XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 16:07

Amerika eksperti: “Suriyada müharibəni uduzmuşuq” –Təhlil

su

Patrik Byukenen

The American Conservative (ABŞ), 10.10.2016

 

Mayk Pens çərşənbə axşamı oktraybrın 4-də debatların gedişində Rusiyanın Suriyaya aviazərbələrini “vəhşilik” adlandıraraq qınayıb: “ABŞ-ın Rusiya fitnəsinə reaksiyası qüvvə olmalıdır… Birləşmiş Ştatlar hərbi qüvvə tətbiq etməyə hazır olmalı, Bəşər əl-Əsədin hərbi obyektlərinə zərbə endirməlidir”.

Con Makkeyn daha dərinə gedib: “ABŞ cənab Əsədə ultimatum verməlidir: uçuşu dayandırın, yoxsa təyyarələrinizi itirəcəksiniz… Rusiya nizamsız bombardmanı davam etdirir, biz ona göstərməliyik ki, təyyarələri böyük təhlükəyə məruz qoymaq üçün tədbirlər görəcəyik”.

Bu arada təəssürat yaranır ki, bunların hamısı boş hədə və uydurmadır. Pens öz xəbərdarlıqlarından imtina edib. Makkeynin davakar əhvalından, demək olar, heç nə qalmayıb. Hətta Hillari Klintonun “uçuşsuz zona” yaratmaq çağrışlarına etinasız yanaşıldı.

Amerika xalqı növbəti müharibəyə qarışmaq istəmir. Bundan savayı, bu qana boyanmış və darmadağın olmuş ölkədə düşmənlərimizin siyahısını genişləndirmək və İŞİD-dən baçqa “Əl-Qaidə”yə bağlı olan “Cəbhət ən-Nusra”, Suriya silahlı qüvvələri, Rusiya, İran və Hizbullahı bura daxil etməyin heç bir mənası yoxdur.

Rusiya, İran və Hizbullah Əsəd rejimini xilas etməyə çalışır, çünki onun süqutu halında Suriyadakı açar maraqları təhlükə altında olacaq. Biz Suriya münaqişəsinə girişmədik, çünki Suriyada bizim maraqlarımız təhlükəyə məruz qalmır. Riçard Nikson Dəməşqə gedəndən bəri Əsədlə dinc yanaşı yaşayırdıq.

Prezidentlik müddətinin bitməsinə cəmi dörd ay qalmış Barak Obama müdaxilə etməyə hazırlaşmır. Müharibə etmək hüququ olan ABŞ Konqresi isə Suriyada müharibəyə icazə verməyib. Obama Suriya üzərində Rusiya və yaxud Suriya təyyarələrini vurmağa başlasaydı, impiçment prosedurunun başlanmasına haqq verən akt həyata keçirərdi. O bu cür addımla bizi III dünya savaşına yaxınlaşdıra bilərdi. Çünki S-400 zenit-raket sistemlərini Latakiya yaxınlığındakı hərbi bazaya və S-300 sistemlərini Tartusdakı dəniz bazasına atıb. Üsyançıların təyyarəsi olmadığndan bu bizim üçün siqnal idi.

Rusiya həmçnin “Admiral Kuznetsov” aviadaşıyıcısını Aralıq dənizinə göndərib. Vladimir Putin Suriyada istinadları ikiqat artırır. 

Rusiya XİN keçən istirahət günlərində xəbərdarlıq edib ki, ABŞ-ın Suriyaya hücumu “təkcə bu ölkə ərazisində deyil, həm də prinsipcə bütün bölkədə dəhşətli, tektonik tərpənişlərə səbəb olacaq”.

Tərcümə edirəm: Suriya HHQ-ə hücum etsəniz, szi amerikalıların başladığı müharibə bütün Yaxın Şərqi bürüyəcək.

ABŞ birləşmiş qərargahlar Komitəsinin rəhbəri Cozef Danford keçən həftə xəbərdarlıq edib ki, Suriyada “uçuşsuz zona”nın yaradılması Rusiya ilə müharibə demək ola bilər. Danford senator Rocer Uikerə yetərincə sərt cavab verib: “Senator, indiki anda Suriyanın bütün hava məkanına nəzarət edə bilməyimiz üçün Suriya və Rusiyaya qarşı müharibə başlamağımız lazım gələcək. Bu mənim şəxsən qəbul etməyə hazırlaşmadığım olduqca ciddi bir qərardır”.

Xoşbəxtlikdən Obama da bunu etməyə başlamayacaq.

Deməli, biz indi haradayıq və ora necə düşdük?

Obama beş il qabaq bildirdi ki, Əsəd getməlidir. Əsəd onun sözlərini qulaqardına vurub üsyançılarla – həm dəstəklədiklərimizlə, həm də islamçı terrorçularla vuruşdu.  

Sonra Obama “qırmızı xətt” cızdı və bildirdi ki, Əsəd kimyəvi silah işlətsə, ABŞ buna aviazərbələrlə cavab verəcək. Lakin Obama 2013-cü ildə aviazərbə endirməyə hazır olarkən amerkalılar qalxıb dedilər: “Yox!”

Konqres xalqın əhvali-ruhiyyəsini hiss edib Suriyada hərbi əməliyyatlara icazə verməkdən imtina etdi. Və Obama axmaq vəziyyətdə qalıb bir də geri çəkilməyə vadar oldu.

Əsəd müharibəni uduzmağa başlarkən yeganə ərəb müttəfiqini xilas etməyi qət edən Putin müdaxilə etdi və vəziyyəti Əsədin xeyrinə dəyişdi. İndi sərəncamında 10 min əsgər – Rusiya aviasiyasının dəstəyindən istifadə etməklə Hələbə hücum etməyə hazır suriyalılar, iraqlı şiə döyüşçülər, Hizbullah yaraqlıları, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri və əfqanıstanlı muzdlular olan Əsəd, ola bilsin, bu müharibədə ən qanlı və ən həlledici qələbənin bir addımlığındadır. Əsəd və müttəfiqləri qələbə çalıb bu müharibəni bitirmək niyyətindədirlər. ABŞ durumu dəyişmək və onun gedişinə nail olmaq üçün Suriyaya xeyli təyyarə və hərbçi göndərmək, həmçinin Suriyada müharibə üçün Konqresin razılığını almağa məcbur olacaq.

Gerçəkliyi etiraf və qəbul etməyin vaxrı çatıb. Lakin ABŞ və türk, kürd və sünni müttəfiqləri Əsəd koalisiyası ilə birlikdə İŞİD və Suriyadakı “Əl-Qaidə”ni darmadağın edə bilərsə də, dünya müharibəsi qızışdırmağa risk etmədən Əsədin koalisiyasını dağıda bilmərik. Konqres bu cür müharibəyə heç vaxt icazə verməz və Amerika xalqı da buna heç vaxt razılaşmaz.

Dəstəklədiyimiz üsyançıların bu gün İŞİD və “Cəbhət ən-Nusra”nı məhv etməyə heç bir şansı yoxdur – hələ Bəşər Əsədi devirmək və ruslar, Hizbullah, İran və İraq şiələrini Suriyadan çıxartmağı demirik.

Qətl və qətliamlara son qoymaq, müharibəni dayandırmaq və daha məqbul sülh şərtləri hazırlamağın vaxtı çatıb. Çünki bu müharibəni davam etdirsək, qələbə şansının sıfıra bərabər olduğuna baxmayaraq bizim mənəvi prinsiplərimiz sual altında qalacaq.

 

Patrik Byukenen “American Conservative” nəşrinin təsisçisi və baş redaktorudur.

Tərcümə Strateq.az-ındır.