XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2016 - 16:10

İran, Azərbaycan və Gürcüstan Çin üçün Qara dənizə necə yol açır? –Təhlil

ce

Çin əjdahası. İllüminasiya, orangesmile.com

 

Sərkis Saturyan

REGNUM İA, 26.10.2016

 

Bütün dünya da bəs etmir…

 

Sentyabrın 26-da Çinin Sian şəhərində (Şensi əyaləti) “İpək yolunun iqtisadi qurşağı”na həsr olunmuş beynəlxalq konfrans keçirilib. Dünyanın 30-dan çox ölkəsindən 400 intellektual Çin Xalq Universitetinin (Renmin University of China) himayəsi altında  diskussiyaların nəticəsi üzrə ÇXR-in xarici siyasət layihəsinin strateji istiqamətlərini ifadə edən məruzə hazırlayıb. Yekun gözlənilən olub. “China Daily” qəzetinin çıxarışlar verdiyi məruzədə deyilir: “İpək yolu”nun quruda məqsədi Avrasiya ərazisində yeni körpülərin inşası və “Çin-Mərkəzi Asiya-Qərbi Asiya”, “Çin-Monqolustan-Rusiya”, “Çin-Pakistan”, “Banqladeş-Çin-Hindistan-Myanma”, “Çin-Çinimaçin yarımadası” kimi nəqliyyat dəhlizlərinin inkişafından ibarətdir. Bu, beynəlxalq nəqliyyat marşrutlarını əsas şəhərlər və sənaye parklarına söykənməklə istifadə etməyə imkan verəcək. Dənizdə təşəbbüs effektli və təhlükəsiz, “İpək yolu”nun ən böyük dəniz limanlarını birləşdirəcək  nəqliyyat marşrutlarının yaradılmasına cəmlənəcək. Böyük inkişafa nail olmaq üçün dənizlə quru arasında sıx əməkdaşlığı təmin etməliyik”.

ÇXR sədri Si Szinpinin 2013-cü ilin sentyabrında Astana sammitində elan etdiyi təşəbbüs artıq 2016-cı ilin payızına doğru gerçək cizgilər alıb. 56 ölkə və bölgəsəl birliklərlə saziş və yaxud birgə bəyanatlar əldə olunub. Sədr Si göstərilən dövrdə 37 ölkəyə (17-i Asiyada, 9-u Avropada, 3-ü Afrikada, 4-ü Latın Amerikasında və 3-ü Okeaniyada) səfər edib. Bu, dünyanın 26 dövləti ilə 38 böyük infrastruktur obyektinin inşası üçün müqavilələr imzalamış "China Railway Group Limited" və "China Communications Construction Company Limited" üçün yolllar açıb. Məruzə müəllifləri hesablayıb ki, Çin şirkətləri hazırda bütün dünya üzrə 40 energetik layihədə iştirak edir – elektrik stansiyaları, neft və qaz kəmərləri artıq “İpək yolu” boyunca yerləşmiş 19 ölkəni əhatə edir. 2013-cü ilinn iyunundan 2016-cı ilin iyununa qədər layihə çərçivəsində ticarətin həcmi pul ekvivalentində $3,1 trilyona çatıb ki, bu da ÇXR-in ümumi xarici ticarətinin cəmi 26%-i təşkil edir.

2016-cı il iyunun 30-a olan vəziyyətə görə, Səmalar ölkəsinin  birbaşa xarici yatırımlarının 12%-i və yaxud $51,1 milyardı “İpək yolu”nun iştirakçı ölkələrinin payına düşür. 52 ticari-iqtisadi əməkdaşlıq zonasının işə başlaması da bu dövrə aiddir. Bunlara artıq $15,6 milyard qoyulub. Söhbət  Avropada əsas əməliyyatçısı, yuanla sərbəst ticarət aparan London Sitisi olan Çin kapitalının (çağdaş tarixdə) “misilsiz” genişlənməsindən gedir. Həm də Böyük Britaniyanın nüfuzu yalnız artacaq: ÇXR-in əcnəbi kontragentlərlə yuanla hesablaşması iyunu 30-a doğru 2,63 trilyona çatıb. Statistika təəssürat doğurur. Deməli, China Development Bank-in “İpək yolu”nun iştirakçı ölkələrində energetika və nəqliyyat infrastrukturu sahəsindəki portfeli 60-da çox ölkəni əhatə etməklə 900 layihədən ibarətdir. Qaldı ki, Export-Import Bank of China-yə, o, artıq 49 ölkədə liman, dəmiryolu, qaz və neft kəməri və sənaye parklarının inşasın aid min layihə ilə qürrələnə bilər.

 

“Cənub-Şimal” dəhlizi Çini Avropaya yaxınlaşdırır

 

Çin Qazaxıstan, İran, Azərbaycan və Gürcüstanı cəlb etməklə Avropa Birliyinə cənub nəqliyyat dəhlizinin inşasına fəal lobbilik edir. Köhnə dünyann iqtisadi lokomotivi – Almaniya layihəyə qoşulur. Trend agentliyinin sitat gətirdiyi “Azərbaycan dəmiryolları” mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov xəbər verib ki, AFR dəmiryollarının əməliyyatçısı "Deutsche Bahn" artıq 2016-cı ilin noyabrında “Cənub-Şimal” marşrutu üzrə yük qatarını buraxacaq. Berlinin mövqeyini İran, Azərbaycan və Gürcüstan dəmiryol müəssisələri başçılarının oktyabrın 23-də Tehranda keçirilmiş görüşündə çıxış edən "Deutsche Bahn"ın icraçı direktoru Andre Hempel açıqlayıb. 41 konteynerdən ibarət qatar Rumıniyanın Konstansa limanından İran paytaxtına yollanacaq. Yola 7-8 gün gedəcək. Logistikanın özü isə sıradakı şəkildə görünür: “Konteynerlər Konstansadan dənizlə Gürcüstan limanına, oradan isə dəmiryolu ilə Azərbaycanda Astara stansiyasına çatdırılacaq. Sonra yük avtomobilləri vasitəsilə İranın Qəzvin stansiyasına, oradan dəmiryolu ilə Tehrana aparacaqlar”.

İran dəmiryol nəqliyyatı ilə kifayətlənməyib Almaniyaya böyük ümidlər bəsləyir. Deməli, Press TV kanalı xəbər verir ki, İİR yol inşası və şəhər inkişafı üzrə naziri Abbas Axundinin AFR nəqliyyat və rəqəmsal texnologiyalar naziri Aleksandr Dobrindtlə görüşdə dediyi sözlərə görə, Tehranı alman banklarının təqdim edə biləcəyi kreditləşmənin lizinq sxemi vasitəsilə "Airbus" və "Boeing" təyyarələrini “Iran Air” şirkəti üçün almaq maraqlandırır.

Burası da var ki, Berlin dünyaya açılan İran bazarının gücünə iddialı olan heç də yeganə iddiaçı deyil. Böyük Britaniyanın maliyyə nazirliyi oktyabrın 25-də "Bank Saderat Iran"ı (BSI) sanksiya məhdudiyyətlərindən çıxardıb. Bu, İranın 74,587 milrd dollarlıq nizamnamə kapitalı ilə Avropa, Yaxın Şərq və Asiyanın 12 ölkəsində ofisləri yerləşən ən böyük bankıdır. Sanksiyalar bu il oktyabrın 22-dək qüvvədə olub. Xatırladaq ki, İngiltərə bankı 2016-cı ilin yanvarında İİR-in əvvəlki tək Amerika tabeliyininn güclü təzyiqi altında qalan nüfuzlu maliyyə institutlarının – "Melli Bank", "Persia International Bank" və "Bank Sepah International"in lisenziyalarını təzələyib.

Bununla belə, Avropa ölkələrinin İrana marağı Bloomberg agentliyində təşviş doğurmaqla Çinin yatırım planlarından geridə qalır. Amerika nəşri xülasə edir: “Qərb yatırımçıları İrana tələsməməklə İİR rəhbərliyini çinlilərin qucağına itələyirlər. Bu, istehsalın artırılması qəsdilə təzyiqin daha müntəzəm olduğu energetika sektorunda aydın şəkildə gözə dəyir. Klirinq bankları əvvəlki tək Tehrana münasibətdə qeyri-nüvə sanksiyalarını ləğv etməkdən imtina edən ABŞ-ın qəzəbinə gəlməkdən ehtiyatlanaraq İranla biznes aparmaqdan imtina edir. Buna görə də Qərb şirkətləri maliyyə layihələşdirmələrini lazımi şəkildə təmin edə bilmir”. Səmalar ölkəsinin nüfuzu İİR-in şimal qonşusu Azərbaycanda da hiss olunur. Lakin Bakı vur-tut “Hindistan-Fars körfəzi-İran-Azərbaycan-Gürcüstan-Qara dəniz” dəhlizindən danışmaqla Çin amilini ictimai şəkildə ifadə etmir.

 

+Azərbaycan = Rusiya  

 

Mövqe aydındır, axı gərəksiz hay-küy tez-tez işə ziyan vurur. Lakin göz qabağında olanı uzun müddət ərzində gizlətmək çox çətin vəzifədir. ÇXR və Azərbaycan dəmiryolçuları oktyabrın 25-də Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Trans-Caspian International Transportation Route, TITR) ilə beş sınaq yük qatarı göndərmək barədə   razılığa gəliblər. "Azernews" agnetliyinin xəbər verdiyi kimi, Bakı Çinin Sıçuan əyalətinin ixracat potensialı ilə çox maraqlanır. Avropaya mal tədarükü marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukraynanın da qoşulduğu (2013-cü ilin oktyabrında) Türkiyədən keçir. Diqqətçəkəndir ki, ÇXR-dən Bakıya ilk sınaq qatarı hələ 2015-ci ilin avqustunda gəlib. Transxəzər beynəlxalq nəqliyyat konsorsiumu da 2016-cı ilin aprelində elə orada yaradılıb. Pekinin fəallığı malların Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna ərazisindən  daşınmasında “rəqabət tarifləri”nin meydana çıxmasına səbəb olub. Bu ilin sentyabrında Türkmənistanın qoşulduğu dəhliz təkcə Çin məhsullarının tədarükünə istiqamətlənməyib, həm də Orta Asiya və Cənubi Qafqazdan AB-yə neft-qaz ixracatına əlverişli şərait yaradır. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə və Balkan yarımadasını keçdikdən sonra Transadriatik qaz kəmərində davam edən Transanadolu qaz kəməri layihəsini əsas hesab edir. O, “Россия сегодня” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova layihənin coğrafiyasını bu cür təsvir edib: “Əslində, TANAP, Türkiyənin Gürcüstanla şərq sərhədindən qərbi Türkiyə və Yunanıstana Transanadolu qaz kəməridir. Və sonra – Türkiyə-Yunanıstan sərhədindən Yunanıstan, Albaniya, dənizin dibiylə İtaliyaya çıxmaqla  Transadriatik qaz kəməridir”.  

Əliyev öz mövqeyinə əmindir. Azərbaycan başçısı buna görə də məxsusi dəqiqləşdirib ki, “Türk axını” Transanadolu qaz kəməri ilə rəqabətə gormək iqtidarında deyil və bununla da Rusiyanın “Qazprom”una meydan oxuyur. O, izah edib: “Bu layihənin bütün xətləri üzrə birinci mərhələdə nəql edəcəyimiz qazın həcmi artıq müqavilələşdirilib, artıq satılıb. Biz 2018-ci ildə başlanacaq hasilatın artırılması üçün  müqavilələr imzalamışıq və 2020-2021-ci illərdə zirvəyə çatmalıdır. Buna görə də özgə heç bir bölgəsəl layihə sadəcə obyektiv şəkildə bizimlə rəqabətə girə bilməz, çünki biz bu qazı artıq satmışıq”.

Paradoksal durum biçimlənir: ABŞ, Türkiyə və İraqın kürd yığma dəstəsi Mosulda İŞİD qarşı mübarizə aparırkən Çin İran, Azərbaycan və Gürcüstanla birlikdə Pekinə Gürcüstanın Qara dəniz sahillərinə çıxmaq və sonra yükləri Rumıniya, Ukrayna (Odessa) və Bolqarıstan (Varana, Burqas) limanlarına yük göndərməklə alternativ marşrut – Transxəzər və yaxud Cənub nəqliyyat dəhlizi yaradır. Bəs Rusiya?

 

Tərcümə strateq.az-ındır.