XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2016 - 14:25

Türk analitik: “Putin Türkiyəyə qarşı ziddiyyətli davranır” –Təhlil

pp

Güngör Mengi

Vatan (Türkiyə), 12.10.2016

 

Rusiya prezidenti Vladimir Putin 23-cü Ümumdünya Energetika Konqresinin açılışına gəlib və prezident Ərdoğanla ikitərəfli danışıqlar aparıb, bundan sonra iki prezident bir sıra açıqlamalar verib. Bu görüş və “Türk axını” qaz kəməri layihəsi üzrə sazişin imzalanması, “Akkuyu” AES üzrə razılığın əldə edilməsi, Türkiyədə müdafiə sənayesinin inkişafı sahəsində əməkdaşlıq, Rusiyanın Türkiyəyə böyük gəlir gətirən sitrus meyvələrini idxal etməyi təzələməsi – bütün bunlar mühüm nailiyyətlərdir. Məsələn, “Türk axını” layihəsi sayəsində Türkiyənin birbaşa Rusiyadan təbii qaz, həm də aşağı qiymətə alması önəmli uğurdur…

 

Diqqət çəkən məqamlar

 

2016-cı ildə Türkiyənin turist şəhərlərinin hamısı – “gəlir qaynaqlarımızın ən böyüyü” turizm baxımından böyük ziyana məruz qalıb; otel və çimərliklər boşalıb. İkitərəfli münasibətlər normallaşsa, bu itkini müəyyən qədər bağlamaq mümkündür.

Putinin çıxışında diqqəti xüsusilə çəkən bir sıra məqamlar var idi. Deməli, məsələn, o, çıxışında qeyd edib: “Bu yaxınlarda çevriliş cəhdi olub. Durumu nəzarətdə saxlamaq mümkün olduğu üçün türk xalqını təbrik edirəm”.

Bununla belə, Rusiya lideri “Şəmdinlidə PKK-nın kamikadze hücumçusunun həmləsi” haqda heç nə xatırlatmayıb. Bu barədə bütün KİV-lərin ilk səhifələrində məlumat verilib.

 

PYD-nin Rusiyada ofisi

 

Ölkəmizi matəmə bürümüş və sərt sınağa məruz qoymuş, on gənc əsgərimizin və beş dinc sakinin həyatını aparmış və 27 nəfərin yaralandığı teraktı “beynəlxalq konfransdakı diplomatik çıxış”da yaddan çıxartmaq mümkün deyildi – heç olmasa, sahiblik edən ölkəyə sayğı üzündən. Bu fakt dərhal PYD-PKK-nın bu yaxınlarda Rusiyada açdığı təmsilçiliyi və Türkiyə Xalqlarının Demokartik Partiyasının da (hansı ki, son zamanlar nədənsə susurlar) qatıldığı açılış mərasimini yada saldı.

Jurnalist Metexan Dəmir Putinin çıxışından sonra bir teleproqramda qeyd edib: “Rusiya Türkiyəni İŞİD-lə əməkdaşlıqda ittiham edib”.

Həqiqətən də, onlar iki ölkənin münasibətlərindəki gərginlik dövründə bunu deyib və hətta vurğulayıblar ki, “əllərində sübutlar var”.

Gərginlik keçəndə susdular.

Bir tərəfdən, Türkiyəni “terrorçu təşkilata yardım”da ititham edir, digər tərəfdən isə özləri PKK-PYD-yə Rusiyada ofis açmaq imkanı verirlər.

 

Hələbi onlar bombalayırlar

 

Suriya məsələsi çərçivəsində Putinlə konkret nədən danışıldığı çıxışlardan aydın olmadı. Onlar “Hələbə humanitar yardım” və “Suriyada qan tökülməsini dayandırmaq” kimi ümumi ibarələr işlətdilər. Bununla belə, Türkiyə üçün Suriya problemi Hələblə məhdudlaşmır. Başlıca problem ABŞ, Rusiya və Əsədin köməyi ilə Suriyanın şimalında Türkiyə sərhədinin yanında fəaliyyət üçün geniş məkan əldə edən PKK-PYD-dir.

Rusiya və Əsəd qüvvələrinin bombaladığı Türkman dağları, həyatını və evlərini itirib Türkiyəyə qaçmağa məcbur olan türkmanlar. …

Qaldı ki, Hələbə… Putin “BMT-nin Hələbdə qan tökülməsini dayandırmaq təklifi” haqda danışır.

Buna baxmayaraq, Əsəd və Rusiya Hələbdə “müxalifətin varlığı”ndan çıxış etməklə oranı bombalayırlar. BMT-nin xəbərdarlığına baxmayaraq, Rusiya hərbi təyyarələri Əsəd qüvvələri ilə birlikdə Hələbi bombardman edib. Və bunu bu gün də davam etdirir. Bu cür şəraitdə kimi və nəyə inandırmaq olar?

İqtisadiyyat, qaz, müdafiə sistemləri və qarşılıqlı mənfəətin təmin edilməsi kimi məsələlər üzrə razılaşma özüylə siyasi razılaşma da gətirəcəkmi?

 

Tərcümə Strateq.az-ındır.