriyada əməliyyata başladığını bildirib. Əlbəttə, səbəblər bir neçəydi, lakin biri bundan ibarət idi ki, Rusiya prezidenti hansısa Normand komissiyasının qabağında Ukraynadakı durum barədə məktəbli kimi hesabat verməkdən imtina edib.

Baş mövzu Ukrayna deyil, Suriyadır.

Əslində dövlətin başında azdan-çoxdan anlaqlı siyasətçilərin durub normal qonşuluq münasibətləri çərçivəsində Rusiya ilə birinci növbədə iqtisadiyyatda əməkdaşlığa başlamalı olduğu Ukraynadan fərqli olaraq Suriya həqiqi mənada beynəlxalq problemə çevrilib. Vladimir Putin Əsədin süqutuna imkan versə, dünyanı tarazlaşdırmaq cəhdlərinin hamısı puça çıxar.

Söhbət ondan gedir ki, əsrin dörddə biri ərzində ABŞ və Qərbin dağıntı obyekti kimi seçdiyi ölkənin başçısı ilk dəfə devrilməyəcək. Ola bilsin, bu addımın mənasını hər kəs başa düşmür. Lakin bu, müəyyən mənada Berlin divarının yenidən süqutu ola bilər. Artıq İraqda, Liviyada heç bir müharibə, Yuqoslaviyanın humanitar bombardmanı, digər ölkələrdə terrorçulara heç bir dəstək olmayacaq…

Sülh… Təkrar edirəm: “Sülh”.

 

Tərcümə Strateq.az-ındır.