XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2016 - 18:19

Norveç eksperti:“Tramp yoxsul ölkələri daha da yoxsullaşdıracaq” – Təhlil

t

© AP Foto, Audrey McAvoy

 

Frude Anderssen

Dagbladet (Norveç), 27.11.2016

 

Donald Tramp bazar ertəsi xəbər verib ki, prezident kimi ilk addımlarından biri Transsakitokean tərəfdaşlığı haqda ticarət sazişinin qüvvəyə minməyinə maneçilik olacaq. Ekspertlər hesab edirlər ki, bu, Çinin dünya ticarətinə təsirinin artımına şərait yaradacaq. Bu yöndə inkişaf isə davam etsə, Avropa və Şimali Amerikaya mühacir axınının çoxalmasına səbəb olacaq.

Transsakitokean əməkdaşlığı Asiya, Şimali və Cənubi Amerikanın 12 ölkəsi arasında fevralda imzalanmış ticarət müqaviləsidir. Lakin hazırda Tramp istəyir ki, müqavilə ratifikasiya olunmamış ondan çıxsınlar.

 

Trampın niyyətlərinin ziddinə olaraq

 

Oslo universitetinin ictimai iqtisadiyyat fəxri professoru Onund Hyulland hesab edir ki, bu, Çinin ticarət və bazara təsirinin güclənməsinə səbəb olacaq ki, Trampın məqsədi bu deyil. Hyulland bunu belə izah edir: “Bu, qətiyyən Trampın məqsədi deyil, lakin bu addımın nəticələri məhz bu ola bilər. O zaman Transsakitokean əməkdaşlığı haqda müqavilənin digər tərəflərinin Çinə müraciət və onunla danışıqlar aparmaq üçün əsaslı bəhanəsi olacaq”.

Ölkələr arasında ticarəti məhdudlaşdıran iqtisadi siyasət barədə danışarkən proteksionizm anlayışı işlədilir. Tramp hesab edir ki, beynəlxalq ticarət Amerikada iş yerlərinə məhvedici təsir göstərir, o, mövcud ticarət sazişlərini pozmaq istəyir.

 

“Yoxsullar daha da yoxsullaşacaq”

 

Kəşfiyyatın keçmiş şefi və indi DNB konsernində risklər analitiki Xyell Qrandhagen Trampın ticarət siyasətinə tənqidi yanaşır. O, hesab edir ki, hazırda nəticələrə malik ola biləsi prosesin başlanğıcını görürük. O deyir: “Narahat olmağa əsas var ki, ardınca digər tədbirlər də gələcək – məsələn, başqa ölkələrə, misal üçün, Meksikaya münasibətdə cərimə vergisi. Bu, yoxsulluqdan çıxmağa çalışan ölkələrin durmunu köklü şəkildə mürəkkəbləşdirəcək, çünki öz mallarını varlı dünyaya daha sata bilməyəcək”.

Qrandhagen hesab edir ki, bu, ona səbəb ola bilər ki, yoxsul ölkələr daha da yoxsullaşacaq və daha çox adam Avropa və Şimali Amerikaya qaçmaq istəyəcək. O həm də hesab edir ki, adamların qaçdığı ölkələrdə hansısa həlledici qərarlar qəbul etmək lazımdır, lakin proteksionizm  daha pisdir, təsəvvür etmək mümkündür ki, o, bu adamları yoxsulluqdan çıxmaqda yeganə yoldan məhrum edir.

O bildirir: “Mənə elə gəlir ki, mühacirət artımı böyük risklə bağlı məqamlardan biridir. Bu, sonra daha böyük narahatlığa gətirəcək. O zaman isə müharibə və münaqişə təhlükəsi çoxalır – həm ayrı-ayrı ölkələr daxilində, həm də ölkələr arasında”.

 

“Bu cür tədbirlər üçün əsaslar var”

 

Onund Hyulland deyir ki, tamamilə mümkündür ki, gömrükxana, həmçinin məhdudiyyətlər kimi proteksionist tədbirlər yoxsul ölkələrə ziyan vura bilər. Bununla bərabər, o, hesab edir ki, bu cür tədbirlər üçün əsaslar var.

O düşünür: “İrimiqyaslı proteksinozim pisdir, lakin ayrı-ayrı tədbirlərin qəbul edilməsi üçün əsaslar var. Məsələn, Norveç öz kənd təsərrüfatını saxlamaq istəyir, eyni zamanda sənayeləşmə astanasında duran inkişaf etməkdə olan ölkələr də öz sənayelərini müdafiə etmək üçün əsaslı səbəblərə malikdir”.

 

Tərcümə Strateq.az-ındır.