XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Oktyabr 2016 - 16:56

Amerika kəşfiyyatçısı:"20 yanvaradək davam edəcək təhlükəli dönəmə girmişik" – Təhlil

is

Con Şindler

The Observer (Böyük Britaniya), 11.10.2016

 

Vladimir Putin keçən həftənin sonunda riskə gedib və ballistik raketləri Polşadan şimala – Baltik dənizində yerləşən və hər tərəfdən NATO ölkələri ilə əhatə olunan Kalininqrad vilayətinə atmaqla həyasız geopolitik gediş edib.

Kremlin Kalininqrad vilayətində nüvə başlığı daşıya bilən “İskəndər” raketlərini düzməsi Şimali Atlantika alyansına birbaşa meydan oxumaqdır, çünki indi Polşa və Baltikyanı bütün respublikaların ərazisi bu raketlərin atəş və deməli, qəfil nüvə zərbəsi məsafəsində yerləşir. “İskəndərin Kalininqraddan Varşavaya uçuş müddəti cəmi iki dəqiqə olduğundan, NATO texniki baxımdan heç kimi xəbərdar edə bilməz.

Bu, hərbi planda bölgədə qüvvələr nisbətini kökündən dəyişdirir. Elə siyasi planda da ciddi sabitsizləşmə ilə doludur. Bu, bölgə miqyasında Karib böhranından özgə bir şey deyil, özü də Moskva strateji üstünlük əldə etməklə nüvə raketlərini Qəb düşərgəsinin yanında yerləşdirir.

Obamanın Ağ evdən getməyinə cəmi üç ay qalmış Putin niyə bu cür hərəkət edib? Açar sual budur və cavabı təşvişli həqiqəti aşkarlayır. Cümə günü yazmışdım: “Bu, Moskvanın Vaşinqtona və Putinin şəxsən Barak Obamaya birbaşa hərbə-zorbasıdır. Kremldən KQB zabiti, prezidentimiz öz postunu tərk etməmiş onu son dəfə alçaltmaq istəyir”.

Niyə də yox? Hələlik bu cür ağılsız ədalar ruslara uğur gətirir, çünki Obama baxışlarını yayındırmağa və Moskva hər dəfə özünü yaxşı aparmayanda ən yaxşısına ümid bağlamağa üstünlük verir. Kreml artıq öz hərəkətlərini gilzətmir, lakin bu, Avropa təhlükəsizliyini son dərəcə zəiflədir. Prezident Obamanın heç nə etməyəcyini bilən Moskva indi də “İskəndər” kələyi ilə açıqca qürrələnir. Kremlin kütləvi informasiya vasitələri bu addımın sirr olmadığı və hərbi təlimlərin tərkib hissəsi olduğunu bildirib bu əhvalatda heç nəyi gizlətmir.

Rusiya Müdafiə nazirliyinin rəsmi təmsilçisi şənbə günü eyham vurub ki, hərbçilər amerikalıların təcavüzkar şahmat gedişi haqda bilməyini istəyirlər.

"“İskəndər” raket kompleksinin “Ambal” yük maşınında nəqlindən heç kim böyük sirr düzəltməyib” deyən general İqor Konaşenkov əlavə edib ki, ruslar Amerika kəşfiyyat sputnikinin onların üzərindən uçacağını bilərkən “İskəndər”in bir kompleksini qəsdən göyərtəyə qoyublar.

Biz 20 yanvaradək davam edəcək təhlükəli bir dönəmə girmişik. Hazırda rus ayısı haqlı olaraq hesab edir ki, cəzasız qalacaq və heç bir nəticə ilə üzləşməyəcək. Rusiya “İskəndər”lərin Kalininqrada atılmasında xüsusi heç nə olmadığını rəsmən bildirsə də, hətta bu, Kreml satıcısı üçün də həyasız hərəkətdir. Təhlükəsizlik məsələləri üzrə Kremlin əsas rəhbərlərindən biri Frants Kilintseviç bu əhvalatı ört-basdır etməyə cəhd edib. Polşa və Litva tipli qonşu ölkələrin “qorxması lazım gəlmir”, çünki bu, “heç kimlə vuruşmayan” Rusiya ordusunun təlimlərinin tərkib hissəsidir.

Rusiyanın NATO-nun astanasında təcavüzkar hərəkəti xüsusunda bu cür layla açıqlamalar Şərqli qonşularını yaxşı tanıyan Varşava və Vilnüsü əsla sakitləşdirməyib. “Bu cür addım təkcə bölgədə gərginliyi gücləndirmir, həm də ballistik raketlərin yerləşdirilməsinə məhdudiyyətlər qoyan beynəlxalq sazişlərin pozulması baş verə bilər, –  Litva xarici işlər naziri Linas Linkyaviçyus bildirib. – Bu məsələni qaldırmaq və beynəlxalq sazişləri gözləməyi tələb etməkdən ötrü bütün kanallardan istifadə edirik”.

Polşa müdafiə naziri Antoni Maçareviç də öz bəyanatında Polşa sərhədində yerləşdirilmiş “İsksəndər”lər haqqında birbaşa danışıb: “Rusiya Federasiyasının son hərəkəti dərin təşviş doğurur”.

Polşa hərbbi idarəsinin təmsilçiləri Kremlin “bunun sadəcə təlim olduğu” haqda iddialarını rədd edərək şəxsi qaydada ciddi həyəcan ifadə edirlər. Hərbi idarənin təmsilçisi Varşavada bildirib ki, “Putin indi ciddi oyun oynayır və ölkəsinin hərbi və kəşfiyyat hərəkətləri Putinin “İskəndər” qambitinə cavabı “yeni duruma uyğun gəlir”".

Varşava üçün əsil problem polyakların alyansın şərq cinahında meydana çıxmış pis davranışına “yeni norma” kimin yanaşdığı Putin deyil, bu böhran dövründə bekar duran prezident Obamadır. Putinin Baltik dənizində Karib böhranı yaratdığı andan dörd gün keçib, bizim prezident isə nə gözə dəyir, nə də səsi gəlir. Nə Ağ ev, nə də Pentaqon “İskəndər”lərin göndərilməsi barədə açıq bəyanat verir. Amerika hərbçiləri Kremlin addımlarını izləmək üçün xüsusən də Baltik dənizi üzərində kəşfiyyat uçuşlarına başlamaqla Rusiyanın hərəkətlərinə bir  sıra sakit cavab tədbirləri görüblər. Lakin Şərqi Avropadakı müttəfiqlərimizi Vaşinqton tərəfdən NATO-ya hər hansı aşkar dəstək və həmrəyliyin olmaması çox güclü təşvişə salıb, çünki hələ bu insidentə qədər də Obamanın cürətinə çox inanmırdılar.

Vladimir Putin dəli deyil, təftişçidir. Hərbi baxımdan Rusiyadan güclü olan NATO və xüsusən ABŞ ona cəzasız hərəkət etməyə imkan verir. Elə bil, Barak Obama əmindir ki, Kremlə istədiyi kimi hərəkət etməyə imkan versə, sülh və sabitlik gələcək. Ukrayna və Suriya Obamanın Putinə nisbətdə səhlənkarlığının heç də sülhə səbəb olmadığının faciəvi nümayişi oldu. Lakin güman etmirəm ki, qalan üç ayda prezidentimizdə qətiyyət və əzm meydana çıxacaq.

Müttəfiqlərimiz Obamaya, demək olar, inanmır və buna görə onları kim qınaya bilər? “Suriyada onun “qırmızı xətti”nin başına nələr gəldiyini gördük, – NATO-nun yüksəkçinli bir rəhbəri zarafat etdi. – Putin qalib gəldi”.

Ümid etmək qalır ki, Polşa və Baltikdəki hərbçilərdənsə, Kreml Şərqi Avropa qırımzı xətlərinə daha çox inanır. Önləmə yalnız inandırıcı olarkən nəticə verir – bütün tərəflər üçün. Putinin yeni, təhlükəli ədalarını dəf etmək istəyiriksə, Prezident Obamanın bu gün məşğul olduğu qolfdan əl çəkib NATO üzrə müttəfiqlərimizi sakitləşdirməyinin vaxtıdır.

Şərqi Avropa üzərində nəzarətin təşkil edilməsi məqsədilə Kremlin apardığı Putin siçan-pişiyi oyununda yeni ünsür – nüvə silahı meydana çıxıb. Moskvanın “İskəndər”lə qumar oyunu bu oyunda yeni və olduqca təhlükəli mərhələ açıb və letal sonluqla başa çata bilər. Bu gün xəbər gəlib ki, Putinin doğma şəhəri Sankt-Peterburqun meri müharibə halı üçün gündəlik çörək normasını təsdiq edib. Bu, indi Kremldəki əhvali-ruhiyyənin necə olduğunu göstərən çox həyəcanlı siqnaldır. 20 yanvara qədər hələ çox vaxt var.

 

Con Şindler – təhlükəsizlik üzrə ekspert, Milli Təhlükəsizlik agentliyinin keçmiş analitiki və əks-kəşfiyyat zabiti, casusluq və terrorizm üzrə mütəxəssis, dörd kitabn müəllifidir.

 

Tərcümə strateq.az-ındır.