XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 12:19

Culian Assanj Hillari Klintonun üzərinə hücuma hazırlaşır:“İslamçıları o silahlandırıb” – Təhlil

tk

Izvestiya.ru, 07.10.2016

 

"Wikileaks"in qurucusu Culian Assanj demokratların ABŞ prezidentliyinə namizədi Hillar Klintonu ləkələyən açıqlama verib.

The Political Insider”-in yazdığı kimi, Assanj Klintonu bunda ifşa edib ki, o, ABŞ dövlət katibi olarkən Qətər vasitəsilə Liviyadakı cihadçılara silah tədarükündə fəal iştirak edib və silahlar sonra həm Liviyada, həm də Suriyada “Əl-Qaidə” və İŞİD-in əlinə keçib. Vaşinqton bu qayda ilə üsyançılara Muammər Qəddafi və Bəşər Əsədi devirməyə yardım cəhdində olub.

Assanj ən yaxın aylarda Klinton haqda seçki kampaniyasının gedişatına təsir edə biləck xoşagəlməz informasiyalar açıqlayacağını vəd edib.

Assanjın fəal tərəfdarı, "Wikileaks"in yaradıcısı, ictimai xadim, jurnalistika və insan haqları üzrə müxtəlif mükafatların laureatı Con Pilcerin çəkildiyi “Görünməz müharibə” (The War You Don't See) filminin rejissoru “Известия”ya Klintonun Yaxın Şərqdə münaqiəşələrin qızışdırılmasındakı rolu, Assanjın ABŞ-da prezident seçkilərinə təsiri və keçmiş dövlət katibinin prezident seçiləcəyi halda Rusiya-ABŞ münasibətlərinin perspektivindən danışıb.

"Hillari Klinton Yaxın Şərq və başqa bölgələrdə yırtıcı müharibənin törədilməsinin lap mərkəzindəydi. Təkcə Qərb KİV-lərini oxumayanlar buna şübhə etməyə bilər. Liviyanın məhvi miqyasına görə İraqa soxulmaq qədər fəlakətlidir. Buna görə Klintonun üzərinə böyük məsuliyyət düşür. Şübhə edirəm ki, bu faktın özü onun seçkilərdəki perspektivinə təsir edər, lakin onun yenidən yalan danışdığını təsdiqləyən ifşalar ABŞ-da yayılmış “ona inanmaq olmaz” fikrini gücləndirəcək. Amerikalı seçicilər adətən xarici siyasətlə az maraqlanırlar, lakin inam məsələsi xüsusən də bu gün son dərəcə önəmlidir, – deyə Con Pilcer qeyd edir.

Onun fikrincə, Moskva Amerika KİV-ləri və Pentaqonun hər yerdə təbliğ etdiyi antirusiya isterikasının ciddiliyinə şübhə edə bilməz. Klintonun ABŞ prezidenti seçiləcəyi halda Rusiya-Amerika münasibətlərini daha gərgin böhran mərhələsi gözləyir.

Con Pilcer deyir: "Soyuq müharibə dönəmindən bəri buna bənzər nəsə yadıma gəlmir. Və müəyyən dərəcədə durum hətta lap pisdir. Bu həm də İraqa müdaxilədən əvvəl Rupert Merdokun KİV-lərindən başlamaqla The Guardian-da başa çatan “təbil döyuşü”nü xatırladır. Qərb “isteblişment”nin Trampa nifrətinin səbəblərindən biri təkcə onun naqqallığında deyil, həm də ağıl işartılarında gizlənib. Klintonla debatlarda Trampın ən aydın vədi münaqişədə nüvə silahını birinci işlətməmək idi. Lakin praktik olaraq buna heç kim diqqət yetirmədi. Barak Obamanın ikiüzlü ritorikasına baxmayaraq, onun dönəmində nüvə silahlarının inkişafına xərclər həmişə artır. Bunun səbəbi kimi Rusiya və qismən az Çin “təhlükəsi” göstərilir. Önəmlisi budur ki, Klintonun kampaniyası dünyanın, demək olar, ən böyük silah korporasiyalarının hamısı tərəfindən maliyyələşdirilir. Onun gələcək kabineti isə müharibə qızışdıran və antirusiya qırımlı siyasətçilərdən təşkil olunacaq. O, Vladimir Putinlə münasibətlərdə “sərt” olmağı vəd edir. Onun fikrincə, o, Amerika militarizminin cövhəridir. Demirik ki, bu cür durum Vaşinqton üçün qəribədir, lakin Ağ evdəki son administrasiyaların fanatizmi praqmatik xarici siyasət uğrunda çıxış edən bir qrup adam tərəfindən cilovlanırdı. Hazırda bu cür adamlar, demək olar, qalmayıb”.

Bu arada oktyabrın 9-da Kintonla Tramp arasında debatların ikinci raundu baş tutacaq. Son ümummilli sorğulara görə, respublikaçı cüzi  irəli çıxıb. “Los Angeles Times”-ın məlumatına görə, amerikalıların 47%-i milyarderi, 43%-i isə keçmiş dövlət katibini dəstəkləyir. Son iki ayda Trampın populyarlığının dinamik artımı müşahidə olunur və indi şox şey qarşıdakı debatlardan asılı olacaq.

Dartmut dövlət idarəçiliyi kollecinin professoru, beynəlxalq “Valday” diskussiya klubunun eksperti Uilyam Uolfortun “Известия” ilə söhbətində qeyd etdiyi kimi, çətin ki, seçkilərə bir ay qalmış namizədlərdən hər biri haqda ifşaedici məlumat elektoratın əhvalına güclü təsir etsin: "Klinton artıq otuz ildir, siyasətdədir və geri baxılsa, tədbirsiz heç bir iş görməyib. Adamlar bunu bilirlər. Tramp da böhtan xarakterli çox söz danışıb və insanları dilxor edən hərəkətlər edib. Lakin bu da yaxşı məlumdur. Seçicilərin əksəriyyəti artıq qərar qəbul edib, buna görə də güman etmirəm ki, yeni məlumat tərtibatı ciddi şəkildə dəyişdirsin".

Həqiqətən, bir qayda olaraq, Amerikada sıravi seçicini xarici siyasət problemləri az narahat edir, buna görə də ehtimal ki, Wikileaks-in sızıntısı Klinton tərəfdarlarını fikirlərini dəyişməyə məcbur etməyəcək. Lakin bu gün mübarizə artıq faiz payı üzərində dönüşür və namizədlərdən birinə düşən istənilən kölgə ona səs bahasına başa glə bilər.   

 

Tərcümə Strateq.az-ındır.

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə