XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2016 - 15:03

Amerikalı ekspertdən ritorik sual:“NATO bizim nəyimizə lazımdır?” – Təhlil

na

Bryus Uoker

American Thinker (ABŞ), 24.11.2016

 

Madam seçilmiş prezident Tramp hökumət komandasını formalaşdırmağa və Amerikanın dünya arenasındakı rolunu yenidən nəzərdən keçirməyə başlayır, Amerika siyasətində köklü dəyişikliklər aparmaq və bir çox nəsnələrə yenidən baxmaq məqsədəuyğun olardı. 

Tramp NATO fəaliyyətinə Amerikanın hədsiz dərəcədə töhfəsi haqda təxmin ifadə etməklə tam hədəfə düşüb. Mən sizlərdən çoxunun düşündüyü və Trampın – ola bilsin, təvazökarlıq ona imkan vermir – açıq şəkildə deyə bilmədiklərini səsləndirirəm: NATO Amerikaya lazım deyil.

Şimali Atlantik Müqaviləsi Təşkilatı Amerika fövqəldövlətinin təşəbbüsü ilə yaradılıb ki, Sovet İttifaqı başda olmaqla kürəsəl kommunizmin qabağını almaqdan ötrü vasitələr tapılsın. Bu təşkilat Avropa ölkələrinin birləşməsini nəzərdə tuturdu – onları inandırmaq lazım idi ki, Varşava Müqaviləsi Təşkilatı qüvvələrinin Qərbi Almaniyaya müdaxiləsinə qarşı çıxmaq üçün Fuld dəhlizi və yaxud digər zəif nöqtələrdən hücum cəhdlərinin qarşısını ala biləsi ölkələrin vahid silahlı qüvvələrinin adi silahlardan istifadəsini nəzərdə tutacaq.     Bu müttəfiqlər qrupuna Avropa hüdudundan kənardakı ölkələr – Amerika, Kanada və Türkiyə daxil oldu və konkret şəkildə heç vaxt dilə gətirilməsə də, SSRİ ehtimal edilən yeganə təhlükə idi.

Alyans Avropada müharibənin qabağını ala bildi və Amerika soyuq savaşda qalib gələn kimi sovet imperiyasının strukturu dağıldı – buna Almaniyanın birləşməsi, sonra da Varşava Müqaviləsi Təşkilatının digər müttəfiq dövlətlərinin azad edilməsi, Sovet İttifaqının qeyri-rus xalqlarının müstəqillik əldə etməsi və nəhayət, Rusiyanın kommunist rəhbərlərinin devrilməsi səbəb oldu.

NATO kommunizmi önləmək üçün Amerikanın yaratdığı böyük alyanslar sisteminin tərkib hissəsiydi. SENTO – Mərkəzi Müqavilə Təşkilatı İran, İraq, Türkiyə, Pakistan, Böyük Britaniya və Amerikanı əhatə edirdi. Ona bənzər SEATO – Cənubi-şərqi Asiya Müqaviləsi Təşkilatının tərkibində isə bölgə tərəfdaşlarından savayı Amerika, Fransa, Böyük Britaniya var idi.

Konkret təhlükə üçün yaradılmış NATO birbaşa təyinatı üzrə işlədiyi halda SENTO və SEATO çox böyük bir səhv çıxdı. Şah devrildikdən sonra İran SENTO müqaviləsindən çıxdı və tezliklə İraqla birgə dəhşətli və uzunmüddətli müharibəyə cəlb edilmiş oldu. Əfqanıstan işğal edildi, Pakistan Hindistanla bir neçə müharibə apardı – müdafiəsi nəzərdə tutulan bütün bölgə o vaxtdan bəri qanlı müharibələr, xalq iğtişaşları və terrorizmin qaynar qazanında qaynayır.

SEATO bir növ çətir idi və Amerika bunun altında Vyetnamda müharibə aparırdı. Fransa və Böyük Britaniya nəinki müharibəyə kömək etmədi, faktiki olaraq müttəfiqlik deyil, neytrallıq mövqeyi tutdu. SEATO alyansı bu müharibənin gedişində tamamilə səmərəsiz idi. İngilis və fransızlar öz milli maraqlarına təhdid görmür və Amerika qoşunları Avropada franszlara kommunizm təhlükəsindən müdafiə təmin edincə fransızlar sonuncu müstəmləkələri olan Çini-Maçini kommunist təcavüzündən qorumaqda Amerikaya heç cür yardım etmirdilər.

Amerika istisna olmaqla dünyanın bütün xalqları qarşılıqlı anlaşmaya nail olur, iştirakçı tərəflərin maraqlarına cavab verərkən təhlükəsizlik müqaviləsi bağlayır, alyanslar yaradır.

Çox vaxt ümumən hər hansı bir alyansa daxil olmaqdan yayınmaq daha yaxşıdır. İsrail özü özünü müdafiə edir. Tamamilə birtərəf İsveçrə və İsveç özünü qoruyur. Tayvan anlayır ki, əksər halda özü özünü müdafiə etməlidir. Hətta Hindistan kimi böyük bir ölkə də bütün daxili və xarici təhlükələrlə yanaşı özünü qoruyur.

Bəlkə də, əslində, NATO-ya heç vaxt ehtiyac da olmayıb. Amerika taktiki nüvə silahından hərbi hədəflərə qarşı istifadə və Polşa, Çexoslovakiya, Şərqi Almaniya və Macarıstanda arxa cəbhə təminatı sistemi yoluyla Qərbi Avropaya istənilən müdaxiləni durdurmaq bacarığına malik olub. Avropanın demokratik ölkələri soyuq müharibənin son onilliklərində sovetinki ilə tutuşdurula bilən hərbi qüdrəti tam toplaya bilib.

Sovet İttifaqı məğıub olub və soyuq müharibə dönəmində NATO haqda bütün mübahisələr önəmsiz görünməyə başlayıb: biz bircə atəş açmadan dünya müharibəsini udmuşuq. Bəs NATO-nun bu günki funksiyası hansıdır? Rusiya dünya ağalığına can atan totalitar güc deyil. Biz bunu bilirik və buna görə də İranın cüzi nüvə potensialından qaynaqlanan təhdid onu dəfələrlə üstələyən Rusiya cəbbəxanasından xeyli təhlükəlidir.

Madam hazırda NATO Amerika üçün böyük əhəmiyyət kəsb etmir, onda (Türkiyə istisna olmaqla) müttəfiq dövlətlərin İslam ölkələrinə çevrilmək perspektivi – tamamilə mümkündür ki, Fransanı bir neçə ildən sonra bu gözləyir – güman etməyə əsas verir ki, NATO Amerika maraqlarına təhlükə təşkil etməyə başlaya bilər.

Prezident de Qoll əlli il öncə Fransanın milli maraqlarına heç bir ziyan vurmadan Fransa qoşunlarını NATO komandanlığından çıxardıb. Biz de Qollun Fransaya sadiq olduğu qədər Amerikaya sadiq olan Donald Trampı təzəcə prezident seçmişik. NATO milli maraqlarmıza xidmət edirmi? Belə deyilsə, onda prezident Trampın 1966-cı ildə prezident de Qollun hərəkət etdiyi kimi davranması və başında durduğu millətin maraqlarını hər şeydən yuxarı tutması lazımdır.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə