XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 Avqust 2015 - 12:54

Tədrici ölümə tərk edilmiş Suriya – Təhlil

Suriyada böhranın başlanmasından 53 ay sonra ölkədə vəziyyət acınacaqlı və dözülməz həddə çatıb. Yaşanan problemlər bütün sahələri əhatə etsə də, səhiyyə sahəsində daha qabarıq formada hiss olunur. Belə ki, terrorçuların hücumundan xilas olmağı bacarsalar da, insanlar onları gözləyən tədrici ölümdən xilas ola bilməyiblər.

Suriya xalqı 2011-ci ildən bəri sürətlə dəyişən hadisələrin və terrorçularla müharibənin şahididir. Hazırda Suriyada cərəyan edən müharibənin ən mühüm xüsusiyyəti bu ölkə hökumətinin vahid bir düşmən ilə üz-üzə olmamasıdır. çoxmilliyyətli terrorçuların Suriyaya axın etməsi bu ölkə xalqı üçün ciddi problemlərin yaranmasına səbəb olub. Bu mənfi təsirlər birbaşa və dolayısı formada insanların həyatında ciddi təsirlər buraxır.

250 mindən çox insanın həlak olması, yüz minlərlə insanın yaralanması, milyonlarla suriyalının didərgin düşməsi, mülki infrastrukturların dağıdılması və əlbəttə, ölkənin bir çox məntəqəsinə nəzarətin itirilməsi Suriyada gedən terror müharibəsinin hiss olunan və birbaşa təsir göstərən cəhətləridir. Amma istər ölkə daxilində, istərsə də xarici ölkələrə sığınan suriyalıların tədrici ölümə tərk edilmələri bu faciənin gizli və görünməyən cəhətlərindəndir. Səhiyyə strukturlarının dağıdılması, müxtəlif xəstəliklərin yayılması, səhiyyə imkanlarının olmaması və qeyri-sağlam qidalanma insanları tədrici ölümə sürükləyir. İŞİD-in hücumları nəticəsində yüzlərlə xəstəxana, səhiyyə ocağı və digər tibbi yardım mərkəzləri dağıdılıb. Yerdə qalan tək-tük xəstəxana və tibb mərkəzləri də dərman preparatları və təchizatların az olmasına görə, xəstələrə xidmət göstərə bilmir. Suriyada səhiyyə sisteminin məhv edilməsi nəticəsində içməli su və qida məhsullarının sağlamlığına nəzarət imkanı da itirilmiş olub. Bu üzdən ölkənin müxtəlif məntəqələrində yayılma riski yüksək olan xəstəliklər insanların həyatını təhdid edir. Bu xəstəliklərə hepatit A və xolera xəstəliklərini misal göstərmək olar. Bu xəstəliklər yüksək risk qrupuna daxildirlər. 2014-cü ildə Suriyada 31460 nəfərin hepatit A xəstəliyinə yoluxması halı qeydə alınıb. Təmizlənmiş içməli suyun olmaması bu xəstəliyin yayılmasında başlıca rola malikdir. Bu arada səhiyyə imkanlarının olmaması üzündən bu xəstəliyə yoluxan insanları müalicə etmək imkanı da yoxdur. Bu isə insanların tədrici ölümə məhkum olmaları anlamına gəlir. ölkəyə qayıdan suriyalı didərginləri də oxşar vəziyyət gözləyir. Belə ki, öz evlərinə geri dönən Suriyanın Həsəkə vilayətinin sakinləri önündə acınacaqlı bir mənzərə dayanıb. İŞİD tərəfindən tamamilə dağıdılmış, xarabalığa çevirilmiş bir şəhər. Bu şəhərlərdən həyat yox, ölüm qoxusu gəlir…

İRİB

18.08.2015