XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 16:55

Afrika uğrunda döyüş:Qəddafini niyə qətlə yetirdilər?

af

Foto: Reuters

 

Svyatoslav Knyazev

Politrussia.com, 02.11.2016

 

Liviyanın həlak olmuş lideri Muammər Qəddafinin əmioğlusu bu günlərdə qalmaqallı müsahibə verib. Cəmahiriyyə başçısının əmioğlusu qətlə yetirlmiş qohumunun planları və Qərbin bunun həyata keçirilməsinə yol verməməyi, hətta Afrikanın ən böyük xəyalpərəstlərindən birinin niyyətlərini pozmaq üçün açıq müdaxiləyə getmək səbəbi haqda açıq şəkildə danışıb. Axı Qəddafi planlarını həyata keçirsəydi, Qərbin bütün inkişafı birbaşa gözümüzün qabağında heç nəyə dönə bilərdi.

 

Dünyanın xəzinə resursları Qərbin nəzarətindən çıxa bilərdi

 

Liviya lideri Muammər Qəddafi Afrika və Yaxın Şərqin digər avtokratlarının fonunda cürətlə olduqca mötədil və dünyəvi lider sayıla bilərdi. Onu onun yerinə gələnlərlə tutuşdurmaq isə Oksford professorunu səfil, cinayətkar narkomanla müqayisə etmək kimidir. Bununla belə, Qərb onu məhv etmək üçün beynəlxalq hüquqa zidd, Şimali Afrikada tamamilə gözlənilən olan dəhşətli əndazəsizliyə və Avropa sərhədlərinə qaçqın kütlələrinin həmləsinə səbəb olan müdaxiyə əl atıb. (Benqazidəki diplomatın öldürülməsi nəzərə alınmasa) bu nəticələr amerikalılara o qədər də toxunmur, amma axı avropalılar da bu macəraya girişiblər. Nə üçün?

Onların motivini Muammər Qəddafinin əmoğlusu Əhməd Qəddafi əd-Dam açıqlayıb: “Qərb Qəddafinin bütün Afrika qitəsinin azad edilməsi və müstəmləkə ölkələrinin qovulmasına necə rəhbərlik etdiyini görürdü. O, Afrika ölkələrinin birliyinə nail olmaq, qitəni Afrika Birləşmiş Şitatlarına çevirmək istəyirdi”.

Liviyanın həlak olmuş liderinin qohumuun sözlərinə görə, vahid Afrika valyutasının yaradılması üzrə Qəddafnin təşəbbüsü Qərb elitalarını xüsusən narahat edirdi. Qəddafinin əvvəlcə Afrika birliyinin yaradılamsı, sonra isə inkişafı üzrə ideyaları Avropa və Amerikada biznesmen və siyasətçiləri Cəmahiriyyə başçısına təhlükə kimi baxmağa məcbur etdi. Lakin onlar nədən qorxurdular?  

ked

Qəddafi son zamanlar Avropaya heç bir hədə gəlmir, əksinə, avropalılardan sərhədləri qorumağa pul tələb etsə də, ora axışan mühacir axınının qabağını alırdı. Onda avropalıları və yaxud amerikalıları “dünyanın o başında”, başqa bir qitədə baş verənlər niyə həyəcana salmalıdır?

Məsələ burasındadır ki, Qərb sivilizasiyasının “qızıl milyard” maliyyə firavanlığı Afrikada, “üçüncü dünya”nın bəzi başqa bölgələrində hasilə gəlir.

Afrikalılaırn azad edilməsi, birləşməsi və maariflənməsi buna səbəb ola bilər ki, onların milli sərvətlərini qəpik-quruşa xaricə daşıyan Qərb korporasiyalarını tam şəkildə sorğu-suala tutmağa başlayarlar. Afrika dünyada qızıl, almaz, platin, marqans, xrom, vanadium, kobalt ehtiyatlarına görə birinci, uran, mis, berillium, antimon ehtiyatına görə ikinci yeri tutur.

Orada nəhəng civə, dəmir, titan, nikel, qalay, volfram yataqları da var. Mobil telefon istehsalında zəruri olan dünya tantalit yataqlarının 80%-i Konqoda yerləşir.

Afrika neft və qaz yataqları indiyədək gerçək şəkildə dəyərləndirilməyib. Ekspertlər Cənubi Sudanda kəşf edilməmiş, Səudiyyə Ərəbistanının sərəncamındakı ilə tutuşdurulan “qara qızıl” laylarının olduğunu istisna etmirlər.

Bundan savayı, Afrika Qərb ölkələrinə dəyərindən aşağı aqrar məhsulların iri tədarükçüsüdür.

Avropalılar vaxtında Qara qitədən soruşmadan nə lazım gəlsəydi, götürürdülər. Afrika, demək olar, tamamilə Böyük Britaniya, Fransa, Almaniya, Belçika, Portuqaliya, İspaniyanın müstəmləkə mülkiyyətində idi.

Lakin II dünya savaşı bitəndən sonra daha çox Sovet İttifaqının təsiri altında Qara qitənin sakinləri öz hüquqlarını bəyan edib azadlıq qazananda incə davranmaq lazım gəldi. Dünənki müstəmləkə sahibləri hərbi-siyasi tərəfdaş və yatırımçılara çevrildilər. Lakin mahiyyət eynilə qaldı – abırsız qarət.

Yerli sakinlər birdən ağ cənablara onları qarətə imkan verməmək haqda düşünməsin deyə Qərb hökumət və korporasiyaları Afrikada vətəndaş və dövlətlərarası müharibələr, qanlı çevrilişlər törədir. Təkcə Konqoda vətəndaş müharibəsi II dünya savaşından sonra planetdə ən qanlı münaqişəyə çevrilərək 10 milyon həyata bais oldu. Yerli sakinlər vuruşmaqla məşğul olunca tammailə gizli şəkildə Cobatt (ABŞ), H.C. Starck (Almaniya), Ningxia şirkətlərinə (Çin) tantalit daşınır.

Bu yaxınlarda yaranmış Cənubi Sudanda da müharibələr müntəzəm qızışır. Qərb ölkələrinə Çinin Hind okeanına neft kəməri çəkməyinə imkan verməmək sadəcə çox vacibdir. Konqo sakinləri düşmən gülləsi və maçetedən (uzun tiyəli bıçaq-tərc.) həlak olunca və acından ölüncə avropalıların dəstəyi ilə hökm sürən ölkə diktatoru Mobutu Sese Seko İsveçrə bankındakı hesablara 5 milyard dollara yaxın pul yığdı.

 

Çin və Hindistan Qərbin Afrikadakı monopoliyasını pozmağa cəhd edir

 

Fransanın qeyri-kommersiya təşkilatları da keçmiş müstəmləkələrdə Parisin maraqlarına tam lobbilik edir. Bu qurumların işlədiyi yerlərdə fəal şəkildə dövlət çevrilişləri keçirilrir. Bu da işə yaramayanda qoşunlar işə düşür. Fransanın oyuncaq rejimlərlə müdafiə sahəsində sazişləri guya suveren ölkələrin qoşunlarına nəzarət və Kot-de’İvuar, Qabon, Çad, Seneqalda Fransa hərbi bazaları qurmaq imkanı verib. Fransa sərhədlərindən kənardakı 17 min fransız hərbçisindən, demək olar, 10 mini Afrikadadır. Fransanın Aqfrikadakı tərəfdaşı və eyni zamanda rəqibi ABŞ-dır. 2008-ci ildə Amerika ordusunun ayrıca Afrika komandanlığı yaradılıb. Fransa və Amerika neft şirkətləri Qabon, Konqo və Anqolada iş sahələri uğrunda rəqabət aparır.

Lakin son zamanlar Qara qitədə amerikalı və fransızların yeri dar olmağa başlayıb. Bəsirətli və fəal çinlilər Afrikada öz iştiraklarını gücləndirir: afrikalılara sonradan çinlilərin mallarına xərclənən sərfəli şərtlərlə böyük kreditlər verir, investisiya qoyub öz həmvətənləri üçün iş yerləri yaradır, Afrika gəncliyinin həm vətəndə, hənm də ÇXR-də təhsilinə xeyli qrant ayırırlar.

Həm Çinə, həm də Qərb ölkələrinə rəqabəti isə eyni zamanda Hindistan təşkil edir. Nyu-Delinin siyasəti o qədər də təzavüzkar deyil, lakin bu onun effektini azaltmır.

Ekspertlərin məlumatına görə, daha çox xarici qüvvələrin sədəqəsi üzündən Afrika təkcə son yüz ildə iyirmiyə yaxın vətəndaş müharibəsi, 100-dən çox dövlət çevrilişi, ondan çox soyqırımı və kütləvi qırğın epizodlarından keçib.

pat

Afrikalıların əsarəti atmaq və öz güclərilə inkişaf etmək cəhdləri, adətən, acınacaqlı qurtarır. Məsələn, Patris Lumumba Konqonu yeni müstəmləkəçilik asılılığından qurtarmaq cəhdinə görə Britaniya xüsusi xidmətləri tərəfindən qətlə yetirlib, şaqqalanıb və turşuda əridilib.

Lakin dünyada Liviyanın nüfuzu artdıqca Afrikanın azadlıq şansları da çoxalırdı. Qəddafi güclü lider, Liviya isə böyük layihələri özünə rəva biləcək varlı ölkə idi.

Vahid valyutalı və dünyəvi Liviyanın başçılığı ilə Afrika Birliyinin gerçəkləşməsi ona səbəb ola bilərdi ki, avropalı və amerikalılar Afrikadan daşıdıqlarının hamısına ədalətli qiymət ödəməli olacaqdılar, Bu isə Qərbdəki həyatın keyfiyyətinə dərhal təsir edərdi. Onlar buna yol verə bilməzdilər. Qəddafi amansızcasına öldürüldü, Afrika isə siyasi planda on illərlə geri atıldı…

 

Tərcümə Strateq.az-ındır.