XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 20:42

Orta Asiya Rusiyadan uzaqlaşır –Ticarət dövriyyəsi get-gedə aşağı düşür - Təhlil

p

Marqarita Knyazeva

REGNUM İA, 15.11.2016

 

Qazaxıstan-Rusiya: səkkizinci görüş

 

Nursultan Nazarbayev və Vladimir Putin oktyabrın 4-də Astanada görüşüblər. Qazaxıstan prezidentinin qeyd etdiyi kimi, bu, 2016-cı ildə rusiyalı həmkarı ilə artıq səkkizinci görüşdür. Putinin sözlərinə görə, “Qazaxıstanda Rusiyanın 9 milyard dollar kapitalı cəmlənib, Rusiyaya isə Qazaxıstanın 3 milyard dolları yatırılıb. 6 min ortaq müəssisə yardılıb, iqtisadiyyatın praktik olaraq bütün sektorlarında kooperasiya dərinləşir. Təkcə keçən il Rusiyanın 150 iş adamı heyəti Qazaxıstana səfər edib. Dağ-mədən hasilatı, maşınqayırma, gəmi inşaatı, kimyəvi sənaye, kənd təsərrüfatında ikitərəfli layihələr gerçəkləşdirilir. Qazaxıstan Rusiyanın MDB üzrə tərəfdaşları içində ikinci yeri tutur. Bu bildirir ki, bundan sonra da irəliləməli perspektivlər var. 2015-ci ildə mal dövriyyəsi $15,5 milyard təşkil edib”.

Nursultan Nazarbayev qarşılıqlı ticarətin həcminin azalmasından danışıb və diqqəti yük daşımalarının həcminin atrırılması üçün zəruri şəraitin yaradılmasına yönəldib.

 

Mal dövriyyəsi 30% azalıb

 

Qazaxıstan xarici ticarətində Rusiya bazarının payı 20% və yaxud tam $15 milyard təşkil edir.

“Avrasiya İqtisadi Birliyinin yaradılmasına qədər 2009-cu ildə mal dövriyyəmiz haradasa 12 milyard ABŞ dolları səviyyəsində idisə, bu gün sizin də, bizim də çətin məsələlərimizin olduğuna baxmayaraq, bu, artıq 15 milyard dollardır. Bununla belə, keçən ilkinə görə 30% azalıb”, – deyə Qazaxıstan millli iqtisadiyyat naziri Kuandık Bişimbayev bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə mal dövriyyəsinin artımı $700 milyona çatacaq.

 

Qazaxıstan kəlləni yenidən əldə edib

 

Oktyabrın 6-da Keki-batırın kəlləsi xüsusi reyslə Astanaya gətirilib. 1916-cı il üsyanı iştirakçısının qalıqları Qazaxıstan mədəniyyət və idman nazirliyindədir. Kəllə 1926-cı ildən Leninqrad Kunstkamerasında idi.

 

Poliqondan imtina

 

Qazaxıstan torpağının 300 min hektarı Rusiya müdafiə naziri Sergey Şoyqunun sərəncamı ilə icarədən çıxarılıb. Qazaxıstan ərazisindəki Emb poliqonundan imtinaya görə Rusiya ildə 718 min dollara (46,8 milyon rubl) qənaət edəcək.

 

Rusiya-Qırğızıstan: laboratoriya

 

Rusiya Oş şəhərində fitosanitar laboratoriyanın inşasına və Bişkek laboratoriyasının əsaslı təmirinə $1,2 milyon ayırıb. Bundan başqa, qırğızıstanlı mütəxəssislər bu pula RF-da təlim alacaqlar.

 

Borcun silinməsi

 

Rusiya Qırğızıstanın borcunu mərhələ-mərhələ silməyə başlayıb. Məbləğ hər il $30 milyon azalır. Bişkek hazırda Moskvaya $270 milyon borcludur. Qırğızıstan maliyyə naziri Adilbek Qasıməliyevin qeyd etdiyi kimi, borc əvvəllər $300 milyona çatırdı.

 

Qidalanma

Rusiya BMT Ümumdünya Ərzaq Proqramı layihəsi çərçivəsində Qırğızıstanda məktəblilərin qidalanmasına $12 milyon ayırıb. İbtidai siniflərin 144 min şagirdi isti nahar yeyəcək. Layihənin gerçəkləşməsi 2013-cü ildə strat götürüb. 4 ilə nəzərdə tutulmuş layihə respublikanın 370 məktəbini əhatə edəcək.

 

RXDU-dan rus dili

 

Rusiya Xalqlar Dostluğu Universitetinin təmsilçiləri oktyabrın 17-də Qırğızıstanın Kant şəhərində “Rus dili” məqsədli federal Proqramı çərçivəsində rus dili müəllimləri üçün seminar keçiriblər. MDB ölkələrindən tələbə-bilinqvlər üçün rus dili üzrə yeni dərs vəsaitlərinə xüsusi diqqət ayrılıb.

Bundan başqa, Rus mərkəzinə yeni metodik işlər və təhsil materialları verilib. Həmçinin Bişkekdə rus dili və ədəbiyyatı müəllimlərinin ixtisasını artırmaq üçün Rusiya elm və mədəniyyət Mərkəzi açılıb.

 

İmic səviyyəsindədir

 

Qırğızıstan prezidenti “Qazprom” şirkətinin Bişkekin yaşayış massivlərindən birində inşa etdiyi idman-sağlamlıq mərkəzinin açılışında yenidən qeyd edib ki, ölkəsini Rusiya ilə çox şey bağlayır. Atambayev bildirib: “İnanıram ki, bizim təkcə ümumi keçmişimiz deyil, həm də ümumi gələcəyimiz var. “Qazprom” şirkətinə çox minnətdaram. Rusiyanın bir çox nazirliklərinin bizi “atdığına” baxmayaraq, “Qazprom” öz ölkəsinin imicinin səviyyəsini saxlayır və RF-nin nəyə qadir olduğu və onunla dostluq etməli olduğumuzu göstərir. Bu şirkət Rusiyanın şərəfini qoruyur”.

 

Ticarət  39,1% azalıb

 

2016-cı ilin ilk yeddi ayı ərzində Qırğızıstanın Rusiya ilə ticarəti 39,1% aşağı düşüb. Orta Asiya ölkəsinin Milli Statistika Komitəsinin məlumatına görə, ölkənin xarici ticarətində Rusiyanın payı 19,4% təşkil edir. Göstərilən zaman kəsimində isə xarici ticarətin həcmi cəmi $529,4 milyon və yaxud keçən ilkinin 60,9%-i təşkil edib.

 

Xərçəng xəstələri üçün

 

“Rosatom” bu ölkəyə ilk dəfə qarındaxili şüa terapiyası üçün onkoginekologiyada işlədilən “AQAT-BT-20/40” aparatı tədarük edib. Avadanlıq kompleksinin quraşdırılması müqaviləsi Qırğızıstan Milli Onkoloji Mərkəzinin tenderinin nəticələri üzrə bağlanıb. “Rosatom”da əlavə ediblər ki, ölkənin ali məktəblərinin birinin bazasında bu cür texnika ilə iş üçün mütəxəssislər yetişdirməyə hazırdırlar.

 

Rusiya-Tacikistan: Patruşevin səfəri

 

Oktyabrın 4-də Düşənbədə Rusiya və Tacikistan Təhlükəsizlik Şuralarının katibləri Nikolay PatruşevƏbdürrəhim Kaharovun görüşü baş tutub. Tərəflər qeyri-leqal mühacirətə qarşı fəaliyyət, mühacirlərin hüquqi müdafiəsi, həmçinin Tacikistan-Əfqanıstan sərhədinin qorunması və hərbi, hərbi-texniki sahədə əməkdaşlıq effektinin yüksəldilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Nikolay Patruşevin Tacikistan səfəri Əfqanıstanın şimalında Tacikistan-Əfqanıstan sərhədinin yaxınlığında durumun kəskin surətdə ağırlaşması fonunda baş tutub.

 

“Qazprom” qalır?

 

“Qazprom” Tacikistanın cənubi-qərbi və şimalında perspektivli yeni qaz-neft yataqlarının seçilməsi üçün geoloji-geofiziki materialları öyrənir.

Qeyd edək ki, şirkət avqustda “təkin sonrakı geoloji araışdırılmasının məqsədəuyğunluğu” ilə bağlı Sarıqamış və Qərbi Şahombarı yataqlarının işlənməsi üçün təcili lisenziyalar verib.

 

Rusiya-Türkmənistan: işgüzar təmaslar

 

Tatarıstan prezidenti Rüstəm Minnixanov oktyabarda Türkmənistana işgüzar səfər edib. Minnixanov Qurbanqulu Berdımuhəmmədovla görüşdə iqtisadi əlaqələrin inkişaf zərurəti və maşınqayırma, avtomobilqayırma, gəmi inşası, energetika və neft-qaz kompleksi, yüksək texnologiyalar, informatikləşmə, kənd təsərrüfatı, tekstil və qida sənayesi, həmçinin səhiyyə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Rusiya-Özbəkistan

 

2016-cı ildə Özbəkistan yüngül sənayesi məhsullarının Rusiyaya tədarükü, demək olar, 25% artıb. Rusiya sənaye və ticarət naziri müavini Viktor Yevtuxovun sözlərinə görə, Özbəkistandan Rusiyaya yüngül sənaye məhsulları tədarükü $260 milyondan çox təşkil edib, yəni 24,3% artım qeydə alınıb. .

 

Özbəklər hamıdan çoxdur

 

Vizasız rejimdə Moskvaya gələnlərin əksəriyyəti Özbəkistan vətəndaşlarıdır. Bu haqda Moskva şəhət Dİİ mühacirət məsələsi üzrə idarə rəisi müavini Dmitri Sergiyenko məlumat verib: “Paytaxta gələnlərin 80%-dən çoxu vizasız rejimdə gəlir. Onların içində Özbəkistan vətəndaşları çoxluq təşkil edir – 20%.Taciklər 17%, qırğızlar 15%, beloruslar 11%-dir ”.  

Rusiyaya səfər üçün viza alınması zəruri olan əcnəbilər içində əksəriyyəti Çin vətəndaşları təşkil edir.

 

Çindən geri qalırıq

 

Rusiya Özbəkistanla ikitərəfli ticarətin həcmi üzrə 2016-cı ilin birinci yarısının yekunlarına görə Çindən 0,6% geridə qalır. Bu haqda Rusiya və Özbəkistan İşgüzar Şurasının toplantısının gedişində Rusiyanın Özbəkistan səfiri Vladimir Tyurdenev məlumat verib. Lakin o, qeyd edib ki, dəyər ifadəsində mal dövriyyəsi azalsa da, fiziki həcm artıb – 2,9%.

Diplomatın sözlərinə görə, Özbəkistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 17,4% təşkil edir.

Bununla belə, Rusiya ən böyük yatırım tərəfdaşı olaraq qalır. Səfir deyib ki, RF 2015-ci ildə Özbəkistan iqtisadiyyatına $700 milyon qoyub.

 

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə