XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 17:07

Rus nəşri: “Rusiya Amerika ilə nüvə müharibəsinə hazırdır” –Təhlil

nuclear

discussio.ru, 07.10.2016

 

Oktyabrın 4-də mülki müdadfiə üzrə FHN-nin keçirdiyi ümumrusiya məşqi start götürüb. 40 milyondan çox adam, 200 qəza-xilas birləşməsinin mütəxəssisləri və 50 minə yaxın texnika ilk dəfə hərəkətə gətirilib.

İdarədən həmçinin bildiriblər ki, FH durumunda mülki vətəndaşların köçürülməsi üçün Moskvanın bütün sakinlərini tuta biləcək yeraltı sığınacaqlar tam hazırdır.

Hələ 2015-ci ildə Amerika və Rusiya generallarının əksəriyyəti bildirirdilər ki, Rusiya ilə Amerika arasında nüvə müharibəsi yaxın və heç vaxt olmadığı qədər mümkündür. Lakin o zaman müharibə baş vermədi.

Lakin bu dəfə qarşıda Rusiyanın öz ərazisində terakt təhlükəsi durur. Belə ki, ABŞ Dövlət Departamentinin təmsilçsi Con Kirbi deyib ki, Rusiya Suriyada hərbi əməliyyatları durdurmasa, aviasiya və hərbçilərini itirəcək. Həmçinin qeyd edib ki, əməliyyat davam edəcəyi halda terrorçular Rusiya ərazisində teraktlar törədəcəklər. Beləliklə, Vaşinqton terrorçuların əliylə Rusiyaya qarşı müharibəyə eyham vurur.

Bundan sonra məlum olub ki, Azad Suriya Ordusu qruplaşması Qərbdən “yer-yer” sinifli raketlər əldə edib. Bunlar 40 km məsafədəki hədəfi vura bilir. Xəbər verilir ki, silah tədarükü Dövlət Departamentinin Suriya böhranının nizamlanması üzrə Rusiya ilə daha əməkdaşlıq etməyəcəyi bəyanatından bir qədər əvvəl baş tutub. Deməli, bu plan artıq hazırlanmışdı və Vaşinqton legitim tərəflərin maraqlarını nəzərə almaq niyyətində deyildi.

Oktyabrın 3-də isə Əfqanıstanda teraktlar silsiləsi guruldadı. Bir neçə partlayış Kabildə baş verib. Bütün bunlar düşüncə doğurur ki, Rusiya-ABŞ münasibətləri getdikcə qızışır. Və ekspertlərin məlumatına görə, artıq soyuq müharibə dönəmindəki gərginliyi geridə qoyub. Biz dünyada hadisələrin sonrakı inkişafı və müharibə ehtimalı haqda Rusiya hərbi və ictimai xadimi Konstantin Sivkovla söhbətləşdik.

-Moskvada şəhərin bütün sakinləri üçün bomba sığınacağı hazırlandığı haqda bildiriblər. Rusiyanın iştirakı ilə müharibə nə dərəcədə gerçəkdir?

-Bu gün Rusiya ilə ABŞ arasındakı münasibətlərin qızışması haqda suallar yoxdur. Lakin nüvə silahının işlədilməsi ehtimalı azdır. Çünki ölkələr arasında nüvə zərbəsi mübadiləsi halında tərəflərdən hər hansı birinin salamat qalacağı mümkün deyil. Yəni ölkənin biri salamat qala, o biri məhv ola – bu cür olmur. Çünki Rusiya ərazisinə nüvə zərbəsi endirilsə, o, mütləq şəkildə ABŞ-a cavab verəcək. Bəli, bu yaylım atəşi yarımçıq olacaq, lakin ABŞ-ın bir dövlət kimi varlığına son qoyulması, əhalisinin 50-60%-nin məhv edilməsi üçün yetərincə güclü nüvə zərbəsi olacaq. Bu, yalnız ilk zərbədə baş verəcək. Üstə gəl böyük qurbanlara səbəb olacaq yoluxma. Bunu hamı çox gözəl anlayır. Həm də heç bir ölkədə intiharçı yoxdur. Buna görə də sizi əmin edirəm ki, siyasətçilər durumu nüvə müharibəsinə çatdırmazlar. Lakin başa düşmək lazımdır ki, Rusiyaya qarşı nüvə zərbəsi yalnız bu halda baş tutmaz ki, ölkəmizlə ABŞ arasında nüvə pariteti saxlansın. Bu pozulsa, Rusiyanın nüvə qüvvələrinin idarəçilik sistemi və yaxud potensialı minimallaşdırılsa, Rusiyaya birmənalı şəkildə nüvə zərbəsi olacaq. Birləşmiş Ştatlar, Amerika xalqı elə bir xalqdır ki, ancaq gücü başa düşür. Güc varsa, hörmət edir, yoxdursa, əzir, məhv və istismar edir, qətlə yetirir. Belə bir şəraitdə nüvə müdafiəsində bomba sığınacaqları mühüm rol oynayır. Nüvə zərbəsi şəraitində əhalinin sağ qalmasını təmin etmək imkanı varsa, bu, ABŞ-ın qarşısının alınmasında önəmli rol oynayacaq.

-Rusiya ilə ABŞ arasında müharibə necə ola bilər?

-Aydındır ki, bu, Rusiya ilə ABŞ arasında konkret müharibə olmayacaq. Koalisiya müharibəsi olacaq. Çox ehtimal ki, Rusiya öz müttəfiqləri ilə çıxış edəcək. İstisna etmirəm ki, ABŞ və NATO ilə toqquşma halında öz vəzifələrini həll etməsi lazım gələn Çin bizim müttəfiqimiz olacaq. Düşünürəm ki, həmçinin öz maraqları üçün İran da qoşulacaq. Belarus bizim tərəfimizdə olacaq, buna heç bir şübhə yoxdur. Qazaxsıstan bitərəf mövqe tutacaq, tarazlıq yaratmağa cəhd edəcək. Ümumiyyətlə, müttəfiqlərimiz o qədər də çox olmayacaq.

ABŞ tərəfdən NATO bloku vahid cəbhə halında çıxış edəcək. Qeyd etmək lazımdır ki, ümumi təyinatlı qüvvədə NATO bizi çox üstələyəcək. Buna görə də bizim əvvəlcə taktiki, sonra isə strateji nüvə silahı işlətməkdən başqa çıxış yolumuz olmayacaq. Buna görə də ABŞ nüvə silahından istifadə hüdudlarına keçmədən uzun müddət gözlədiyi (12 il) yeni strategiyadan çıxış etməklə Rusiya ilə lokal münaqişələrdə qələbə çalmaqla çıxış edəcək. İndiki anda təhlükəli yerlər Dnestryanı və Suriyadır. Uzaq Şərqdə Rusiya ilə Yaponiya arasında lokal münaqişə mümkündür. Lakin Suriya münaqişəsində Rusiya-ABŞ toqquşması ehtimalı olduqca yüksəkdir. Amma ABŞ ordusu qurban verməyi qət edib axıradək getsə, orada bizim qruplaşmanın şansı olmayacaq. Çünki amerikalılar orada bizim qüvvələrdən onqat artıq üstünlüyü asanlıqla yarada bilərlər.

-Bəs bizimkilər öz qruplaşmasını gücləndirə bilərlər?

-Bizim adekvat qüvvə yaratmaq imkanımız yoxdur. Çünki bura hərbi əməliyyatların uzaq teatrıdır. Hətta ilk hücumu geri oturtsaq da, yekunda istənilən variantda amerikalılar Suriyada bizim qoşunları darmadağın edəcəklər.

-Hazırda Rusiya ərazisində təhlükə mümkündürmü?  

-Əlbəttə, terror təhlükəsi var. Bunu hətta Dövlət Departamenti də bildirib.

 

Tərcümə Strateq.az-ındır.            




Yuxarı Əvvələ Ana Səhifə