XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Oktyabr 2016 - 10:01

Türk analitik:“ABŞ-ın strategiyasında ehtiyat təkər olmağın vaxtı deyil” – Təhlil

pyd

Qayaxan Uyğur

Güneş (Türkiyə), 29.10.2016

 

ABŞ-ın PKK və onun Suriya qanadı “Demokratik birlik” partiyası (PYD) ilə əməkdaşlığı davam etdirdiyindən çıxış etməklə bölgə siyasətimizi yenidən düşünmək faydalı olardı. ABŞ-dakı seçkilərə sayılı günlər qalarkən Vaşinqton administrasiyası PYD ilə təkidlə müttəfiqlik edir və deyir ki, ən yaxın vaxtlara planlaşdırılmış Rakka əməliyyatında onunla qarşılıqlı fəaliyyətdə olacaq.

Biz bu layihəni qəbul edə bilmərik və Türkiyə bu məsələ üzrə öz rəsmi mövqeyini ABŞ-a xəbər verib. Buna baxmayaraq, fikrimcə, ABŞ-a  “PYD oradadırsa, onda biz olmayacağıq” demək də yetərli deyil.

 

ABŞ bizə lazımdırmı?

 

Nəzərə alınsa ki, İŞİD-in Rakkadan qovulması məqsədilə quru əməliyyatı haqda təkcə Vaşinqton deyil, həm də Rusiya düşünür, onda niyə Moskva və müttəfiqləri ilə birgə hərəkət etməyək?  Bizə ölkəmizi və xalqımız terrorizmdən müdafiə edəsi qərarlar qəbul etmək önəmlidir və artıq ABŞ-ın strategiyasında ehtiyat təkər olmağın vaxtı deyil. Məgər məntiqli deyil ki, Türkiyə PKK ilə mübarizədə bizə dəstək verənlərlə bir yerdə olsun? PKK ilə qarşılıqlı fəaliyyət göstərən ABŞ-la müttəfiqlik münasibətləri isə tədricən boynumuza dolanan sabunlanmış kəndirə çevrilir. İctimai rəyin bunu dərk etməyinin vaxtıdır.

Gəlin, tam açıq danışaq – PKK terror təşkilatının Rakkada yerləşməsinə şərait yaradacaq əməliyyat Türkiyəyə düşmən münasibətin təzahürdür. İŞİD ancaq bəhanədir. ABŞ-ın məqsədi qətiyyən Suriyaya demokratiya və s. gətirmək deyil, bu ölkəni bölmək və orada terrorçu PKK dövləti yaratmaqdır. Vaşinqton administrasiyasının hadisələrin lap başlanğıcından – 2011-ci ildən hədəfi bu cür idi. Lakin amerikalılar bu strateji layihələri addım-addım həyata keçirərək olduqca incə siyasət yürüdür və əsil niyyətlərini yalan və riyakarlıqla ört-basdır edirdilər. ABŞ terrorçu qurumla əlaqəsini indi açıq şəkildə etiraf etdiyinə görə terrorçularla dostluq edənlərə öz əllərimizlə silah və patron verə bilmərik. Seçkilərdən sonra ABŞ-ın bu məsələ üzrə mövqeyi saxlanarsa, onda Amerikanın hər biri tədricən terrorizm yuvasına çevrilən baza və obyektlərinin yerləşməsi şərtlərini sərtləşdirmək lazımdır.

 

Terrorçuların silah yoldaşı

 

Xatırladığınız kimi, Devid İqnatius prezidentimizin İsrailin keçmiş lideri Şimon Peresə münasibətdə etdiyi məşhur “one minute” çıxışının moderatoru idi. İqnatius eyni zamanda “Wahington Post”un köşə yazarıdır. O, 25 oktyabrda yazıb:

“Xalq özünü müdafiə dəstələri (YPG – PKK-nın Suriyada silahlı qanadı) mənim üçün nəsə özəl bir şeydir. Çünki mayda ABŞ-ın məxfiləşdirilmiş təlim-məşq düşərgəsində onlardan bir neçəsi ilə tanışlıq imkanım olub. Öyrəndim ki, onlar İŞİD-ə qarşı müharibədə son döyüşçüyə, hətta sonuncu qadın döyüşçüyə qədər vuruşurlar. ABŞ xüsusi təyinatlısının zabitləri onların döyüş əməliyyatlarındakı işi haqda sayğıyla fikir bildirir və deyirlər ki, əlbəyaxa döyüşdə onların arasında silah yoldaşlığı yaranıb”.  

Əlbəttə, Amerika hərbçiləri ilə PKK terrorçuları arasında meydana çıxmış yaxın silah yoldaşlığı yenilik deyil. Bu, ən azı, ABŞ-ın Qəndili (PKK-nın İraq Kürdüstanında bazası-tərc.) yaratdığı 1990-cı ilə gedib çıxır. Jurnalist Devid İqnatius eyni zamanda xatırladır ki, ABŞ mayda YPG-nin bir qrup döyüşçüsünü Adanaya gətirib və İncirlikdə onları Fətulla Gülənin FETÖ terror təşkilatının sıralarındakı zabitlərlə tanış edib. Bütün bu etiraflar növbəti dəfə təsdiq edir ki, əslində, iyulun 15-də Türkiyə prezidentini kim aradan qaldırmaq istəyirmiş. Hətta PKK-nın öldürüdyü hər bir vətəndaşımıza görə – istər hərbçi, istər polis, istərsə də dinc sakin olsun – sorğuya tutlmalı qüvvə bir başqası deyil, ABŞ administrasiyasıdır.

 

Bütün məsələlər Təl-Abyəddədir

 

Türkiyə bu şəraitdə ABŞ-ın PKK-ı Rakkada yerləşdirəcəyi əməliyyata cavabda sükutu qoruya bilməz. Hazırda Təl-Abyəd rayonunda, birbaşa sərhədimizin yanında bu əməliyyata hazırlıq gedir. PKK 95% ərəb və 5% türkmanların yaşadığı Təl-Abyəddə amerikalıların dəstəyi ilə soyqırım və təmziləməni davam etdirir. Burada kök atmış terrorçular zaman-zaman teraktlar keçirdikəri Türkiyəyə də sızır və buna görə də PKK-nın bu rayonda olması Türkiyənin təhlükəsizliyinə ciddi təhdiddir. Digər tərəfdən, PKK terrorçuları Amerika xüsusi təyinatlısının müzdluları kimi Rakkanı Mosulla əlaqələndirən yola nəzarət edirlər. Məlum olduğu kimi, ABŞ-ın başçılığı ilə Mosulu mühasirəyə alımış koalisiya Rakka yolunu açıq qoymağı və terrorçuları bu tərəfə qovmağı planlaşdırır. Plan “A” və “B” göz qabağındadır. PKK iə birlikdə Rakkanı lə keçirmək planı işə düşsə, ABŞ İŞİD döyüşçülərinə ora gəlmək imkanı verməyəcək. Rakka əməliyyatını Rusiya və müttəfiqləri həyata keçirsə, İŞİD terrorçularını Mosuldan Rakkaya  göndərəcəklər.

 

Satmaq şakəri

 

Bu durumda getdikcə daha da güclənən terrorizm təhlükəsinə qarşı çıxmaq və ABŞ-ın bölgəyə daha çox hərc-mərclik gətirməyinə mane olmaq üçün Türkiyə Suriyada Rusiya və müttəfiqləri ilə qarşılıqlı şəkildə hərəkət edə bilər. ABŞ bunu istəmirsə, PKK-nn Suriya qanadı PYD/YPG ilə əməkdaqşlıqdan imtina etməlidir.

Yeri gəlmişkən, Devid İqnatius bu ehtimaldan əndişə keçirir və “Washington Post”dakı məqaləsində ona çox xoş gəlmiş terrorçu dostlarına ABŞ-ın mümkün satqınlığı haqda xəbərdarlıq edir. Onların nə edəcəklərini bilmirik, lakin türk xalqında ABŞ haqda qəti rəy formalaqşıb: Vaşionqton satqınlığı öz siyasətinin mərkəzinə yerləşdirib.

 

Tərcümə Strateq.az-ındır.