Yevgeni Vdovin
politrussia.com, 29.10.2016
ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının “müzəffər” hücumunun irimiqyaslı reklam kampaniyası İŞİD terrorçularının İraqdakı dayaq məntəqəsi uğrunda gerçək döyüşlərdə köməyə gəlmir. Hər şeydən göründüyü kimi, ABŞ-ın Mosula həmləsi tıncıxır və yerində sayırsa, terrorçular isə təbliğ edilmiş “Abrams”ları yandırırsa, nəsə düzgün getmir.
“Yenilməz azadlıq” – İraqda İŞİD-ə qarşı həlledici döyüş olmalı olan Hollivud şousu məhz bu cür adlanır. Lakin Amerika blitskriqi iflasa uğradı. İraq silahlı qüvvələri və ABŞ başda olmaqla müttəfiqlər şəhəri hələlik mühasirəyə almağa nail olmayıb. Bu haqda əməliyyata komandirlik edən Amerika generalı Stiven Taunsend məlumat verib. O, birfinqdə deyib:“Hələlik Mosul tam mühasirəyə alınmayıb. Lakin bu vacib də deyil ki, şəhəri İŞİD-dən azad etmk üçün hücum edilsin. Düşmənin giriş və çıxış yolları var, döyüşçülərin yenidən müəyyən dislokasiyasını aparır, amma şəhərə böyük bölmələrin girdiyi və yaxud çıxdığını görmürük”.
Bundan başqa, narahatlıq üçün daha əsaslı səbəb var. Müdafiənin yarılmasına atılmış qüvvə və texnika işin öhdəsindən gələ bilmir, əsil döyüş isə hələ başlanmayıb.
İŞİD Amerika “hədiyyələri”ndan istifadə edərək cavab verir. Məlum olur ki, terrorçulaırn koalisiya üçün bir sıra sürprizləri var. Amerikalılar bunu, xüsusən də tank əleyhinə raket komplekslərini (TƏRK) bilməli və yadda saxlamalıydı, lakin döyüşün ilk günlərinin göstərdiyi kimi, Amerika tankları kibrit qutusu tək alışır. Nəticədə İraq tankçıları hücumu dayandırmaq və geri çəkilmək əmri alıblar.
Problem bundadır ki, İraq ordusuna Ştatlardan tədarük edilmiş “Abrams”lar raket əleyhinə müdafiəyə malik deyil. Bu, ondan xəbər verir ki, internet tez bir zamanda yanan Amerika tanklarının videosu ilə dolacaq. Artıq ilk videolar görünməyə başlayıb.
Mosul – İraq meqapolisi
Amerika koalisiyasının hücumuna humanitar durum və dinc əhali arasında qurbanlar haqda söz-söhbətlə şərik çıxmaq olmaz. Mosul əhalinin tərk etdiyi hərbi obyekt deyil, buna görə də dinc sakinlərin taleyi kimi mühüm məqama diqqət yetirmək lazımdır.
Dünya KİV-ləri İraq Mosulunda dinc əhali arasında qurbanlar haqda susur. Hamımız isə çox gözəl bilirik ki, onlar Suriya ordusu və Rusiya HKQ-nin Hələb əməliyyatından necə narahat olublar. Lakin Mosul haqda hələlik sükut var. Atəşi dayandırmaq, hətta Mosul üzərində uçuşsuz zona yaratmaq çağrışlarını eşitmirik. Amma vəziyyət Suriyadakı durumu möhkəm xatırladır. Lakin ən azı, dinc sakinlərin sayında ifadə olunan fərq də var. Humanitar təşkilatların dəyərləndirdiyinə görə, şərqi Hələbdə 250 minə yaxın adam qalıb, Mosulda isə hələ avqustun əvvəlində bir milyondan çox adam var idi.
Təbii, bu faktı da nəzərə almaq lazımdır ki, İŞİD terrorçuları əhalidən “canlı sipər” kimi yararlanır ki, bu da əslində, barbarlar üçün adi hadisədir. Lakin Mosuldakı durum bu mövqedən zəif işıqlandırılır. Heç kim humanitar fəlakətdən yazmır və hətta aviasiya və artilleriya işlətməklə şəhərə hücumun gedişatında mülki əhali arasında itkilər olacaqsa, “hərbi cinayətlərə görə məsuliyyət” hədəsi gəlmir.
Təbii, bu o demək deyil ki, Mosulu yaraqlılardan almaq lazım deyil. Təəssüf ki, istənilən müharibə dinc əhali içində qurbanlarsız ötüşə bilmir. Burada söhbət, hər şeydən əvvəl ikili standartlar və koalisiyanın bütün hərəkətlərinə bəraət qazandıran, gerçək mənzərəni təhrif edən kütləvi informasiya vasitələrinin qəbuledilməz davranışından gedir. Məqam çox da xoşa gələn deyil, ancaq qeyd oluna biləcəyi kimi, hücum tərəfinin də problemləri kifayət qədərdir. Yaranmış durumda ABŞ və İraq hökuməti üçün döyüşün uzanacağı və yaxud koalisiyanın dağılacağı halda ehtiyat plan düşünmək səmərəli olardı. İŞİD öz mövqelərini təhvil vermək niyyətində deyil. Yaraqlılar dinc əhalidən istifadə edərək Mosulu müdafiə edəcəkər. KİV-də artıq kütləvi edam və təhdidlər haqda məlumatlar yayılıb və terrorçular bu üsulla daxili mühacirəti dayandırmağa cəhd edirlər.
Mosul piar-aksiyasını düşünmüş Amerika koalisiyası rəqibi zəif təsəvvür edir. Bunlar öz əməliyyatlarını planlaşdırmağı bacarmayan “qanmaz başkəsənlər” deyil. Taktiki tərkib baxımından hər şey qaydasındadır. Yaraqlıların əksər qismi hələ Əfqanıstanda sabitsizlik dövründə təcrübə toplayıb, buna görə də təsəvvür etmək çətindir ki, bir göz qırpımında geri çəkilirlər. Əlbəttə, bütün şəhəri qoruya bilməyəcəklər, lakin koalisiya qüvvələri ilə döyüşə hazırdırlar.
Daha bir məqamı nəzərə almaq önəmlidir. Hazırda koalisiyaya dağınıq qruplaşmalar daxildir. Hətta qüvvələr var ki – məsələn, İraq şiələri – əvvəllər amerikalıları öldürmək hədə-qorxusu gəlirdilər. Buna görə də durum gözlənilməz dönüş ala bilər – xüsusən də əməliyyat uzanarsa. Lakin Mosul uğrunda döyüşün müsbət nəticəsini də istisna etmək olmaz. Bununla belə, itkilər kifayət qədər ciddi ola bilər.
Tərcümə Strateq.az-ındır.