XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 12:32

Gürcü liderlər:Ölkəni evdən idarə edən İvanişvili, “Rusiyayönlü” Burcanadze... –Təhlil

gm

Gürcüstanda müxalifətin aksiyası

© RİA Novosti, Andrey Stenin

 

Endryu Hiqqins

The New York Times (ABŞ), 09.10.2016

 

O, fotoşəkillərdə Marqaret Tetçer, Kolin Pauell və kiçik Corc Buşun əlini sıxır. Lakin Nino Burcanadzenin ofisində həm onun siyasi uğurları, həm də siyasi iflası üçün hamıdan çox iş görən liderin fotoşəkli yoxdur. Bu lider Rusiya prezidenti Vladimir Putindir və onunla əməkdaşlıq Burcanadzenin rəqiblərinə (bu sırada onun eks-prezident Mixail Saakaşvili kimi keçmiş siyasi müttəfiqləri az deyil) Gürcüstan siyasətinin doğan ulduzunu satqınlıqda ittiham etməyə imkan verib.

Hazırda keçmiş silahdaşları 52 yaşlı hüquqşünası, nə zamansa Gürcüstanın “Qızılgül” inqilabına başçılıq etmiş və Gürcüstanı Moskvanın orbitindən çıxartmağa və Avropa Birliyi və NATO-ya aparmağa başlamış müxaliflər triumviratına daxil olan xanım Burcanadzeni Rusiyanın oyuncağı adlandırırlar. Onlar iddia edirlər ki, o, ölkənin Rusiya boyunduruğna qaytarmaq istəyir.

Onun özü bu ittihamları Qafqazın cəmi 25 il müstəqilliyi və Moskva ilə yüzillik mürəkkəb və daha çox əzablı münasibətləri, cəmi dörd milyon əhalisi olan kiçik ölkəsini həm əsaslı, hə də əsassız qorxu ilə oynadan  məqsədyönlü yalan adlandırır.

Putinlə dəfələrlə görüşdüyünə görə satqınlıqda ittiham edilən xanım Burcanadze deyir: “Mən ruslara bu cür izah edirəm: Gürcüstanda heç bir Rusiyayönlü qüvvə hakimiyyətə gəlməyəcək və hakimiyyəti saxlaya bilməyəcək. Rusiya bayraqlarını yelləyən adamları dəstəkləmək səhv olardı”.

Rusiya ilə qısa, lakin fəlakətli müharibədən bir il keçəndən sonra Gürcüstanın əvvəlki kimi şimallı böyük qonşusu ilə diplomatik münasibətləri yoxdur.

Gürcüstanda qeydiyyatdan keçmiş 200 siyasi partiya fəaliyyət göstərir. Bu ölkə təkcə demokratik deyil, həm də güclü şəkildə parçalanıb. Lakin Gürcüstanın nə zamansa Qərbə və ya Rusiya yönəlməyi haqda qızğın mübahisələrin əsas predmeti olmuş mövzu parlement seçkilərinin  diskussiyalarında praktik olaraq yox idi. Lakin ictimai rəy sorğusu  göstərir ki, Qərbə inteqrasiyaya ictimai dəstək son illərdə bir qədər azalıb, siyasətçilərdən heç biri Rusiya ilə yaxınlaşmağa açıq şəkildə çağırmır. Rusiya hərbi bazası və Rusiya təqaüdləri uğrunda çıxış edən yeganə partiya seçki komissiyası tərəfindən seçkilərdən uzaqlaşdırılıb. Partiyası bəzən Rusiyayönlü mövqedə ittiham edilən Gürcüstan baş naziri Georgi Kvirikaşvili iddia edir ki, Gürcüstan siyasəti üçün nə zamansa açar olmuş Gürcüstanın geopolitik yönü haqda məsələ indi qəti  şəkildə Qərbin xeyrinə həll olunub. O bildirib: “Gürcüstanın yalnız bir yolu var – Qərb ailəsinin tamhüquqlu üzvü olmaq”.

Nəticələri iyulda Milli Demokratiya İnstitutu tərəfindən dərc edilmiş sorğunun məlumatına görə, gürcülərin böyük əksəriyyəti hesab edir ki, Gürcüstanın gələcəyi Rusiya ilə deyil, Qərblədir. Bu mövqeyin üstünlüyü iki il əvvəlki qədər çox deyil, amma onun tərəfdarları Rusiya ilə yaxınlaşma xatirinə ölkənin qərbyönlü kursdan imtina etməli olduğunu hesab edən 29%-dən artıqdır.

Hətta yeni ortalığa çıxmış, çoxlarının Rusiyadan pul və Moskvadan yardım almaqda şübhələndiyi “Vətənsevərlər alyansı” populist partiya da NATO və Avropa Birliyini tənqid etməyi tərgidərək antirusiya xoruna qoşulub. Partiyanın lideri İrma İnaşvili deyir: “Ruslar heç vaxt ölkəmizə yaxşılıq arzulamayıblar”.

Onun fikrincə, ancaq NATO “Gürcüstanın müdafiəsinə zəmanət verə bilər” və “əsil demokratiyanın” inkişafını təmin edər.

Lakin demokratiyanın digər idarəçilik formalarından üstünlüyü haqda fikir ölkədə əksəriyyətin dəstəyindən məhrum olub. “Qafqaz barometri” ictimai rəy sorğusu göstərir ki, 2012-ci ildə Gürcüstanda 68% təşkil etmiş demokratiyaya dəstək keçən 47%-ədək düşüb.

Gürcüstanın adlı-sanlı opera müğənnisi, bu il səhnəni siyasət xatirinə tərk etmiş Paata Burçuladze deyir ki, cəmiyyət məyus olub, çünki “bu ölkədə hamını pul idarə edir”.

Söhbət birinci növbədə Gürcüstanın ən varlı adamından – “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvilidən gedir. 2012-ci ildəki keçmiş seçkilərdən sonra baş nazir olmuş cənab İvanişvili o vaxtdan siyasətin ön cəbhəsindən çəkilib. Buna baxmayaraq, çoxları əvvəlki tək əmindir ki, o, Tiflisin üzərində ucalan təpədəki geniş, tənha evdən Gürcüstana nəzarət edir.

O, ölkəni birbaşa öz evindən idarə edir, – cənab Burçuladze deyir. – Hamıya öz kuklası kimi yanaşır. Normal bir ölkədə mənim kimi adam siyasətə getməzdi”.

Cənab İvanişvili və son dörd ildə çoxlarının gözlədiyindən daha qərbyönlü kurs aparan partiyasının gürcü siyasətində üstünlüyü siyasi məkanın Rusiyayönlü qüvvələr üçün açıq qalan hissəsini azaldır. Tiflis universitetinin professoru Georgi Qoqsadzenin qeyd etdiyi kimi, Moskvanın həm iqtisadi, həm də qeyri-iqtisadi problemləri Gürcüstanın dolaşıq daxili siyasətinə təsir etmək cəhdlərinə girişmək arzusunu açıq-aşkar zəiflədir. Onun fikrincə, hətta Rusiya “başa düşür ki, bizi heç vaxt NATO-ya qəbul etməyəcəklər, buna görə də durum onu tam qane edir”.

Ukraynada qubernator olmaq üçün ölkəni tərk etmiş cənab Saakaşvilinin tərəfdarları Gürcüstan siyasi elitasının Rusiya ilə istənilən əlaqələri yekdilliklə inkar etməsini partiya mövqelərinin qeyri-populyar yönlərini gizlədən tüstü pərdəsi sayırlar.

Saakaşvilinn keçmiş partiyası “Vahid milli hərəkat”ın liderlərindən biri Georgi Bokeriya deyir: “Əlbəttə, hamısı deyir ki, Rusiyayönlü köklənməyiblər – axı Gürcüstanda Rusiyayönlü olmaq olmaz”.

O, eyni zamanda vurğulayır ki, siyasətçilərin əksəriyyəti NATO-ya daxil olmaqda inadcıl, lakin hələlik səmərəsiz cəhdləri davam etdirməyin gərəkdiyini şübhə altına almaq və Qərbi Gürcüstanın ənənəvi dəyərlərinə təhlükə kimi təqdim etməklə Rusiyaya işləməyi davam etdirir.

Gürcüstanın həm Rusiya, həm də Qərbin təhlükəsizlik strukturlarına qoşulmamasını nəzərdə tutan “blokdışı strategiya” tərəfdarı xanım Burcanadze hesab edir ki, ölkəsi “nə rusların oyuncağı olmalıdır, nə də amerikalıların”.

Bununla yanaşı, onun sözlərinə görə, yalnız Putin və yaxınları ilə danışıqlar Gürcüstandan qopmuş, hazırda Rusiyanın dəstəklədiyi separatçıların nəzarət etdiyi Abxaziya və Cənubi Osetiyanın qaytarılmasına ümid verə bilər. Bu mövqe onu son dərəcə qeyri-populyar edir və partiyasını – “Vahid Gürcüstan” demokratik hərəkatını praktik olaraq parlamentdə hər hansı yerlərdən məhrum edir.

Xanım Burcanadzenin sözlərinə görə, partiyası “xoşbəxtlikdən, ya bədbəxtlikdən Rusiyadan heç bir pul almır, lakin bununla belə, onu Moskva ilə əlaqələrdə ittiham edən rəqiblərin böhtanlarından əzab çəkir”.

Buna baxmayaraq, xanım Burcanadze əvvəlki tək əmindir ki, Rusiya ilə hər hansı sazişə gəlmək lazımdır.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə