XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2016 - 13:33

Edam cəzası qayıdır: Türkiyə Avropadan uzaqlaşır –Təhlil

ed

Sami Koen

Milliyet (Türkiyə), 03.11.2016

 

Hər şeyə əsasən, Türkiyədə edam cəzasının yenidən qüvvəyə minməsi üçün Böyük Millət Məclisi tezliklə lazımi hüquqi mexanizm yaradacaq. Ankarada dünənki parlament qruplarının toplantısında səslənən sözlər göstərir ki, hökumət ən yaxın vaxtlarda fəal işə keçəcək.

Edam cəzasının dönüşü haqda məsələ 15 iyul dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib. Yüksək cəza tədbirinin bərpasını xalq kütlələri tələb edib və bundan sonra hökumət də bu yöndə mövqeyi tutub. Bu mövzu son zamanlar siyasi, hüquqi və akademik dairələrdə qızğın mübahisələr doğurur.

Biz təkcə “lehinə” və “əleyhinə” arqumenti, zərurətin dəyərləndirilməsi, ədalət və edam cəzasının faydası üzərində deyil, daha çox bu diskussiyalarda xüsusilə səslənən baxış nöqtəsinin üzərində durmaq istərdik.

 

“Kim nə deyir, desin!”

 

Bu rəyə əsasən, edam cəzasının bərpası haqda qərar – Türkiyə bunu bir neçə il əvvəl Avropa institutları ilə əlaqələnmə çərçivəsində ləğv edib – qəbul ediləcəksə, ölkə Avropanın reaksiyasını nəzərə almamalıdır. Hətta indiyə qədər dünyada ölüm cəzasını tətbiq edən bir çox ölkələr var. Avropada nə deyirlər, desinlər, Türkiyə öz şəraitindən çıxış edəcək. Qoy onlar qarışmasın və öz işlərilə məşğul olsunlar…  

Son zamanlar getdikcə sərtləşən bu bəyan əslində bu fakta işarə edir ki, Ankara Avropaya münasibətdə mövqeyini dəyişir. Başqa sözlə, demək mümkündür ki, Türkiyənin öz problemləri və xüsusi şəraitini ön plana çıxartdığı məsələlərdə – uzlaşma və yaxud initeqrasiya xatirinə – daha Avropaya “tabe olmaq” istəmir… Və son hesabda hətta Avropadan “uzaqlaşmağı” özünə rəva bilir.

 

“Avropa nəyimizə lazımdır ki?”

 

Avropan Birliyi və Avropa Şurasının edam cəzasının Türkiyəyə qayıdışına reaksiyası bununla izah olunur ki, bu birliklərə daxil olan ölkələr bu cəza tədbirini ləğv edib.

Türkiyədə mübahisənin bəzi iştirakçıları arabir örnək qismində diqqəti, məsələn, bu cəza tədbirinin indiyədək tətbiq edildiyi ABŞ və İran kimi ölkələrə yönəldirlər. Amma bu zaman unudurlar ki, bu ölkələr AB və Avropa Şurasının üzvü deyil…

Türkiyə 1949-cu ildən Avropa Şurasının ilk üzvlərindən biridir. O, 47 üzvdən ibarət bu nüfuzlu təşkilatın müxtəlif orqanlarında (o cümlədən parlament assambleyasında da) fəal rol oynayır. Ölüm cəzasına qayıdış Avropa Şurası və qurumlarından çıxdaş edilməyə şərait yaradar. AB-yə üzvlük perspektivi isə daha da dumanlı ola bilər…

Bunun cavabında deyə bilərlər: “Avropa bizim nəyimizə lazımdır? Biz lazım bildiyimizi edirik. Bizim işimizə heç kim qarışa bilməz”.

Lakin bu cür mövqe Türkiyəni (həm cismən, həm də mənən) Avropadan və Türkiyənin uzun illər ərzində böyük əhəmiyyət verdiyi Avropa baxışından daha çox uzaqlaşdıracaq.

Bu cür uzaqlaşmanın qiymətini yaxşı hesablamaq lazımdır…

 

Tərcümə Strateq.az-ındır.