XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 Mart 2015 - 16:23

Elman Rüstəmovun qərarıından bir ay ötdü – ekspert təhlili
Manatın ucuzlaşmasından bir ay ötdü - ekspert təhlili
Manatın devalvasiyasından bir ay ötdü. ötən ayın 21-i, şənbə günü Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, avronun isə 1.1950 AZN səviyyəsində müəyyən edildiyi bəyan olundu.
Fevralın 20-də isə 1 ABŞ dolları 0,7862 manat, 1 avro 0.8934 manat idi. Beləliklə, bir gündə manat dollar qarşısında 33% (26,34 qəpik), avro qarşısında isə təxminən 34% (30,16 qəpik) dəyər itirdi. Manatın ucuzlaşması iş adamlarını hərəkətə keçirdi. ölkə iqtisadiyyatının bütün sahələrində bahalaşma bir epidemiya kimi yayıldı. Ən çox da ərzaq məhsullarının bir gecədə bahalaşması əhalinin əsəblərini tarıma çəkdi. Hökumət bahalaşmanın qarşısını almaq üçün inzibati tədbirlərə əl atsa da bu qismən vəziyyəti sabitləşdirə bildi.
Xatırladaq ki, devalvasiyadan bir neçə gün öncə hökumət manatın öz sabitliyini qoruyub saxlayacağını bəyan etmişdi. Bu baxımdan Mərkəzi Bankınn qəfil qərarı və tətbiq etdiyi sərt devalvasiya iş adamlarını da zərərə uğratdı. Dollarla kredit götürən vətəndaşlar, banklarda əmanəti olanlar və ən əsası əhalinin aztəminatlı hissəsi bu bir ayda daha çox gərginlik yaşadı.
Bəs, görəsən hökumətin bu qərarının hansı müsbət cəhətləri oldu? Manatın devalvasiyası ilə ölkə nə itirdi, nə qazandı? Bayramdan sonrası üçün verilən bahalaşma pronozları özünü doğruldacaqmı?
Musavat.com-un bu suallarını cavablandıran iqtisadçı ekspert Samir Əliyev vurğuladı ki, devalvasiyanın nəticələri martın sonlarından etibarən daha ciddi şəkildə özünü göstərəcək: “Bildiyiniz kimi, fevralın 21-də manat devalvasiyaya uğradı və 34 faiz dəyərin itirdi. Devalvasiyadan sonra müşahidə olunan ilk proses ticarət obyektlərinin qiymətləri qaldırması oldu. Bu zaman cəmiyyətdə çox böyük bir ajiotaj yarandı. çünki artım devalvasiyaya uyğun deyildi. Əgər manat 34 faiz dəyər itirmişdisə, qiymət artımı 20 faizdən 50 faizədək yüksəlirdi. Bəzi məhsulların qiymətində daha çox artım var idi. Hökumət bahalaşmanın qarşısını daha çox inzibati yollarla almağa çalışdı. Demək olar ki, əksər yerlərdə qiymət artımına imkan verilmədi. Qiymətlər əvvəlki səviyyəyə endirildi. Bu bir ay ərzində təbii ki, əhalinin manata olan etibarının azalması baş verdi və manatla yerləşdirilmiş depozitlər kütləvi şəkildə dollara çevrilməyə başladı. Yəni vəsaitlər ya bank sektorundan geri çəkildi, ya da ki, dollara keçirilərək yatırıldı. Bunun da səbəbi ondan ibarət idi ki, insanlar qazandıqları faizi itirməli olurdular. Bu səbəbdən müqavilə müddəti bitməmiş banklardakı vəsaitlərini dollara çevirdilər. Manatın dollarla münasibətdə devalvasiyası digər valyutalarla müqayisədə də özünü göstərdi, manat digər valyutalar qarşısında da dəyərini itirdi. Son bir ay ərzində manatın devalvasiyasından sonra dolların cüzi ucuzlaşması baş verdi və hökumət də manatı cüzi bahalaşdırmaqla əhaliyə manatın güclü olmasını göstərmək kimi siyasət yürütdü. Digər valyutalarla münasibətdə də manat cüzi bahalaşdı. Məsələn, avro son bir ayda manata münasibətdə 6 faizə qədər öz dəyərini itirib. Türk lirəsi də həmin səviyyədə ucuzlaşıb. Britaniya funtu təxminən 3 faiz ucuzlaşıb. Rubl isə dəyişməz qalıb. Manatın həmin valyutalara münasibətdə möhkəmlənməsi məhz həmin valyutaların ucuzlaşması ilə bağlıdır”.
Ekspertin sözlərinə görə, devalvasiyadan əsas zərbə bank sektoruna dəydi: “çünki burada bir tərəfdən əhalinin kütləvi şəkildə əmanətlərini manatdan dollara çevirməsi prosesi başladı, digər tərəfdən vaxtilə dollarla götürülmüş kreditlərin qaytarılması ilə bağlı problemlər yaşandı. Bu vəsaitlərin köhnə, yaxud yeni kursla qaytarılması da uzun müddət müzakirə mövzusu oldu. Təbii ki, bu məsələdən çıxış yolu kimi Mərkəzi Bank bankları bu ziyandan çıxarmaq üçün dəymiş zərəri ödəmək kimi addımlar atdı. Bunlardan biri valyuta mövqeyinə dair limitin ilin sonuna qədər dondurulması oldu. Devalvasiyadan sonra ölkədə kütləvi şəkildə dollar alışı və ya əmanətlərin dollara konvertasiyası bir çox bankarın valyuta mövqeyinə təsir etməklə onların Mərkəzi Bank qarşısnıda götürdükləri öhdəliyin pozulması ilə nəticələndi. Mərkəzi Bank banklara ilin sonuna kimi vaxt verdi ki, bu problemlərini həll etsinlər. İkinci bir dəstək aktivlərlə bağlı oldu. Mərkəzi bank banklara aktivlərini restruktruzasiya etmək zamanı xeyli güzəşt verdi. Əgər restruktruzasiya zamanı banklar 30 faiz ehtiyat yaratmalı idilərsə, son dəyişiklikdən sonra bu səviyyə 5 faizə düşdü. Bu da banklar üçün əlavə imkan yaratdı. O baxımdan ki, onlar 30 faiz restruktruzasiya olunmuş aktiv yaratmaq üçün mütləq kapitallarına müraciət etməli idilər. Bu da bankların kapitallarının əriməsinə gətirib çıxara bilərdi. Mərkəzi Bankın üçüncü dəstəyi depozitlərə görə ayrılan ehtiyat normalarıdır. Bu əvvəllər 2 faiz idisə, bu faiz 0,5 faizə qədər endirildi. Bu onu göstərir ki, banklar bu vaxta qədər cəlb etdikləri hər 100 manatın 2 manatını ehtiyat kimi saxlayırdılarsa indi 50 qəpik saxlamalıdırlar. Bu isə onların imkanlarını artırır. Bir sözlə, Mərkəzi Bankın bu addımı banklara 200 milyon manatdan çox xeyir verdi”.
Samir Əliyev son bir ayda Azərbaycan banklarının reytinqdə geriləməsində devalvasiya faktının əsas rol oynadığını bildirdi: “Devalvasiya bank sektoruna çox böyük zərbə vurdu. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın bir sıra banklarının reytinqdəki mövqelərini nisbətən aşağı saldı. Qeyd edildi ki, əgər konkret addımlar atılmazsa, hökumət tərəfindən banklara dəstək olmazsa gələcəkdə reytinqlər daha çox aşağı salına bilər və bu bank sektorunun gələcəkdə ala biləcəyi zərbələrin hələ uzun müddət davam edəcəyini göstərən bir amildir.
Devalvasiyadan sonra Mərkəzi Bankın invertasiyası demək olar ki, yox səviyyəsindədir. Halbuki, ona qədər ehtiyatlarından xeyli vəsaitlərindən xərcləmək məcburiyyətində qalmışdı. Ancaq insanlarda bir etimadsızlıq yaranıb və gözləntilər var ki, manat bundan sonra da ucuzlaşa bilər”.
Daşınmaz əmlak bazarına gəlincə, iqtisadçı ekspert qeyd etdi ki, burada əvvəldən mövcud olan durğunluq devalvasiyadan sonra bir qədər də artdı: “Mənzillərin qiyməti daha çox dollarla ifadə olunmağa başladı. Əgər bundan sonra bazara təsir göstərən hər hansı amil olmasa məznillərin qiymətlərə ucuzlaşmaqda davam edəcək. Bu amillərdən biri nefin bahalaşması, digər isə hökumətin ipoteka strategiyasına dəyişiklik edərək bazara pul buraxması kimi addımlar ola bilər. Əgər bu amillər olmasa mənzillər ucuzlaşacaq və istər daşınmaz əmlak, istərsə də avtomobil bazarında bundan sonra sövdələşmələr dollarla aparılacaq”.
“Bundan sonra bizi nə gözləyir” sualını cavablandıran S.Əliyev bildirdi ki, hökumət inzibati yollarla uzun müddət bahalaşmanın qarşısını ala bilməyəcək: “Novruz bayramından sonra, martın sonlarından etibarən bütün sahələrdə biz qiymət artımı müşahidə edəcəyik. Nəzərə alsaq ki, ölkəyə qeyri-ərzaq malları əsasən xaricdən gətiri
lir, ərzaq məhsullarının isə təxminən yarısı idxalın hesabına təmin edilir, deməli, devalvasiya bütün sahələrə təsir göstərəcək. Bu artım yəqin ki, tədricən davam etdiriləcək. Mən orta hesabla qiymət artımının 20 faiz civarında olacağını güman edirəm. Bəzi məhsulların daha çox, bəzilərinin isə daha az artım baş verə bilər”.