XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 17:12

Dolları və Amerika iqtisadiyyatını gözləyən təhlükə:Dövlət çevrilişlərinin daha bir sirri - Təhlil

d

Ata Atatun

Haber7 (Türkiyə), 18.10.2016


Son 72 ildə dünya valyuta bazarında, bütün ölkələrin iqtisadiyyatında və bank sektorunda, idxal-ixracat əmliyyatlarında həlledici rol oynayan Amerika dollarının hakimiyyəti tədricən süquta və dağılmağa yaxınlaşır. Bu, daha çox dolların beynəlxalq ticarətdən uzaqlaşdırılması və milli valyutaların xeyrinə seçimlə bağlıdır. Bəzi ölkələrin valyutalarının kursunun düşməsi zamanı dolların yüksəlişdə olduğu görünsə də, əslində, bu cür deyil.

Dollar dövriyyəyə kağız pul qismində girib – hər şey Britaniya müstəmləkələrində hərbi xərcləri bağlamaq üçün buraxılan banknotlardan başlanıb və bu yaxınlara qədər müxtəlif proseslərdən keçib. Ciddi deyilsə, Amerika dolları Bretton-Vud sistemi kontekstində haqqında danışılan və bu sistemin təməlinin gedib çıxdığı valyuta vahididir.

XX əsrin başlanması, beynəlxalq ticarətin yayılması ilə ölkələr arasında valyuta vahidlərinin konvertasiyasına bağlı problemlər artmağa başladı. Bununla əlaqədar kürəsəl miqyasda vahid valyuta vahidinin axtarışları başlandı. Bu problemin həlli üçün 1944-cü ilin iyulunda II dünya savaşı vaxtı balaca Bretton-Vud şəhərciyində Birləşmiş Millətlərin Valyuta-maliyyə konfransı çağırıldı. Konfrans iştirakçıları Bfretton-Vud sistemi yaratmağı qərara aldı və şərtləşdilər ki, bütün ölkələr ticarəti bu sistemə uyğun həyata keçirəcək.

Bretton-Vud sistemini “dünya tarixində müstəqil millət və ölkələr  arasında müəyyən qaydalar sistemi ilə ilk dəfə yaradılmış və dünyanın aparıcı dövlətləri arasında ticarət-maliyyə əməliyyatlarında riayət edilməsi lazım gələn vahid valyuta rejimi” adlandırmaq mümkündür.

Ticarətdə öz valyutalarını Amerika dollarına konvertasiya etməyə razılaşan ölkələr dolların qızıla konvertasiyasını nəzərdə tutan bu sistemə qoşulub. Bu sistemə uyğun müəyyən edilib ki, xalis qızılın 1 unsiyası (31,10 qram) 35 dollara bərabərdir və yaxud 1 dollar 0,88867 qrama bərabərdir.

Bretton-Vud sazişi hər bir ölkəyə devalvasiya (milli valyutanın dəyərinin azaldılması), yaxud revalvasiya (öz valyutasının kursunun yüksəldilməsi), yəni milli valyutanın kursunun dollara nisbətdə 10%-dən artıq olmadan dəyişmək hüququ verir. Kursun bu düzəlişi bu nisbəti aşsa, BVF-nun icazəsi lazımdır. Sonralar bu sistemdə yaranmış problemləri dəf etmək cəhdiylə qızılın 1 unsiyası 38 dollara bərabər tutulub.

Digər tərəfdən, təxmin edilir ki, bütün dünya ölkələrində saxlanan və hazırda 13,4 trilyon hesablanan dollar 2017-ci ildə 15 trilyon dollar təşkil edəcək.

Dollardan imtina edərək öz aralarındakı ikitərəfli ticarətdə milli valyutaları işlətməyi qət etmiş İran, Türkiyə, Rusiya, Çin, Braziliya, Hindistan və Pakistana bəzi başqa ölkələrin də qoşulmaq niyyəti, yəqin ki, Amerika dollarına və dolayısı ilə Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək.

ABŞ əvvəllər hasil etdiyi nefti avro ilə satmaq niyyətini elan etmiş İraq, Liviya və Venesuela kim ölkələri bu qərardan imtinaya məcbur etməkdən ötrü bu dövlətlərdə çevriliş təşkil edib və bu ideyanın həyata keçirilməsini dayandırıb. Lakin cəzalandırıcı qüvvə günümüzdə tənəzzülə gedir və milli valyutalarını istifadə etməyi kəsdirmiş ölkələrdə çevrilişin təşkili mümkünsüz görünür. Məsələn, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd kimi.

Bu ölkələrin idxalat-ixracatda istifadə etməyə başladığı milli valyutaları işlətmə praktikası genişlənəcəyi halda, bütün dünya ölkələri üzrə banklarda ehtiyat kimi saxlanan Amerika dollarları sürətlə ABŞ-a qayıdacaq və onun iqtisadi iflasına səbəb olacaq.

ABŞ-ın dövlət borcu bu gün 18 trilyon dollara çatıb və bu dövlət  siyasi və iqtisadi gücünü günbəgün qeyb edir.  

Başqa sözlə, Amerika imperiyası “durğunluq dövrü”nə daxil olub. Bu “tənəzzül dövrü”nün ardınca isə dünya tarixində var olmuş hər bir imperiyadakı kimi, qaçılmaz şəkildə “kollaps dövrü” gəlir.

 

Tərcümə Strateq.az-ındır.