XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 13:35

Mosul:İslam dünyasının qabağına sərilmiş böyük bir tələ - Təhlil

me

Mehmet Seyfettin Erol

Milli Gazete (Türkiyə), 17.10.2016


 

Mosul əməliyyatı ilə bağlı müxtəlif məlumatlar var. Bir tərəfdən deyirlər ki, “əməliyyat başlanıb”, gah da qəflətən iddia edirlər ki, “Yox, hələ başlanmayıb, bu, ancaq məşqdir, əsil əməliyyat qabaqdadır”.

“Yaxşı, demək mümkündür ki, qismən başlanıb?” sualına isə cavab verirlər: “Bunu təsdiq edə bilmərəm”.

Rişxəndə oxşayır, lakin hər şey məhz bu cür baş verir. Bu sualı rişxəndə qoyan adam ABŞ Müdafiə Nazirliyinin əməkdaşıdır. CENTCOM əməkdaşının yazılı şəkildə verdiyi cavab isə ünvanlandırma üzərində lağlağılıq baxımından misilsizdir: “Bizə məlumdur ki, hesab edldiyi kimi, Mosul əməliyyatına aid edilən planı Tvitter-də bölüşüblər. İnternet və sosial şəbəkələrdə yalan məlumatlar çoxdur. Çox adam düşünür ki, Mosulun nə vaxt və necə azad ediləcəyini bilir. Mosulun azad ediməsi İraq ordusunun planıdır və əməliyyat İraq hökumətinin İŞİD-ə tam qalib gəlmək üçün seçəcəyi vaxtda başlanacaq”.

Digər tərəfdən, İraq ərazisindəki bütün qruplar və hər şeydən əvvəl İraq mərkəzi hökuməti bu əməliyyatın başlanması haqda bildirib. Onda bütün bu hadisələr nəyi bildirir?

Birinci növbədə, artıq bu durumun özü bizi nələrin gözlədiyi haqda təsəvvür yaradır. Bütün bölgə və deməli, Türkiyə yeni dövrə girir. Mənzərə son dərəcə yayğındır. “Başlanğıcı” bu qədər dolaşıq olan əməliyyat hansı biçimi alacaq və ümumiyyətlə başa çatsa, nə ilə yekunlaşacaq…

Buna görə də son dəqiqələrin böhranı kimi baş verən prosesə nəzər salarkən, görürük ki, sıradakını nəzərdə tutur. Birincisi, hazırda Mosul zəminində alver-danışıqlar gedir. Ən azı, görünür, Ankara-Vaşinqton xəttində “vasitə” və “üsullar” qismi üzrə problemi həll etmək mümkün olmayıb. Çünki vasitə və üsullar Mosulu, həmçinin İraqı əməliyyatdan sonra necə görmək istədikləri haqda mühüm fikirlər təlqin edir və Türkiyə indiki şəraitdə bunu qəbul edə bilməz.

Beləliklə, ABŞ “Böyük Yaxın Şərq” layihəsi çərçivəsində “yeni İraq”ı qəbul etmiş Bağdad hökuməti və onu dəstəkləyənlər vasitəsilə “artilleriya atəşi” ilə Ankaraya xəbərdarlıq siqnalları göndərir. Məqsəd – Türkiyəni faktiki olaraq küncə qısnamaq və mümkün qədər tez müəyyən qərara meylləndirməkdir.

Bununla bağlı “koalisiya ölkələri baş qərargah rəislərinin” görüşü münasibətilə Baş qərargah rəisi, ordu generalı Hulusi Akarın ABŞ-a səfəri əməliyyatın daha erkən vaxta keçirilməsinin səbəbi qismində çıxış edir. Bu əməliyyatla Ankaraya və xüsusən də Türkiyə SQ-ə psixoloji təzyiq göstərmək istəyirlər.

Daha bir mühüm məqam: Mosul kontekstində son dəqiqələrin hadisələri Türkiyə SQ-nin Azad Suriya ordusu (ASO) ilə Dabık şəhərində əməliyyata başlaynadan dərhal sonra gəldi. Mosul əməliyyatı “cavab hərəkəti” kimi görünür.

Gözlənildiyi kimi, Türkiyə SQ və ASO “Hələb-Rakka-Mosul” üçbucağında yetərincə mühüm yer tutan Dabık şəhərini, həm də birbaşa onun yaxınlığındakı Soran yaşayış məntəqəsini İŞİD-dən alıb. Bu qayda ilə söhbət Türkiyənin strateji və psixoloji baxımdan bölgədə daha əlverişli mövqe tutduğu və bunu daha da gücləndirə biləcəyi prosesdən gedir. Buna görə də Mosul əməliyyatı ABŞ və “müttəfiqləri”nin Türkiyə SQ-ə qarşı yönəlmiş “xəbərdarlıq əməliyyatı” kimi qarşımızda durur.

Böhran yalnız Mosulun bölünməsi kimi ön plana çıxsa da, bunun belə olmadığını əməliyyata qatılan və onları gizlincə dəstəkləyən qüvvələrin mövqeyindən asanlıqla anlamaq olar. Bölgə və hətta bütün dünya görür ki, Hələb və Mosul vasitəsilə yeni Yaxın Şərq və yeni dünya düzəni qurulacaq. Deməli, yeni meydana çıxacaq mənzərədə hansı mövqeyi tutacağımızın ən mühüm göstəricilərindən biri Mosul böhranında gizlənir. Türkiyənin Mosula münasibətdə həssaslıq və israrının əsasında məhz bu fakt durur.

Baş verən hadisələr hər şeydən öncə göstərir ki, ABŞ Yaxın Şərq böhranında, yeni Yaxın Şərqin dizaynında sərhədləri daha təkbaşına dəyişdirə bilməz. Sayks-Piko sazişinin bağlandığından yüz il keçəndən sonra ABŞ da, Böyük Britaniya kimi, başa düşüb ki, Yaxın Şərqin xəritəsini təkbaşına cıza bilməz və özünə tərəfdaşlar axtarır. Buna görə də Mosul müəyyən mənada həm qamçı, həm də kökədir (Bunun nə demək olduğu barədə növbəti məqaləmizdə danışacağıq).

Lakin indidən demək olar: Mosul İslam dünyasının qabağına sərilmiş böyük bir tələdir. Ora düşsən, onda alov qızışacaq və bütün bölgəni etnik-məzhəb münaqişələri ilə yandıracaq və buranı əsil cəhənnəmə çevirəcək.

Buna görə də məsələ təkcə ərazilərdə deyil. ABŞ “Böyük Yaxın Şərq” layihəsi çərçivəsində öz məqsədinə yetmək və bölgədə total müharibə qızışdırmağa cəhd edir.

Aydındır ki, kiçik qığılcımla I dünya savaşını Balkanlarda başlamaq istəyənlər bəşər tarixində sonuncu müharibəni bu gün Yaxın Şərqdə, Mosulda başlamaq istəyirlər. Son dərəcə ehtiyatlı olmaq lazımdır.

 

Tərcümə Strateq.az-ındır.