Svyatoslav Knyazev
politrussia.com, 11.10.2016
Rusiya ilə Türkiyə arasındakı iqtisadi münasibətlər gözümüzün qabağında tarixi rekorda qalxır. Bütün Qərbin aldatdığı və xəyanət etdiyi Ərdoğan, deyəsən, Rusiyanın ona bəxş etdiyi bağışlanmanı yüksək qiymətləndirir və indi “Böyük oyun”da Ankaranın istinadını kəskin şəkildə dəyişdirir.
Bu gün Rusiya-Türkiyə münasibətlərinin necə sürətlə inkişaf etdiyinin əsas göstəricisi ikidir. Birinci – Rusiya və Türkiyə arasında azad ticarət zonasının (ATZ) yaradılması haqda sazişin imzalanmasına hazırlıq. Bu, oktyabrın 9-da məlum olub.
Türkiyə iqtisadiyyat naziri Nihad Zeybəkçi deyib: “Tərəflər danlışıqların gedişində ölkələrimiz arasında azad ticarət zonası yaratmaq haqda sazişin 2017-ci ilin sonunda imzalana biləcəyi barədə razılığa gəliblər”.
İkinci göstərici – “Türk axını” üzrə layihənin gerçəkləşdirilməsi üzrə əməkdaşlığın kəskin şəkildə fəallaşması.
“Türk axını” üzrə Moskva və Ankaranın hökumətlərarası sazişi artıq 9-13 oktyabrda İstanbulda keçirilən Ümumdünya Energetika Konqresi çərçivəsində imzalana bilər.
Xatırladığımız kimi, Qara dənizin dibindən keçəsi qaz kəmərinin inşası üzrə qarşılıqlı anlaşma memorandumu hələ 2014-cü ildə imzalanıb, lakin Qərbin ölkələrimiz arasında törətdiyi münasibətlərin soyuması fonunda proses dondurulmuşdu.
İndin isə rəsmi Ankara bu məsələ üzrə təkcə əməkdaşlığa hazır deyil, həm də kəməri bütün dünya üzrə fəal şəkildə təbliğ edir. Baş nazir Binləi Yıldırım layihə haqda deyir: "“Türk axını”nın önəmi sıradakından ibarətdir: bölgədə energetik təhlükəsizliyin təminatı və bölgəmizlə qonşu olan ölkələrə bu məsələdə zəruri dəstəyin göstərilməsinə yönəlib. Avropalıların narahatlığını doğurası elə bir məqam yoxdur”.
Düşünürəm ki, Türkiyə hökumətinin başçısını Avropada çox gözəl eşidirlər. “Müttfəqlik idealları”nın şərəfinə Amerika qazını üçqat baha almağa heç kimin obyektiv həvəsi yoxdur. Və Bolqarıstandan keçməli olan qanadla bağlı durumda amerikalılar və Brüsseldəki lobbiçiləri öz səsi olmayan Sofiyaya basqı edə bilsələr də, Türkiyə ilə bu oyun keçmir və avropalılar Vaşinqtonun qarşısında sakitcə əllərini yelləyə bilərlər. Moskva və Ankara arasında əməkdaşlıq ATZ və “Türk axını” ilə məhdudlaşmır.
RF İqtisadi inkişaf nazirliyi və “Rosatom” rəhbərlərinin Türkiyəyə səfəri və türk həmkarları ilə görüşlərinin yekunları bütünlükdə təəssürat yaradır. “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov İstanbulda Ümumdünya energetika konqresinin çərçivəsində Türkiyə təbii ehtiyatlar və energetika naziri Barat Albayraqla görüşüb və Türkiyənin ilk “Akkuyu” atom stansiyasının inşası layihəsini onunla müzakirə edib (layihənin dəyəri 20 milyard dollara yaxındır). Rusiya və Türkiyə arasında bu istiqamətdə əməkdaşlığın da “donu açılır”. Rusiya-Türkiyə birgə investisiya fondunun kapitalı bir milyard dollar təşkil edir.
“Birinci mərhələdə (Rusiya və Türkiyənin birgə investisiya fondunun yaradılmasında) söhbət hər bir tərəfdən 500 milyon dollar yatırılmasından gedir. Beləliklə, fondun başlanğıc kapitalı 1 milyard dollar təşkil edəcək. Sonradan ehtiyac olarsa, daha çox vəsait qoyula bilər”.
Rusiya Türkiyə tərəvəz və meyvəsinin daşınmasına yasağı ilin sonuna qədər qismən götürməyi vəd edir. İqtisadi inkişaf nazirliyinin başçısı Aleksey Ulyukayevin sözlərinə görə, həm də söhbət yalnız ərzağın Rusiya bazarında tam tutulmayan hissəsindən, xüsusən də apelsindən gedir. Ona görə də Türkiyə istehsalçıları ölkə fermerlərinin maraqlarına toxuna bilməz.
Eyni zamanda Rusiya Ankaradan Türkiyə bazarına süd, ət və sənaye məhsullarının tədarükü sahəsində maneələrin aradan qaldıracağını gözləyir. Türkiyə öz növbəsində RF ilə vizasız rejimin təzələnməsi haqda danışıqlara təşəbbüs göstərir: “Dövlətlərimizin vətəndaşları böhrana qədər viza almağa lüzum olmadan səyahət edə bilirdilər. Vizasız münasibətlər turizm, ticarət və bütünlükdə ölkələrimizə xeyir verirdi. Söz yox, vizasız münasibətlərə qayıtmaqdan ötrü təmaslarımız davam edir”.
Lakin burada artıq Moskva tələsmir. Aleksey Ulyukayev açıq elan edib ki, vizasız rejim haqda istisnasız olaraq işgüzar səfərlər kontekstində danışmaq olar. Rusiya tərəfi təhlükəsizlik təsəvvürləri üzündən keçmiş açıqlığı isə vaxtsız hesab edir. Türkiyədə dalbadal teraktlar baş verir və RF hökuməti bunun bizim ərazimizə “ixracat”ını arzulamır.
Türkiyə ilə münasibətlər təkcə sahmana düşmür, həm də yeni səviyyəyə qalxır. Bu prosesdə təşəbbüs məhz Ankaradan qaynaqlanır. Lakin buna görə hədsiz dərəcədə şirniklənməyinə dəyməz: müttəfiqlikdən hələlik heç söhbət də getmir. Birincisi, Türkiyə NATO üzvüdür, həm də ABŞ-dan sonra gücünə görə ikincidir. İkincisi isə, türklər bütün duyğusallığı və tez qızışmaqlığı ilə bərabər yenə də sərt praqmatikdirlər. Onların məntiqi bizimkindən də, Avropanınkından da əməlli-başlı fərqlənsə də, osmanlıların törəmələri maraq və iddiaları tələb edərkən duruma çevik şəkildə uyğunlaşırlar. Onların bizə maraqlarını lazımi şəkildə saxlaya bilsək, bu tərəfdaşlıq bizə yaxşı bonuslar gətirəcək. Əsas məsələ arxayınlaşmamaqdır. Axı Şərq incə məsələdir.
Tərcümə Strateq.az-ındır.