XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 12:35

İraqda vuruşmuş britaniyalı hərbçi: “İraqlılara qarşı fiziki, cinsi və dini zorakılıq edilib” –Təhlil

bri

Britaniya qoşunları İraqda

© AP Photo, Maurice McDonald

 

Nikolas Merser

The Guardian (Böyük Britaniya), 04.10.2016

 

Siyasətçilər və istefadakı hərbçilər son zamanlar guya acgöz vəkillərin müharibədə cinayətlər etmiş və əsasız ittiham edilən britaniyalı əsgərlərə böhtan atıldığından çox danışırlar. İraqda döyüşmüş istefadakı polkovnik Tim Kollinz ittihamlar üzrə İstintaq qrupunun keçmişdə İraq üzrə işini tənqid edərək vəkilləri “müftəxor” adlandırıb. Tereza Mey qeyd edib ki, məhkəməbazlıq “industriyası”nın axırına çıxmaq istəyir. İraq və Əfqanıstanda hərbi əməliyyatlara başlamış Toni Bler bildirib: “Mən çox təəssüflənirəm ki, əsgərlərimiz və ailələri bu cür sınaqlardan keçməyə məcburdurlar”.

Bütün bunlar quraşdırılmış kampaniya kimi görünür. Jurnalist və ictimaiyyətin fərəhindən mətbuata sızan əhvalatlar cidd-cəhdlə seçilir. Şübhəsiz, gerçklikdə məsələlər başqa cürdür.

Birincisi, ittihamların əksəriyyətinin yalan olduğu ideyası tam cəfəngiyyatdır. Müdafiə nazirliyi İraqdakı zorakılığı qurbanlarına əvəz qismində artıq 20 milyon funt ödəyib. Ümumilikdə 326 iş üzrə. Bu, istənilən dəyərləndirmə üzrə böyük məbləğdir və zorakılığın qorxuducu miqyasıdır. Müdafiə nazirliyi ilə nə zamansa çəkişmiş istənilən kəs bilir ki, o ya sübutların şübhəsiz olduğu, ya da nəyisə gizlətmək lazım gəldiyi hallarda pul ödəyir.

İkincisi, əsirlər və dinc sakinlər üzərində zorakılıqlar haqda İraq müharibəsinin lap əvvəlindən – 2003-cü ildən açqılamalar verilirdi. Diviziya qəragahından üç polkovnik müharibənin ilk dörd həftəsində əsirlərlə pis davranış haqda məruzə edib. Sonralar iki ictimai təhqiqatın gedişatında (Baha Musa və Həmid əs-Svidinin ölümlərinin araşdırılması) aydınlaşıb ki, Beynəlxalq qırmızı xaç komitəsi (BQXK) də – beynəlxalq humanitar hüquq məsələləri üzrə dünyada ən nüfuzlu təşkilat – əsirlərlə pis davranış haqda bildirib.

Üçüncüsü, İstintaq qrupun daxil olan şikayətlərin heç də hamısı vəkillərdən gəlmir. Ora həm də bu məsələdə heç bir maliyyə marağı olmayan və yalnız bir şey – dövlətin qanuna əməl etməyini tələb edən keçmiş və indiki hərbçilər müraciət edir. Hazırda bu işlərə məhkəmədə baxılır, lakin çox ehtimal ki, bunlar aysberqin görünən hissəsi olacaq. Şahidlərin əksəriyyəti açıq danışmağa qorxur. Təxminən, beş ay öncə keçmiş hərbi keşişlə söhbət etmişəm. Onun sözlərinə görə, əsgərlərin iraqlıları necə döydüyünü görəndə onlara bunu dayandırmağı əmr edib, lakin bu barədə məlumat verməyib.

Baha Musanı sorğu mərkzində ölümcül döyüblər. Ona, ən azı, 93 cismani zədə vurulub. 15 yaşlı Kərim Əli onun necə batdığını sakitcə seyr edən britaniyalı əsgərlərin tulladığı kanalda boğulub. Apellyasiya məhkəməsinin hazırda baxdığı Faysəl əs-Səədunun işinə görə fikir yürüdülsə, iraqlının qarnına atəş açılıb, başını körpüyə vuraraq  əzib və maşınını məhv ediblər. Əsgərlərin bu cür hərəkt etməyinə ehtiyac olmayıb. Bu işlərdə “yalan” və “məhkəməbazlıq” nədədir?

Xüsusən təşviş doğurur ki, bu araşdırmaların əksəriyyəti birbaşa Müdafiə nazirliyinə toxuna bilər. Məsələn, Baha Musanın işində məlumat var ki, hərbi müstəntiqlər 1978-ci ildə yasaqlanmış, Cenevrə konvensiyasını pozan “beş fənd”dən istifadə ediblər. Əks-kəşfiyyatçıların özləri iddia edir ki, Londona (yəni Müdafiə nazirliyinə) tabe olub və adi komanda silsiləsinə daxil olmayıblar. Əgər bu, gerçəkliyə uyğundursa, nazirliyin problemləri olacaq: “beş fənd” hazırda işgəncə sayılır.

İttihamların çoxu istintaq vaxtı fiziki, cinsi və dini zorakılığa aiddir. Hər şeyə əsasən, bu cür praktikalar sistemli səciyyə daşıyıb. Özü də Müdafiə nazirliyində istintaqların bunu təsdiq edə biləcək videoyazıları var. İndi isə kartları açmaq lazım gəlir: güman etmirəm ki, yüksəkçinli hərbçilərdən kimsə sorğu üsulu kimi fiziki, cinsi və dini alçaltmaya haqq qazandırar.

Nəhayət, Britaniyanın əmliyyat rayonlarında hərbi əsirlərin saxlandığı rəsmi yerlərdən savayı gizli həbsxanalarının olduğu faktı yaxşı sənədəlşdirilib. Bu cür həbsxanalar olubsa, Cenevrə konvensiyasi pozulub, əsirlər isə ölkədən çıxarılıbsa, onda söhbət artıq ciddi pozuntudan gedir. Hərbçilər bu zaman əmrləri icra etdiyindən əsas günah siyasi rəhbərliyin üzərinə düşür. Desantçı Ben Qriffin İraq və Əfqanıstanda əsirlər üzərində zorakılıqlardan danışmaq hədəsi gələndə Ali məhkəmə (Müdafiə nazirliyinin tələbi üzrə) bunu qadağan etdi. Doğrudan da, qəribə deyilmi ki, nazirlik əsgərlərin ağzını yummağa məcbur olur və versiyası budur ki, heç nə baş verməyib?

Bir hakimin dediyi kimi, İraq müharibəsinin əsas mirası məhkəmə iddialarıdır. İndiki hərbçilər beynəlxlaq humanitar hüquqa əməl etməyə məcburdur. Bunu etməsələr, məsuliyyətə cəlb olunurlar ki, bu da tam ədalətlidir. Mən daxil keçmiş və indiki hərbçilərin çoxu istəyir ki, ordu ən yüksək standartlara uyğun olsun. Hamımız buna can atmalıyıq. Bu, silahlı qüvvələrin effektivliyinə mane olmayacaq, əksinə, buna şərait yaradacaq. Qaldı ki, iddialara, hər şey sadədir: pozuntular kəsilsə, iddialar da dayanacaq.

Tərcümə Strateq.az-ındır.