XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 10:51

Hillari Klinton: “Səudlar son otuz ildə dünyada hamıdan çox ekstremist ideologiya ixrac ediblər” –Təhlil

k

NRK (Norveç), 14.10.2016

 

Hillari Klinton Səudiyyə Ərəbistanı və Qətəri ittiham edir ki, onlar İŞİD islamçı ekstremist təşkilatına gizlicə iqtisadi və logistik dəstək verir. Bu, WikiLeaks-inn əlinə düşmüş elektron məktubdan aydın olub. ABŞ-ın Yaxın Şərqdəki iki əsas müttəfiqinin ittihamı Demokratik partiyadan prezidentliyə namizədin seçki kampaniyası qərargahının indiki başçısı Con Podestaya 2014-cü ildə yazdığı elektron məktubda şərh olunub.

Kəşfiyyat qaynaqlarına istinad edən elektron məktubda deyilir: “İŞİD və bölgənin digər radikal islamçı qruplaşmalarına iqtisadi və logistik dəstək verən Qətər və Səudiyə Ərəbistanının hökumətlərinə təzyiq etməkdən ötrü diplomatik və daha ənənəvi kəşfiyyat təmaslarından yararlanmalıyıq”.

 

Ekstremist ideologiya

 

Hillari Klintonun 2013-cü ilin oktyabrındakı nitqinə istinad edən mətbuata sızmış başqa bir elektron məktubda o, Səudiyyə Ərəbistanını tənqid edir. O, etiraf edir:

“Səudiyyə ərəbləri son otuz ildə dünyada hamıdan çox ekstremist ideologiya ixrac ediblər”.

Klinton həmçinin bu il Səudiyyə Ərəbistanı və Qətəri “öz vətəndaşlarına ekstremist təşkilatları maliyyələdirməyə mane olmaq” istəksizliyinə görə tənqid edib. Tənqid onun ddövlət katibi olarkən bildirdikləri və adətən, Vaşinqtonda rəsmən bəyan edilənlərlə kəskin təzad təşkil edir. Obama administrasiyası Səudiyyə Ərəbistanının ayrı-ayrı vaizləri ilə İŞİD və Əl-Qaidə kimi sünni ekstremist qruplaşmalar arasındakı əlaqələri dəfələrlə tənqid etsə də, tənqid birbaşa Səudiyyə Ərəbistanı hökumətinə yönəlməyib.

 

Tərəfdaşlar

 

MKİ şefi Con Brennan keçən ay bildirib ki, Səudiyyə Ərəbistanı “kürəsəl terrorizmlə mübarizədə ən yaxşı tərəfdaşlardan biridir”. Prezident Barak Obama, təxminən, həmin vaxt ABŞ-da 2001-ci il 11 sentyab terror həmləsinin qurbanlarına Konqresin Səudiyyə Ərəbistanını məhkəməyə verməyə imkan yaradan qərarının qabağını almağa cəhd edib. Təyyarələri ələ keçirib teraktlar törədən 19 terrorçudan 15-i səud olub.

Obama həmçinin Konqresdəki bir sıra respublikaçı və demokratların Səudiyyə Ərəbistanına planlaşdırılmış 150 tankın satışını dayandırmaq tələbini qəti şəkildə rədd edib.

 

Əsaslı səbəblər

 

The Intercept” elektron qəzeti işarə edir ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə ittifaqı möhkəmlətməkdə əsaslı səbəbləri var. ABŞ xatırladır ki, Səudiyyə Ərəbistanı dünya neft ehtiyatlarının 13%-ə nəzarət edir və ABŞ hökuməti bu ölkəyə 122,7 milyard dollar borcludur. Qəzet yazır ki, Səudiyyə Ərəbistanı Obamanın iki prezidentlik müddətində 49 milyard dollardan çox məbləğdə Amerika silahı alıb və  daha 60 milyard dollardan çox dəyərdə hərbi texnika almaq üçün müqavilə bağlayıb.

 

Tərcümə Strateq.az-ındır.