XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2016 - 09:06

Obamanın Hələb planı –Təhlil

heleb

Hələbin Tərik Əl-Bab rayonunda dağıdılmış binalar

© REUTERS, Əbdülrəhman İsmayıl

 

Ceren Kenar

“Türkiye” (Türkiyə), 27.10.2016

 

Hələbin önəmi haqda heç danışmaq da lazım deyil. Böyüklüyünə görə Suriyanın ikinci şəhəri. Hətta Şekspirin şerlərində mədh edilmiş, indi isə hərc-mərcliyə qərq olmuş, nə zamansa məşhur ticarət mərkəzi. Bu şəhərin vəziyyəti strateji baxımdan o qədər mühümdür ki, Suriyanın mümkün bölünməsi haqda ssenarilərdə şəhərlə bağlı amansız mübahisələr qızışır… Və Hələb hamının gözü qabağında Suriya rejiminin əlinə keçir. Rusiyanın havadan dəstəyi ilə Hələb çökmək üzrədir. Dünya ictimai rəyini həyəcanlandırmasa da, bu münaqişənin humanitar ölçüsü sön dərəcə ağırdır. Xəstəxanaların, bazarların bombardmanı haqda xəbərlərdə artıq danışılmasa da, sağalmaz yaralar vurulur.

Amerika rəsmiləri son zamanlar, bax, bu haqda açlıq şəkildə danışmağa başlayıblar: Rusiyanın köməyi ilə Əsəd rejiminin Hələbə yiyələnməsi ABŞ-ı pərt etmir. Hətta Obama bunu istəyir. Səbəb – Obamanın Suriya siyasətindəki məğlubiyyətini Amerikanın növbəti prezidentinə sırımaq istəyidir.

Məlum olduğu kimi, ABŞ-da prezident seçkilərinə lap az qalır. Hillari Klinton prezident qovğasında irəlidə gedir.

Klintonun elektron poçtunun sındırılması Suriya böhranının başlanğıcından məlum olan faktı təsdiqlədi: Klinton və Obama Suriya məsələsi üzrə müxtəlif mövqe tuturlar. Klinton İranla sazişin əleyhinə deyil, amma onun Suriya və İraqda artan nüfuzundan narahatdır.

Obama hesab edir ki, Klinton hakimiyyətə gələcəyi halda ABŞ-ın Suriya siyasətini dəyişə və Rusiya və İrana münasibətdə daha sərt mövqe tuta bilər.

Əlbəttə, bu, ABŞ-ın Suriya siyasətində hansısa kəskin dönüşü bildirmir ABŞ öz hərbçilərini döyüş meydanına göndərmək niyətində deyil – o bu məsələdə qətiyyətlidir. Lakin Obamadansa yeni prezidentin daha təcavüzkar siyasət aparcağı ehtimalı da var.

Deməli, budur, Obama bu ehtimalı aradan qaldırmaq üçün və Klinton öz komandasını hərəkətə gətirib özəl xarici siyasətini keçirməyə imkan əldə edincə seçkilərə qədər Hələbin süquta uğramasını istəyir. Obama bu halda öz siyasətini de-fakto növbəti prezidentə sırıyar, çünki Klinton az şey edə bilər. Amerikanın bəzi nüfuzlu ictimai və siyasi xadimləri bu cür düşünürlər.

Hələbin süqutu xüsusunda Türkiyənin heç nə deməyəcəyi haqda da ehtimallar səslənir. Mən bu sualla bizim yüksəkçinli bir məmurumuza müraciət etdim və qəti mənfi cavab aldım. Görmək mümkündür ki, təhlükəsizlik sahəsində prioritetlərin dəyişildiyinə baxmayaraq Türkiyə Suriya üzrə siyasətdə cızdığı qırmızı xətlərdən imtina niyyətində deyil. Əlbəttə, qeyd etməyinə dəyər ki, Türkiyənin baxışına görə Obamanın bölgə siyasəti heç vaxt müttəfiqlik münasibətləri üçün məqbul formada inkişaf etməyib.

Klintonun “Demokratik birlik” partiyasını silahlandırmaq vədi göstərir ki, Türkiyə-ABŞ münasibətləri daha da gərginləşə bilər.

Türkiyə istənilən halda öz strategiyasını hazırlamağı və bölgə oyunçusu kimi daha fəal siyasətin inkişafını davam etdirəcək.

 

Tərcümə Strateq.az-ındır.