XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

09 Noyabr 2016 - 18:29

Trampın seçilməsi ABŞ-Rusiya münasibətlərinə nə vəd edir? –Təhlil

trump-putin-point

Русская служба BBC (Böyük Britaniya), 09.11.2016

 

"BBC"-nin rus xidməti ekspertlərin Donald Trampın ABŞ-ın prezidenti rolunda Rusiya ilə münsibətləri necə quracağı haqda fikirlərini öyrənib.

 

“Rusiya ilə alyans tərəfdarı”

 

“Henri Cekson adına Cəmiyyət” analitik mərkəzinin nəzdindəki Rusiyanı Araşdırma Mərkəzinin rəhbəri Endryu Foksoll hesab edir ki, Donald Tramp Rusiyaya müttəfiq kimi yanaşacaq və Vladimir Putinə məftun olacaq. Hər iki siyasətçi ümumdünya sui-qəsdi nəzəriyyəsini dəstəkləyir – nəzəriyyəyə əsasən, Rusiya korrupsiyalaşmış və avtoritar dövlətdir, lakin Qərb də zərrəcə daha yaxşı deyil.

Tramp son bir neçə ildə faktların Rusiya şərhindəki ən mühüm məqamları təkrarlayıb: Rusiya Ukraynaya müdaxilə etməyib, Demokatik Partiyanın Millli Komitəsinin elektron poçtunu sındırmış hakerlər Rusiyaya bağlı deyil, NATO-nun gələcəyi sual altındadır…

Tramp özünü Rusiyayönlü müşavirlərlə əhatə edib, Rusiya ilə yeni alyans yaratmaq ideyası onu ruhlandırır. O, iddia edir ki, Suriyadan tutmuş hər iki ölkənin silahları üzərində nəzarətə qədər müxtəlif məsələlərdə tərəqqiyə nail olmaq üçün münasibətlərdə yenidən yüklənmə vacibdir.

 

Risk həvəskarı?

 

Siyasi elmlər doktoru, Oksford Universitetinin Sent-Entoni kollecinin elmi əməkdaşı Vladimir Pastuxov qeyd edir ki, Tramp istənilən anda riskli oyun seçə bilər.

Düşünürəm ki, Trampın qələbə çalacağı halda münasibətlər “Amerika təpələri”ndəki kimi olacaq – ya əvvəlcə yuxarı, sonra isə aşağı, ya da əvvəlcə aşağı, sonra da yuxarı, amma heç vaxt düzünə olmayacaq. Mən bu fikri bölüşmürəm ki, Tramp Amerika xalqının Rusiya üçün ən yaxşı seçimidir. Onda biznes mədəniyyəti və deməli, gəlir görünərkən istənilən anda riskli oynamaq hazırlığı var. Bu mənada biznesmenlər aktyora bənzəyir. Xatırladığımız kimi, Rusiyanın aktyor prezidentləri mənfəətə getmirdilər… Ümumiyyətlə, qadının nifrətdən sevgiyə keçməyi asan olduğu kimi, kişinin də sevgidən nifrətə bir addım atması çox asandır. Mən hesab etməzdim ki, Trampla Putinə asan olacaq. Güman edirəm ki, Tramp əvvəlcə “Krım günahları”nı Putinə bağışlayacaq və onu Yaxın Şərq səhralarında birgə əməliyyat ideyasına cəlb edəcək. Lakin Putuinin ayağı hansısa daşa ilişməyincə hər şey yaxşı olacaq. Tramp burada gözləməyəcək və “tərəfdaş”ı uçuruma itələyəcək”, – deyə Pastuxov yekunlaşdırır.

 

Döndərilməsi çox çətin olan buzqıran

 

Dünya Təhlükəsizliyi İnstitutu Rusiya və Asiya proqramlarının direktoru Nikolay Zlobin qeyd edir ki, Tramp hətta öz müşavirlərinə xəbərdarlıq etmədən təyyarəyə əyləşib Moskvaya Putinlə görüşə uça bilər.

“Tramp bu cür rus ruletkasıdır. Bu, məzəli səslənir, lakin o yaşda və o dönüşdə Tramp olduqca həvəskar siyasətçidir. Rusiyada Klinton üzrə xeyli ekspert var. Onunla işləmiş, danışıqlar aparmış, təhlil etmiş, mübahisə aparmış, onu tanıyan adamlardır. Amma, bax, Rusiya siyasətçiləri Tramplasa əsla tanış deyillər. Tramp xarici siyasətə uzunmüddətli münasibətlər qurmaqdansa mənfəət və gəlirin daha vacib olduğu biznes münasibətləri üslubu gətirə bilər. Amerika olduqca ləng dönüş edən ağır buzqıran gəmidir. Və bu gün bu buzqıran Rusiyadan digər tərəfə üzür. Tramp onu döndərməyə cəhd edə bilər, lakin ətalət çox nəhəngdir. O, hansısa nümunə addımlar ata bilər. Məsələn, hansısa bəyanat vermək və yaxud  Moskvaya hansısa nümayəndə heyətini göndərmək. Amma şübhə edirəm ki, Tramp bu gəmini gerçək şəkildə elə döndərə bilər ki, kobud şəkildə desək, ilk yüz gündə bunu hamımız görək və hiss edək. Anlamaq önəmlidir ki, ABŞ Konqresi olduqca antirusiya mövqeyə köklənib. Onun ABŞ-da xarici siyasətə böyük təsiri var. Baxaq görək, yeni konqres nəyi ifadə edəcək. İstənilən halda, Rusiya ilə münasibətləri qaydaya salmaq məsələsində ABŞ-ın yeni prezidentinin əl-qolu tam şəkildə açıq olmayacaq”.

 

Tərcümə Strateq.az-ındır.