XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2015 - 14:02

Rusiyanın nüvə təhlükəsi şişirdilir

Rusiya ABŞ-ı fiziki baxımdan məhv edəsi yeganə ölkə olaraq qalır

Stiven Payfer

Rusiyanın nüvə proqramları ciddi narahatlıq üçün əsas vermir. Ukraynada dərinləşən böhran və Rusiya ilə Qərbin korlanmış, soyuq müharibə dönəmindən sonra ən aşağı həddə düşmüş münasibətləri fonunda Moskva nüvə silahı cingildətməyə başlayıb. Rusiyanın strateji raket qoşunları tez-tez təlim keçirməyə başlayıb, Tu-95 NATO ölkələrinin hava müdafiəsini yoxlayır, Vladimir Putin isə Rusiyanın nüvə cəbbəxanası ilə kişilənir.

Bütün bunlar məxsusi olaraq diqqəti cəlb etməyə hesablanıb və cəlb edir də. Rusiya öz strateji triadasının elementlərini modernləşdirmək barədə yeni planlarını car edəndə Vaşinqton analitikləri hər dəfə həyəcan siqnalı çalırlar. Sözsüz, Pentaqon Rusiyanın strateji nüvə qüvvələrindəki dəyişiklikləri diqqətlə izləməlidir. Ən nəhayətdə, Rusiya bu sahədə Amerikanın yeganə geçək rəqibidir. Rusiya strateji nüvə cəbbəxanasının həcmi və strukturu Amerika cəbbəxanasının necə olacağı barədə qərara təsir edir. Lakin Rusiyanın strateji qüvvəsini geniş kontekstdə nəzərdən keçirmək lazımdır. Bir sıra əlavə amillərin nəzərə alınması lazımdır: ümumi strateji balans, Rusiyanın uzun fasilədən sonra öz silahlı qüvvələrini modernləşdirməsi durumu, Rusiya və ABŞ-da strateji qüvvələrin modernləşdirilməsi dövrləri arasındakı fərq və Amerika strateji silahlarının daha uzun xidmət müddəti.

Amerika və Rusiya strateji nüvə qüvvələrinin nisbətindən başlayaq. Strateji hücum silahları (SHS) barədə 2010-cu ildə bağlanmış müqaviləyə əsasən, ABŞ və Rusiya 2018-ci ili fervalına öz strateji cəbbəxanalarını ixtisar etməlidir. Hər bir ölkədə 700-dən çox olmayan hazır qitələrarası ballistik raket (QBR), ballistik sualtı qayıq raketləri (BSQR), strateji bombardmançılar və 1550-dən çox olmayaraq hazır strateji döyüş başlığı qalmalıdır.

Tərəflərin müqavilənin şərtləri üzrə mübadilə etdikləri məlumatlara görə, 2014-cü il oktyabrın 1-ə ABŞ-ın 1642, Rusyanın isə 1643 hazır döyüş başlığı var idi. Amerikanın hazır qitələrarası ballistik raketləri, ballistik sualtı qayıq raketləri və strateji bombardmançıları 794, Rusiyanınkı isə 528 idi. Bu qayda ilə, iki ölkə arasında döyüş başlıqları üzrə balans var, çatdırılma vasitələrinin sayına görə isə Amerika uzun illər saxlanacaq önəmli üstünlüyə malikdir.

Bu rəqəmlərin arxasında Amerika hərbçilərinin malik olduğu daha bir əsaslı üstünlük gizlənir. ABŞ özünün QBR-nin hamısını və BSQR-nin xeyli hissəsini “boşaldıb”. Nəticədə bu raketlər daşıya biləcəyindən az döyüş başlığı daşıyır.

Trident D-5 sualtı qayıqlarının ballistik raketlərinin hərəsi 8 döyüş başlığı daşıya bilir, lakin SHS haqda yeni müqavilə çərçivəsində onlar dördən beşə qədər döyüş başlığı daşıyır. Bütün QBR Minuteman-III hazırda bir döyüş başlığı daşıyır, lakin onların üçdə ikisini üçüylə təchiz etmək olar.

Bununla belə, Amerika cəbbəxanalarında daha çox döyüş başlığı saxlanır. SHS haqaında müqavilə pozulsa, ABŞ strateji gücünə qoşmaqla 1000-dən çox döyüş başlığını sıraya çıxarda bilər. Rusiya strateji qüvvəsinin belə bir imkanı olmayacaq.

Rusiya hazırda öz strateji qüvvələrinin modernləşdirilməsi üzrə bir sıra proqramlar həyata keçirdir. O, planlaşdırılmış səkkiz BSQR-dən təzə üç “Bulava” sualtı qayığını sıraya qəbul edib. Həmçinin qitələrarası ballistik RT-2PM2 “Yars” raketlərini və onun başı ayrılan RS-24 “Yars” variantını hazırlayır. 2016-cı ildə isə yeni RS-26 QBR silahlanmaya qəbul etməyə hazırlaşır. Rusiya HHQ TU-160 və TU-95-i əvəz etməli olan, ya da, ən azı, ona əlavə olası PAK-DA yeni straeji bombadmançını işləyib hazırlamaqdadır.

Beləliklə, on və ya on beş il əvvələ baxanda hazırda Rusiyanın strateji qüvvələri aşkarca canlanıb. Lakin bu daha çox çatmağa can atan fəallıqdır. Sovet İttifaqı 1991-ci ildə dağılarkən Rusiya iqtisadiyyatı çökdü. Müdafiə xərcləri kəskin şəkildə azaldı. Rusiya silahlı qüvvələri 1991-2000-ci illərdə, demək olar ki, yeni strateji silah almayıb. Raketlərin çoxu, xüsusən də Rusiyanın strateji döyüş başlıqlarının, təxminən, yarısını təşkil edən R-36M və UR 100N son istifadə müddətinə yaxınlaşır, ya da artıq bu müddət keçib.

Nəticədə Rusiya strateji qüvvələri 1991-2001-cu illərdə güclü şəkildə ixtisara düşüb. Köhnə silahlar silinib, təzələri isə alınmayıb.

2000-ci ilin əvvəli və ortasında neft qiymətlərinin artması Rusiya dövlətinin gəlirini artırdı və müdafiəyə daha çox xərcləmək imkanı verdi. O məhz bu pulların sayəsində yeni raketləri və sualtı qayıqları cərgəyə qəbul etdi.

İkinci qənaət nəzərdə tutur ki, Birləşmiş Ştatlar və Rusiya strateji qüvvəni modernləşdirməyin müxtəlif dövründədir. Bu, yeni tendensiya deyil. SSRİ 1970-1980-ci illərdə o dövr üçün yeni olan strateji sistemləri müdafiəyə qəbul etdi. ABŞ strateji qüvvələrinin modernləşdirilməsi bir neçə ildən sonra pik nöqtəsinə çatdı. 1980-1990-cı illərdə “Ohayo” tipli yeni sualtı qayıqlar, BSQR Trident D-5, qitələrarası ballistik MX raketləri və B-1, B-2 bombardmançıları silahlanmaya qəbul edildi.

Hazırda Rusiya strateji qüvvələrinin modernləşdirmə üzrə tempi Amerikanı açıqca üstələyir, lakin on ildən sonra vəziyyət tamamilə başqa cür görünəcək.

Rusiya 2020-ci illərin əvvəlinə – iqtisadi çətinliklər mane olmasa – strateji qüvələrin yenilənməsi üzrə öz proqramının böyük hissəsini başa çatdıracaq (Ola bilsin, yeni bombardmaçının yaradılması üçün layihə istisna olmaqla).

Bu arada ABŞ 2020-ci ilərin ortalarında “Ohayo”nu əvəzləyəsi yeni strateji atom sualtı qayıqları, uzaqmənzilli yeni bombardmançılar və güman ki, döyüş başlıqlı yeni qanadlı raketlər inşa edəcək. ölkə həmçinin ya yeni QBR-lər yaratmağa, ya da Minuteman-III-lərin xidmət müddətini uzatmağa girişəcək (ikinci variant ucuz başa gələcək). Müvafiq surətdə strateji modernləşdirmə sahəsində artıq ABŞ üstün olacaq.

üçüncü qənaət bundan ibarətdir ki, ABŞ-da və Rusiyada strateji silahlanmanın inkişafına yanaşmada fərqlənirlər. Rusiya bir zamankı SSRİ kimi, adətən, strateji silah yaradır, onu cəbbəxanada az müddətdə saxlayır. Amerikalılar isə silahlanmada onun analoqunu saxlayıb, sonra hesabdan silib yenisini yaradırlar.

Amerika hərbçiləri raketlərdən uzun müddət istifadə edilməsinə üstünlük verirlər. ABŞ tez-tez istismar müdətinin uzadılması üzrə proqramlardan istifadə edir. Bu, raketləri qoruyub saxlamağa və modernləşdirməyə imkan verir. Pentaqon məsrəf, etibarlılıq və effektivlik baxımından bu variantı ən yaxşısı hesab edir.

Deyək ki, ABŞ HHQ Minuteman-III QBR silahlanmaya 1970-ci ildə qəbul edib. Yeni SHS müqaviləsinə əsasən, Amerika onda olan bu tipli bütün raketləri saxlayır. Minuteman-III 2030-cu ilədək sırada qalacaq və üstəlik, onun xidmət müddətinin daha çox uzadılması müzakirə olunur.

Minuteman-III-ün Rusiya anoloqu RT-2PM-dir. Bu raketlər silahlanmaya ilk dəfə 1985-ci
ildə – Minuteman-III-dən 15 il sonra daxil olub. Hazırda Rusiya cəbbəxanasında onlardan cəmi 15-i qalıb və hətta bu qalıq tez olmasa da, 2020-ci ildə hesabdan silinəcək. RT-2PM-lərin əksəriyyəti Minuteman-III-ün xidmət etdiyi müddətin, təxminən, yalnız üçdə birini xidmət edəcək.

İki ölkənin silahlanmasındakı sualtı qayıqların ballistik raketlərini nəzərdən keçirək. Rusiya ilk sınaq buraxılışı 2005-ci ildə baş tutmuş “Bulava” raketini sıraya çıxardır. Amerika donanmsı ilk dəfə 1987-ci ildə sınaqdan keçirilmiş və 1990-cı ildə silahlanmaya cəlb edilmiş Trident D-5-dən istifadə edir. Lakin “yeni” həmişə “yaxşı” demək deyil. Son on ildə “Bulava” 21 dəfə sınaqdan keçirilib. Buraxılışların 40%-i uğursuz başa çatıb. Trident D-5 Rusiya raketindən yaşlıdır, lakin onun hesabındakı uğurlu sınaq buraxılışlarının sayı ard-arda 140-dan çoxdur.

Bütün bunlar o demək deyil ki, Birləşmiş Ştatlar srtateji qüvvələri modernləşdirmək üzrə Rusiya proqramına etinasız yanaşmalıdır. Onun bəzi elementləri, sözsüz ki, təşviş yaradır.

Deyək ki, Rusiya hərbçiləri hazırda yeni “Sarmat” QBR üzərində işləyirlər. Güman ki, o, 10-15 döyüş başlığı daşıya bilər. Maye yanacaqlı bu raket mobil olmaq üçün çox iridir və şaxtadan buraxılacaq. Rusiya analitikləri bu layihəni potensial qeyri-stabillik yaradıcı kimi tənqid edirlər – xüsusən də böhranlı durumun fonunda.

Onların sözlərinə görə, böyük, çoxlu döyüş başlığı ilə təchiz edilmiş QBR qabaqlayıcı zərbə üçün şaxtada yaxşı hədəf ola bilər. Yeri gəlmişkən, ABŞ HHQ-nin Minuteman-III QBR-in başlıqlarının azaldılması qərarı qismən bununla əlaqədar idi ki, böhran halında bir döyüş başlıqlı QBR-in yerləşdiyi şaxta hədəf kimi az cəlbedici olacaq.

Rusiya əvvəlki kimi ABŞ-ı fiziki baxımdan məhv edəsi yeganə ölkə olaraq qalır. Buna görə də onun strateji qüvvələrini hesaba almamaq düzgün deyil. Bu o deməkdir ki, Vaşinqtonun öz strateji qüvvələrinə xüsusi diqqət ayırması lazımdır. Lakin o bunu unutmağa başlamasa, Rusiyanın nüvə proqramlarına görə təşvişə düşməyə ciddi səbəb olmayacaq. Xüsusən də Moskva SHS barədə yeni müqaviləyə əməl etməyi davam etdirincə…

Qeyd edək ki, indiyədək heç bir Amerika generalı deməyib ki, Rusiya ilə nüvə cəbbəxanalarını dəyişmək istərdi.

Stiven Payfer nüvə silahının yayılmaması və üzərində nəzarət üzrə Brukinqs Layihə İnstitutuna başçılıq edir.

(“The National Interest”, ABŞ)

Qaynaq: İnopressa.ru

çevirən – Fərzuq Seyidbəyli




Yuxarı Əvvələ Ana Səhifə