XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2016 - 17:40

Rusiyalı ekspert:“Nazarbayev İlham Əliyevə görə "xəstələnib"miş" - Təhlil

naz

İrina Corbenadze

Rosbalt.ru, 17.10.2016

 

Qazaxıstan prezidenti İərvana KTMT şurasına gəlmədi – ola bilsin, Azərbaycanı incitməmək üçün. Onsuz keçən sammit göstərib ki, qurumda müəyyən ixtilaf var.

Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilməsini səbirsizliklə gözləyirdi. Və nail oldu. Rusiya, Belarus, Tacikistan, Qırğızıstan prezidentləri gəlmişdilər, lakin qazaxıstanlı həmkarları Nursultan Nazarbayev gəlmədi. Rəsmi versiyaya əsasən, o, soyuqlayıb və Ermənistan lideri yığışanların hamısının adından ona “lap tezliklə sağalmaq” arzulayıb.

Toplantıda Qazaxıstanı ölkənin baş naziri təmsil edib, Nazarbayevin gəlməməyinin qeyri-rəsmi səbəbi haqda isə aşağıda danışılacaq. Lakin ermənilər niyə İrəvanda prezident məclisini bu cür gözləyirdilər?

Birincisi, bu, nufuz məsələsidir. İkincisi, rəsmən elan edilmiş məlumata görə, sessiyada Qarabağ münaqişəsi üzrə ayrıca bəyanat planlaşdırılmışdı. Lakin qismət olmadı. Üçüncüsü, yenə də İrəvandan rəsmi məlumata görə, İrəvanda KTMT-nin yeni baş katibini təsdiq etməyə hazırlaşmışdılar və yeni vəzifəyə namizəd kimi, həmişə Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın adı çəkilib. Amma yenə də qismət olmayıb – prezident Sərkisyan tamamilə gözlənilmədən bildirib ki, KTMT baş katibi haqda məsələ ilin axırına qədər təxirə salınıb.

Ümumiyyətlə, bu cür alınıb ki, kobud şəkildə deyilsə, ermənilərə qarşı növbəti dəfə “matrosluq edərək atıblar”. İrəvanda düşünməyə meyllidirlər ki, bütün bunlar Azərbaycana görə baş verib. Yəni Nazarbayev azərbaycanlı həmkarı İlham Əliyevi incitməmək üçün öz iştirakı ilə məclisi şərəfləndirməyib – düzdür, Azərbaycan KTMT üzvü olmasa da, İlham Heydəroğlu və “bütün Azərbaycan xalqının” xətrinə dəyməmək üçün ermənini KTMT baş katibi təyin etməyiblər.

Ümumiyyətlə, belədirsə, görünür, KTMT “bəs knyaginya Mariya Alekseyevna nə deyəcək?” – indiki halda İlham Əliyevin – sualının daim verildiyi hansısa bir salona çevrilir. “Lragir”-in yazdığı kimi, “İrəvan görüşü faktiki olaraq Azərbaycan “işarəsi” altında keçdi və demək mümkündür ki, Ermənistan KTMT-də Azərbaycanın “yerini tutub". Təşkilatın başqa ölkələrdəki sammitləri azdan-çoxdan sanballı keçirdisə, İrəvan görüşü təşkilatın tamamilə boş şey olduğunu açıqladı, çünki KTMT ölkələrinin rəhbərləri İrəvanda hətta əsil durumu gizlətmirdilər”.

Ola bilsin, burada bir qədər mübaliğə var, amma yalnız bir qədər. Çünki Belarus prezidenti Aleksandr Lukaşenko qəfildən dünyanın siyasi oyunçuları tərəfindən KTMT-yə sayğı bəslənmədiyindən danışmağa başlayıb. “Novosti-Armeniya”nın məlumatına görə, “Belarus demokratiyasının babası” İrəvanda bildirib ki, KTMT dəqiq prioritetlər müəyyən etsə, hörmət qazanacaq. Onun sözlərinə görə, söz-söhbət səslənir ki, KTMT-ni heç kim, xüsusən də NATO tanımaq istəmir.

Lukaşenko narazılığını bildirib ki, birincisi, “xırda məsələlər xatirinə onu dünyanın o başına gətiriblər” və ümumiyyətlə, İrəvanda müzakirə olunan məsələlər prezident səviyyəsində deyil. İkincisi, bəyan edib ki, “dünyada heç kim KTMT-ni tanımır, yəni hərbi blok var, təlimlər və s. keçirir, lakin dünya onu tanımır”.

Lakin KTMT baş katibinin təyini məsələsinə dönək. Yəqin ki, bu, İrəvan görüşünün əsas məsələsiydi və gördüyümüz kimi, baş tutmayıb. Ermənilər hesab edirlər ki, həmvətənlərinin bu posta təyin edilməməsi “beşinci sütun” səbəbindən baş tutmayıb – Rusiya və KTMT-nin türk dövlətləri ilə Azərbaycan arasında gərginlik yarana bilərdi. Əslində, təşkilatın baş katibi kim olur-olsun – rus, erməni, qazax və s. – mahiyyətcə mühüm deyildi. Çünki onların heç biri  Qarabağ münaqişəsinin nəticəsinə və ümumən kürəsəl siyasətə təsir edə bilməzdi: bu cür məsələlər daha yüksək səviyyədə həll edilir.

Artıq yuxarıda deyilib ki, elan edilmiş planlara baxmayaraq, Qarabağ münaqişəsi üzrə ayrıca bəyanat qəbul edilməyib.  

Ümumiyyətlə, bu günki KTMT-nin nə olduğu tam aydın deyil. Geopolitik problemlər akademiyasının prezidenti Leonid İvaşovun “Sputnik” nəşrinə (İrəvan) dediyi kmi, KTMT çərçivəsində vahid siyasət yoxdur: “Müdafiə nazirləri nə haqdasa, məsələn, NATO-nun genişlənməsinə qarşı həmrəyliklə çıxış edirsə, diplomatik idarələr bu prosesi uzlaşdıra bilmir. Rusiya NATO və ABŞ-ın fəaliyyətinə qarşı çıxış edirsə, başqa respublikalar dəstəklsə də, bunu sükutla edir”.

Ekspert hesab edir ki, KTMT Avrasiya sivilizsiyasının nüvəsi olmalı, bütün mümkün qüvvələri öz ətrafında birləşdirməli və bütün Avrasiya məkanının müdafiəçisi kimi çıxış etməlidir. “Dünya dəyişilib. Hazırda istənilən ölkə yumşaq gücün əməliyyatlarına məruz qalır. Dünya qərbmərkəzli olmağı tərgidir, Şərqin dünyası yaxınlaşır. Dövlətlər beynəlxalq proseslərin əsas subyekti rolunu yadırğayır, transmilli şirkətlər isə ön plana çıxır. Müharibə, inqilab və fitnələrin əsas sifarişçisi onlardır”.

Əlbəttə, Bakıda KTMT-nin İrəvan sessiyasını diqqətlə izləyib və bundan düzgün nəticə çıxarıblar. Lakin Krılovun qu quşu, xərçəng və durnabalığı təmsilinin bütün əxlaqi əlamətləri göz qabağında olarkən burada KTMT-in hansı bütövlüyündən söhbət gedir və ümumiyyətlə, Ermənistan və KTMT məsələsində “araba indi də oradadırsa”, bu dövlətlərin qarşısında Azərbaycan-Ermənistan qalmaqalından daha ciddi problem dursa, necə davranacaq və həmin Nazarbayevlə Lukaşenko “hansı poza”nı alacaqlar?

Pozadan söz düşmüşkən. “Ferqana.ru”nun yazdığı kimi, Nursultan Nazarbayevin xəstəliyi haqda məlumat onun bütün idarəçiliyi dövründə ilk bu cür rəsmi məlumat oldu – görünür, o, İrəvana heç getmək istəmirmiş.

İrəvan sessiyası başa çatan kimi, Qazaxıstan prezidenti işə qayıdıb, ən azı, iki görüş keçirib…    

 

Tərcümə Strateq.az-ındır.