XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 10:36

Ulyukayev kimə qurban verilir? –Təhlil

ul

RF iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskva şəhəri Basmannıy məhkəməsinin binasında

©RİA Novosti, Maksim Blinov

 

Ondrjey Soukup

Aktualne.cz (Çexiya), 17.11.2016

 

Rusiya iqtisadiyyat naziri Aleksey Ulyukayev rüşvət aldığını inkar edir və həbsini fitnəkarlıq sayır. Bu haqda onun vəkilləri bildiriblər. Həbsdən dərhal sonra Ulyukayevə iki milyon ABŞ dollarından çox rüşvət almaq ittihamı elan edilib. Guya orada “Роснефть” dövlət neft hasilatı şirkətinə  “Башнефть” şirkətinin səhmlərinin 50%-i almaq imkanı yaradan “müsbət” dəyərləndirməyə görə mükafat olub. Bu barədə RF İstintaq Komitəsi xəbər verib. Lakin nazir hər şeyi inkar edir.

Həbs edilmiş iqtisadiyyat naziri Aleksey Ulyukayevin işi Rusiyada böyük hay-küy qoparıb. Rusiya polisi tarixdə ilk dəfə fəaliyyətdə olan naziri həbs edib. Və nazir ilk dəfə böyük rüşvət almaqda ittiham olunur. Kreml gün ərzində bütün hökumətin istefası haqda şayiələri təkzib etməli olub. Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, nazir prezidentin gözlərində etibarını itirib, buna görə də vəzifəsindən uzaqlaşdırılıb. Məhkəmə Ulyukayevə hələlik ikiaylıq ev dustaqlığı kəsib.

Bununla belə, Ulyukayevin işində xeyli qaranlıq məsələ qalır. Bu əhvalatda dərhal Rusiyanın bir neçə ən nüfuzlu şəxsinin maraqları toqquşub.  

 

“İşlərin necə aparıldığını” bilən adam

 

Söhbət hər şeydən öncə Rusiya prezidenti Vladimir Putindən gedir. Onu indiyədək birbaşa öz çevrəsini qoruyan siyasətçi sayırdılar. Və burada kimisə dəyişirdisə, bunu səssiz-səmirsiz və xüsusi qalmaqalsız edirdi.

Həmçinin Vladimir Putinin nüfuzlu dostu, “Роснефть” dövlət neft hasilatı şirkətinin rəhbəri və xüsusi xidmətlərlə əlaqələri olan İqor Seçinin adı çəkilir. Guya nazir iki milyon dollardan çox rüşvəti də ondan qoparıb.

Keçmiş prezident Boris Yeltsinin dövrünün indiki hökumətdə sonuncu liberallarından hesab edilən Aleksey Ulyukayevin özünə də məsələnin birbaşa dəxli var. Ulyukayev Vladimir Putinin birbaşa dostu olmasa da, Rusiya siyasətində işlərin necə görüldüyünü yaxşı bilən təcrübəli siyasətçi idi. Bundan savayı, Ulyukayev Putinə yaxın daha bir adamın – baş nazir Dmitri Medvedyevin hökumətə şəxsən götürdüyü nazir idi.

 

Sual çoxdur, cavab az

 

Buna görə də Ulyukayevin işi jurnalist və analitiklərdə bir yığın suallar doğurur.

1. “Роснефть”-in rəhbəri İqor Seçin ən nüfuzlu, həmçinin Kremldə adamlarda vahimə doğuran adamlardan biridir. Doğrudanmı, Ulyukayev ondan fərqli olaraq güc qurumlarında böyük əlaqələri olan adamdan rüşvət qoparıb?

2.Aleksey Ulyukayev “Башнефть”-in “Роснефть” tərəfindən özəlləşdirilməyinin əleyhinə idi. O deyirdi ki, hər iki şirkət dövlətindir, buna görə də pulun yalnız bir cibdən o birinə qoyulması baş verir. Əslində, bu iş “Роснефть”-in qisası ola bilərmi?

3. Təkcə Aleksey Ulyukayev həbs edilib və “Роснефть”in heç bir təmsilçisinə toxunulmayıb. Bu o deməkdirmi ki, bu şirkətin adamları şantaj haqda bildiriblər? Lakin bu, Ulyukayevin, demək olar, bir il güc qurumlarının müşahidəsində olması haqda məlumatla necə uzlaşır?

4. Bu əhvalat, əslində, İqor Seçinin özünə zərbə ola bilərmi? Bu, inanılmaz səslənir, lakin fakt budur ki, azalan maliyyə resursları üzündən qalan pullar uğrunda istənilən üsullarla mübarizə gedir. Döblətdən pul tələb edənlər bir qayda olaraq uduzurlar. “Rusiya Dəmiryolları”nın qüdrətli başçısı Vladimir Yakunin bir il əvvəl buna əmin olub.

5. Ulyukayevin həbsi Rusiya hökumətinin fəaliyyətdə olan nazirinin dəxli olduğu ilk işdir. Əvvəlki bütün hadisələrdə hökuməıt üzvləri əvvəlcə vəzifəsindəın azad edilir və yalnız sonra cinayət işi başlanırdı. Vladimir Putin üsulu dəyişib?

Bu suallara növbəti günlərin hadisələri cavab verəcək,

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə