Oleq Polevoy
politrussia.com, 15.10.2016
Rusiyada qadağan olunmuş “Hizb-ut-Təhrir” terror təşkilatı üzvlərinin Krımda səs-küylü həbsi ciddi düşüncələr doğurur. Radikalları bizə kim və niyə gətirir? Onlar Rusiyanın müxtəlif bölgələrində niyə dərhal baş qaldırmaq istəyirlər? Bu, dövlətçiliyimiz üçün nə ilə təhlükəli ola bilər? Krımda oktyabrın 12-də yerli islamçıların evlərində keçirilmiş axtarış və həbslərin faktiki olaraq ilk yekunları aparılıb. KİV-lərə məlum olub ki, onların zidd fəaliyyətini təsdiqləyən, xüsusən də “Hizb-ut-Təhrir”ə mənsubluğa işarə edən xüsusi materiallar götürülüb. Nəticədə işin beş fiqurantı məhkəmə tərəfindən iki aylığa həbs edilib.
Bu hadisə öz növündə birinci hal deyil. Bundan düz bir ay əvvəl Şimali Qafqaz dairə hərbi məhkəməsi “Hİzb-ut-Təhrir”in Sevastopol ətrafındakı qəsəbələrdə terrorçu təşkilatn özəklərini yaratmış dörd üzvünə hökm oxuyub. Terrorçu qurumun üzvləri son nəticədə 5 ildən 7 ilədək azadlıqdan məhrumluq cəzası alıblar.
“Hizb-ut-Təhrir” üzvlərinin müntəzəm həbsi bütün Rusiya üzrə baş verir: müsəlman xalqların sıx yaşadığı və terrorçuların yeni üzvlər cəlb etməyə çalışdığı bölgə və böyük şəhərlərdə.
“Hizb-ut-Təhrir”in əsas təhlükəsi nədən ibarətdir və qurumun fəallaşmasınn arxasında kim durur?
“Hüquq müdafiəçiləri”nin əksəriyyəti ağzı köpüklənə-köpüklənə sübut edir ki, söhbət terrorçu qurumdan deyil, zorakılığa əl atmayan və buna görə də nisbətən təhlükəsiz radikal təşkilatdan gedir.
Onlar haqlıdırlarmı?
Bunu ayırd etmək üçün tarixə kiçik bir gəzinti etmək lazımdır.
“Hizb-ut-Təhrir” formal olaraq 1953-cü ildə Şərqi Yerusəlimdə “Müsəlman qardaşlar”dan qopmuş şəriət apellyasiya məhkəməsinin hakimi, məşhur kollaborasionçu (II dünya savaşında öz vətənini işğal etmiş faşist işğalçıları ilə əməkdaşlıq edən vətən xaini – tərc.) və Adolf Hitlerin silahdaşı Əmin əl-Hüseyninin dostu Təkiuddin əl-Nəhbani tərəfindən yaradılıb. Bu strukturun fəaliyyətinin rəsmi məqsədi “qədim” islamın bərpası və islam dövlətinin (“xilafət”in) formalşadırılması oldu ki, bu da bu gün tamamilə konkret səsləşmələr doğurur.
“Hizb-ut-Təhrir” yaradılandan dərhal sonra artıq müsəlman dövlətlərin əksəriyyətində qadağan olunub. Buna baxmayaraq, qurumun özəkləri dalbadal meydana çıxırdı – həm Yaxın Şərqdə və Mərkəzi Asiya ölkələrində, həm də böyük müsəlman diasporunun yaşadığı bütün ölkələrdə. Ekspertlər bu gün onun üzvlərinin cəmi sayını bir milyon nəfər kimi dəyərləndirirlər.
Bu fakt dərhal gözə dəyir ki, aşkar antiqərb formal çağırışlarına baxmayaraq, Britaniya və ABŞ “Hizb-ut-Təhrir”ə sadəcə fövqəladə dərəcədə loyal yanaşır (xüsusən bəzi digər islamçı təşkilatların fonunda). Təşkilatın mənzil-qərargahlarından biri Londonda yerləşir. Hətta “Hizb-ut-Təhrir”-lə əlaqələndirilən şəxslərin Yaxın Şərq və Mərkəzi Asiya siyasətçilərinə yönəlik terror aktlarında daim gözə dəydiyinə baxmayaraq, onlar amerikalılara münasitbətdə eyni addımı atmaq istəyində qeydə alınmayıblar. Dünya liberalizminin informasiya dayağı “Azadlıq radiosu” “Hizb-ut-Təhrir” haqda olduqca loyal rəy bildirir, Qərb məmurları isə Orta Asiya liderlərinə təşkilata qarşı yumşaq yanaşmaq tələbi ilə təzyiq göstərirlər.
1992-ci ldə Tacikistanın faktiki başçısı və baş nazirin keçmiş birinci müavini, Məclisin üzvü Hacı Əkbər Turaconzoda bildirib: “Qərb bir güllə ilə dərhal iki dovşan vurur. “Hizb-ut-Təhrir”i Qərb xüsusi xidmətləri yaradıb və yeri gəlmişkən, onu elə onlar da müdafiə edirlər. Mən baş nazirin birinci müavini olarkən Britaniya və Fransa səfirləri bu təşkilatın fəaliyyətinə bu qədər sərt reaksiyanın səbəbləri haqda suallarla mənə müraciət edirdilər. İddia edirdilər ki, Tacikistan hökuməti nə üçün bu partiyanın üzvlərini uzunmüddətli həbsə məhkum edir və ümumiyyətlə, “Hizb-ut-Təhrir” öz fəaliyyətində zorakılıq işlətmirsə, onun fəaliyyəti niyə qadağan olunmalıdır?”
KİV-lərə əsasən, “Hizb-ut-Təhrir”in qurduğu dini məktəblər, həmçinin təşkilatın faktiki nəzarətində olan London İslam mərkəzi Britaniya hökumətindən maddi dəstək alır.
Analitiklərin əksəriyyəti deyilənlərin hamısından çıxş etməklə hesab edir ki, “Hizb-ut-Təhrir” islamçı hərəkatları idarəetmənin artırılması və müsəlman ölkələrində strateji vəzifələrin həllinə yönəlmiş sırf Qərb layihəsidir. “Hizb-ut-Təhrir” rəhbərliyi 90-cı illərdə Şimali Qafqazdakı terrorçulara və Livan, Yəmən və Əlcəzairdəki cihadçılara fəal dəstək verib.
Rusiya məhkəməsi 2003-cü ildə “Hizb-ut-Təhrir”i terrorçu təşkilat kimi tanıyıb və rəsmən qadağan edib.
Ukraynada hökumətin “Hizb-ut-Təhrir”lə münasibətləri müxtəlif cür biçimlənib. Qurum rəsmən qadağan edilməyib. Lakin Ukrayna Təhlükəsizlik Xidməti (hələ Yuşenko-Nalivayçenkonun dövründə) ona həmlələr edib və terrorçu özəklərin ləğvi haqda məğrur raportlar verib. Eyni zamanda ekspertlər deyirlər ki, Ukrayna hökuməti Krımda digər islamçı və Krım tatarları təşkilatlarına əks tarazlıq yaratmaq qəsdilə “Hizb-ut-Təhrir”i ləğv etməyib. Ümumiyyətlə, bir növ, sevməyiblər, lakin istifadə ediblər. Lakin 2014-cü ildə Kiyevdə dövlət çevrilişi və Krımın Rusiyaya birləşdirilməsindən sonra Kiyev rejiminin ritorikası kəskin dəyişilib. Ukrayna DİN “Hizb-ut-Təhrir” üzvlərinin həbsini “repressiya” adlandırmağa başlayıb. Hətta Rusiyada qadağan olunmuş Məclisin rəhbərliyi Cəmilov, Çubarov və İslamovun simasında “Hizb-ut-Təhrir”ə kömək etməyə hazır olduğunu bildirib.
Bundan başqa, Ukraynada bu gün islamçılar bütövlükdə özlərini, sadəcə, çox gözəl hiss edirlər. Banderovçular və islam terrorçuları ideologiyaca çox oxşardırlar (əbəs deyil ki, Hitler vaxtında onlardan sinxron şəkildə istrifadə edib) və onların düşməni birdir – Rusiya.
Ekspertlərdən birinin sərrast ifadəsinə əsasən, Suriya və Ukrayna “birləşmiş qablar”a çevrilib. Ekstremistlər Qərb xüsusi xidmətlərinin dəstəyi ilə silah və pulla bir ölkədən o birinə “axışırlar”. Hələ dünən rəsmi Dəməşqə qarşı vuruşanlar artıq bu gün Donbasda dinc əhalini öldürür və yaxud Ukrayna tərəfdən könüllü batalyonları ilə Krımı mühasirəyə alırlar. Yəqin ki, Ukrayna və Amerika xüsusi xidmətlərinin dəstəyi olmadan bütün bunlar, sadəcə, mümkün olmazdı.
“Qərbli tərəfdaşlar”ın müdaxiləsi haqda hələ bir neçə fakt da yüksək səviyyədə xəbər verir. Xüsusən də “Hizb-ut-Təhrir”in Rusiyadakı ən fəal “vəkillər”indən birinin Qərbin görkəmli “qrantverənlər”inin dəstəyindən uzun müddət yararlanan “Bayquş” mərkəzinin olması. Hər şeyə əsasən, hətta Corc Sorosun strukturları Rusiyadan getməyə məcbur olduqdan sonra “Bayquş”u boşlamayıblar. Beynəlxalq spekulyantın fondunun hakerlər tərəfindən aşkara çıxarılmış sənədlərində “Bayquş” Sorosun “StopFake” Ukrayna təbliğat layihəsinin tərəfdaşı kimi qeyd olunub.
Ekspertlər son zamanlar hətta “Hizb-ut-Təhrir”in “Nurçular” dini təşkilatı və Gülənin “Hizmət”i ilə əlaqələrindən danışmağa başlayıblar (söhbət maddi və informasiya dəstəyindən gedir). 2007-ci ildə Gülənin Tatarıstandakı türk litseyində bir qrup “Hizb-ut-Təhrir” üzvünün üzə çıxarılması faktı dolayısı ilə buna işarə edir.
“Hizb-ut-Təhrir” digər terrorçu təşkilatların fonunda ilk baxışdan nisbbətən “dinc” görünsə də, bu xüsusda aldanmağına dəyməz. Təşkilat İŞİD və digər bu cür strukturların “soyunma otağı”dır. “Hizb-ut-Təhrir”də ideoloji hazırlıq keçən adamlar (o cümlədən Rusiya vətəndaşları) Suriyanın qanuni hökumətinə qarşı vuruşa yollanmağa və yaxud öz vətənində “ümumdünya xilafəti” qurmağa hazır olur.
Tərcümə Strateq.az-ındır.