XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 11:53

Türk ekspert:“Qərb birliyindən ayrılmadan ŞƏT-ə üzv olmalıyıq” – Təhlil

pe

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan

© AFP 2016, Ozan Kose

 

Özcan Tikit

Habertürk (Türkiyə), 21.11.2016

 

Şanxay Əməkdaşlıq Təşkilatı, yoxsa AB? Türkiyə bir-birinə zidd görünən bu təşkilatlardan hansına daxil olmalıdır? Bunun neçənci dəfə baş verdiyini əminliklə deyə bilmərəm, lakin, ən azı, artıq on il baş verməkdədir. AB ilə münasibətlər böhranlı mərhələyə daxil olan kimi və yaxud Moskva və Ankara arasında isti küləklər əsməyə başlarkən biz qəflətən özümüzü bu mübahisənin içində görürük.

Bu mübahisədə indiyədək dəyişilməyən bir mövqe varsa da, bu, bəlkə də, prezident Tayib Ərdoğanın mövqeyidir. Bu, on il ərzində əsla dəyişilməyib. Böhranlı dövrlərdə Ərdoğanın şəxsən başladığı bu mübahisədə o, həmişə Türkiyənin ŞƏT-ə tamhüquqlu üzvlüyünün tərəfində olub. Ərdoğan Moskva səfəri zamanı videokameraların qarşısında Rusiya prezidenti Vladimir Putinə bu yöndə öz ideyalarından danışıb. Həm də hətta Putinin bu təklifə dərhal cavab verib “Buyurun, gəlin” deyə bilmədiyi tərzdə.

Bununla bərabər, prezident ŞƏT-ə üzvlü məsələsini haçan qaldırır-qaldırsın, Qərb KİV-ləri tərəfdən istisnasız olaraq həmişə qarayaxma kampaniyasının obyekti olub. Təəssürat yaranır ki, onlar bir düymənin basılması ilə fəal hərəkətə keçir. Əslində, bu yaylım atəşləri təəccüblü görünmür, çünki ŞƏT-ə Qərb hərbi alyansı NATO-nun alternativi tək yanaşılır.

İndi isə bu barədə nə düşnüdüyümə keçək… Əslində, deyə bilərəm ki, bu haqda bir qədər çaşqlınlıq içindəyəm. Məsələyə sadə baxışda, Türkiyənin ŞƏT-ə qoşulmasında millət və dövlətin ziyanına gedəcək hər hansı məqam yoxdur. Məlum olıduğu kimi, ŞƏT 2013-cü ildən dialoq üzrə tərəfdaş kimi rəsmən qəbul edildiyimiz təşkilatdır. ŞƏT-ə tamhüquqlu üzvlük haqda indi danışılsa, onda hesab edirəm ki, bu, Türkiyənin bölgəsəl və kürəsəl iddialarına qüvvə verəcək və təhlükəsizlik sahəsində narahatlığımızı bir qədər azaldacaq. Lakin xarici siyasətdə hər bir üstünlük vermədəki tək bu mövzunun da öz “əmma”ları var. Müdafiə sahəsində əməkdaşlığa söykənən ŞƏT güclərin dünya tarazlığında rol oynayır. Türkiyənin NATO üzvü kimi ŞƏT-ə daxil olması hədsiz dərəcədə təhlükəli və böhranlı olur. Başqa sözlə, heç kimin ziyan çəkməməsi üçün bu məsələni hansısa tərzdə həll etmək bizim üçün qəliz addıma çevrilir. Bu cür şətraitdə ŞƏT-ə üzvlüyə israr etməklə Türkiyəyə ziyan vuran qavrama xilaf olaraq hərəkət etmək və kürəsəl güclər arasındakı amansız mübarizənin episentrinə dönməməyə cəhd etmək həyati önəmlidir.

Görünür, bunun yeganə yolu indiki müttəfiqlərimizə sıradakını izah etməkdən keçir: ŞƏT-ə üzvülk perspektivi heç də bildirmir ki, biz NATO və AB-yə alternativ axtarışına girişmişik. Başqa sözlə, hələ heç kimin həyata keçirtməyə nail olmadığı diplomatik proses bu mərhələdə qarşımızda ən səmərəli üsul kimi durur. Bu mübahisədən asılı olmayaraq Qərbin Türkiyədəki 15 iyul hadisələrindən ibrət götürməli olduğu vurğusu böyük önəmə malikdir. Türkiyənin bir-biriylə hənəkləşməyə yer olmadığı NATO və AB ilə bu cür münasibətlər qurması tariximizdə çevrilişlərin təkrarlanmasına yol verməmək baxımından son dərəcə əhəmiyyətlidir. Ən nəhayətdə, bunun üçün həmincə səhvləri buraxmamaq vacibdir.

Qərb birliyi ilə bu cür, yəni 15 iyul hadisələrinin gedişindəki kimi satqınlığa deyil, ədalətə əsaslanan münasibətlər qurmaq baş tutmursa, onda görmək lazımdır ki, prezidentin ŞƏT məsələsinə verdiyi üstünlük, əslində, zərurətdən qaynaqlanır və bu təşəbbüsü konkret şəkildə dəstəkləmək lazımdır.

Deməli, bir çox baxımlardan davamı olduğumuz təbii tərəfdaşımız Qərb birliyindən ayrılmadan ŞƏT-ə üzvlük yolunun aranması Türkiyə üçün ən cazibədar seçimdir. Amma ədalətə əsaslanan münasibətlər mümkündürsə, Qərbdən qopmadan ŞƏT-ə üzvlük isə yoxdursa, onda güman edirəm ki, Ukraynanın taleyini xatırlamaq və mübarizənin episentri olmamağımız lazımdır.

 

Tərcümə Strateq.az-ındır.