XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2016 - 11:07

İtaliya siyasətçisi: “Adam dəli olur – Tramp qalib gəlib” –Təhlil

tr

La Stampa (İtaliya ),10.11.2016


 

Donald Trampın Ağ evi fəth etməsi beynəlxalq arenada tarazlığın pozulmasilə bağlı yeni mövqelər hazırlayan dünya liderləri tərəfindən tənqid qasırğası doğurub. İtaliya istisna deyil. Trampın qələbəsini bloqunda dəyərləndirmiş Beş ulduz hərəkatının lideri Beppe Qrillo öz münasibətini daha parlaq şəkildə ifadə edib: “Adam dəli olur. Bu ki dövrün partlayışıdır. Bu ki informasiya, televiziya, böyük qəzetlərin, intellektual və jurnalistlərin qiyamət günüdür. Bu ki hamıya Barmağı iki barmağın arasından göstərməkdir. Tramp sərsəm qələbəyə nail oldu. Dünya artıq dəyişilib, bu siqnallara etinasız yanaşmaq olmaz, onu oxumağın vaxtıdır. İşi bu siqnalları şərh etməkdən ibarət olanlar artıq ölüblər”.

Şimal Liqası ifrat sağ partiya Avropa sağlarının verdiyi bəyanata qoşularaq maqnatla həmrəylik ifadə edib. Birinci olaraq Avropa  deputatı Mario Borgetsio dilə gəlib: “Trampla birgə Amerikanın xristianlığa etiqad edən ağ əhalisi qalib gəlib”.

Matteo Salvini döyüş hazırlıq ifadə edir: “Qərar vaxtıdır”.

Padaniya radiosunun studiyasından çıxış etmiş Şimal Liqasının lideri üçün “Trampın qələbəsi kürəsəlləşməyə zərbə və kişiliyin, xalqın, qürurun və bankirlər, spekulyantlar, müğənnilər, jurnalistlər və sosioloqlarla qarşıdurmada inamın qisasıdır”.

Hökumət tərəfdən tarazlığı saxlamağa dəvət edən bəyanatlar səslənir. Baş nazir Matteo Rentsi Trampı İtaliya adından təbrik edib: “Ona yaxşı fəaliyyət arzulayıram və əminəm ki, ölkələrimiz arasındakı dostluq möhkəm və güclü qalacaq. Hətta seçkiqabağı kampaniyada səslənmiş bəzi inamsızlıqlara baxmayaraq, bu, beynəlxalq birlik üçün hesablama nöqtəsidir. Bu, yeni siyasi fenomendir və yeni mərhələyə daxil olduğumuzu göstərir”.

Xarici işlər naziri Paolo Centiloni də eyni xətti davam etdirir: “Dünyada çox şey dəyişiləcək, lakin İtaliya-ABŞ dostluq və əməkdaşlığının davamı dəyişilməzdir – rüşvətxorluq və yasaqları qəbul etmədiyimiz dəyişilməz olduğu kimi”.

Keçmiş baş nazir Enriko Letta səhər-səhər Tvitterdə ilkin yazanlardan biridir ki, Amerika seçkilərinin nəticələri “Berlin divarının süqutundan bəri ən böyük siyasi dönüşdür. Avropa üçün ucasəsli zəngli saatdır”.

 

AB-nin narahatlığı

 

ABŞ-da prezident seçkilərinin nəticələri elan edildikdən sonra məhz Avropa əndişəsini ifadə edir. Avropa parlamentinin sədri Martin Şults iddia edir ki, “Transatlantik tərəfdaşımızla münasibətlərimiz Donald Trampın dönəmində aşkar şəkildə mürəkkəbləşəcək. Mən əminəm ki, seçkiqabağı kampaniyada müşahidə etdiyimiz adam Ağ Evdə başqa cür olacaq, ən azı, buna ümid edirəm”.

Şults həmçinin  Ronald Reyqanın doğurduğu təşvişlərlə paralellər aparıb və xəbərdarlıq edib ki, “ABŞ sistemi Donald Tramp kimi prezidentə tab gətirmək və onu inteqrasiya etmək üçün yetərincə möhkəmdir”.

Avropa Yaşıllar Partiyasının həmsədrləri Raynhard Butikofer və Monika Frassoni “Amerika demokratiyasının nə zamansa düçar olduğu ən böyük məğlubiyyət”dən danışır və birgə bəyanatda yazırlar: “Donald Tramp seçkiqabağı kampaniyanın gedişində elan etdiyi xarici siyasətə əməl etsə, bu, millətlərarası mübnasibətlər, beynəlxalq hüquqa riayət və bütün dünyada sülhün saxlanması üçün ciddi təhlükə olacaq”.

 

Rusiya sevinir

 

Amerika maqnatının taleyində ehtimal olunan iştirakı haqda mətbuatın tez-tez yazdığı Vladimir Putin Trampı qəti şəkildə dəstəkləyir. Rusiya lideri Amerikanın yeni prezidentini təbrik edib və SİTA-nın xəbər verdiyi kimi, ümidini ifadə edib ki, “Rusiya ilə Birləşmiş Ştatlar arasında münasibətlər birgə səylər sayəsində böhrandan çıxa bilər”, “qarşılıqlı hörmətə əsaslanan Moskva-Vaşinqton dilaloqu hər iki ölkənin marağında ola bilər”.

Rusiyanın sözləri gərginliyi boşaldır. SİTA-nın sitat gətirdiyi Federasiya Şurası Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçyev deyib: “Trampın qələbəsi ilə Rusiya-Amerika münasibətlərinin yaxşılaşacağına kiçik ümidlər yaranır. Trampın Konqresin respublikaçılar qisminin təzyiqi ilə ilgisi olacaq, lakin bu, Klintonun rəhbərliyi altındakı Amerikanın tutqun perspektivi ilə müqayisədə daha yaxşı olacaq”.

Sistemli deyilən müxalifətin liderlərinin hamısı (faktiki olaraq Putinin iradəsi ilə hərəkət etdiyi üçün onu bu cür adlandırırlar) Trampın qələbəsinə dəstək ifadə edib. Liberal-demokratların lideri Vladimir Jirinovski bildirib: “Məmnuniyyətlə qeyd edə bilərik ki, ABŞ-da ən yaxşı namizəd udub: Trampın hakimiyyətə gəlişi antirusiya sankisiyalarının ləğvi və Ukraynada durumun yaxşılaşmasına səbəb olacaq”.

“Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov deyib: “Yanvardan yeni həyat başlanacaq, ümidvaram ki, bu, Rusiya-ABŞ münasibətlərində yeni səhifə açacaq”.

RFKP lideri Gennadi Züqanov çox nikbin deyil: “Mən Amerika siyasətində dəyişikliklər gözləmirəm, ABŞ strategiyası heç zaman dəyişilmir: bu, ekpansionizm və milli maraqların qorunmasıdır. Baş verən hadisə Qərbdəki hakim sinfin dərin böhranı və cəmiyyətdəki dərin parçalanmadan xəbər verir”.

 

Tərcümə Strateq.az-ındır.