Yirji Penyas
Echo24 (Çexiya), 29.11.2016
Yaddaşım məni aldatmırsa, hazırcavablığa rusca zarafat (шуткa) deyirlər, kimin barəsində isə ağıllı fikir demək “zarafat etmək” (пошутить) deməkdir. Və budur, Vladimir Vladimiroviç Putin bir neçə gün əvvəl bir növ teleşouda coğrafiyadan biliyini yoxladığı balaca bir oğlanla zarafat edib… Rusların şouları qəribədir.
Qorxmuş uşaq, arxetip Koli Rusiyanın kimlərlə həmsərhəd olması haqda suala səylə cavab verirdi, bundan sonra Putin onun sözünü ağzında qoyub dedi: “Rusiyanın sərhədi heç harada bitmir” – və güldü. Zalda ruslar da gülüşdülər. Ha-ha-ha.
Rus güləndə onun gülüşü çox vaxt nəhs səslənir və sanki haradansa soyuq gəlir.
Təəssüf ki, Putin həiqqəti deyib. Bunu hamı bilir, amma bundan danışmaq qeyri-məqbuldur – dünyada nüfuz aşağı düşər. Ona görə yox ki, yaxşı nüfuz rusları qayğılandırır və hər halda bu haqda tez-tez danışmamaq daha yaxşıdır – indiki haldakı kimi bəzən siqnal vermək yetərlidir.
Ola bilsin, Freydin zarafat nəzərəiyyəsinin gerçəkləşməsi ilə uğraşırıq və söhbət hansısa dilxorluğun dəf edilməsindən gedir, “hirs soyudulur”. Sadəcə, biz ruslar zaman-zaman əcnəbiləri qorxudurmuşuq. Bizim sərhədimiz yoxdur və biz hər yerdəyik. Ha-ha-ha. Biz sizi – sərhədlərimizə “sanki” yaxın olanları – istənilən an işğal edə bilərik. Axı siz bizimsiniz. Əgər bu cür düşünmürsünüzsə, sizi öz ağuşumuzla inandırarıq.
Rus hüdudsuzluğu – rus taleyi və rus qarğışıdır. O, sonsuz düzənliklərə yayılmış və harada dayanacağını bilməyən bu çöl xalqının genetik koduna qeyd olunub.
Rusiya tarixi – mürəkkəb ləkəsinin çöllər boyu süzülməsinin tarixidir. Şərqdə Rusiyanın sonu yoxdur, şimalda okeanla və Sovet-Finlandiya müharibəsində özünü qorumuş finlərlə məhdudlaşdırılıb. Cənubda Qafqaz və səhralardır, lakin ayaqları cənub okeanlarında yumaq xülyası – ümumiyyətlə, bu, ruslarda nadir arzudur – hüdudsuzdur.
Hesab edilir ki, qərb istiqamətində – və bu bizim üçün də son dərəcə maraqlıdır – ruslar tədricən və hansısa səhvdən müvəqqəti ukraynalı, belorus, polyak, slovak və nəhayət, həmçinin rus olmayan, lakin hələlik sadəcə, bunu başa düşməyən çexlərlə əvəz olunur.
Ruslar üçün estonlar, latışlar, litovlar möcvcud deyillər: azdırlar və madam kimsə azdır, onda ruslara gülməli görünür. Biz də yetərincə azıq, amma fəlakət burasındadır ki, slavyanıq. Slavyan rus üçün hər şeydən əvvəl rusdur. O qədər mərhəmətli qəlbi olan və bu cür dağıdıcı ehtirasla keçirdiyi burnufıtrılıqlı yaşamı bizimlə bölüşmək istəyən, bizi bu qədər sevən istənilən rus bizə deyər – “Siz bizimsiniz”.
Bizim onlara cavab verməyimiz gərəkir – ən yaxşısı, elə həmin zarafatla. Deyək ki, Rusiyanın var olmadığı və orada monqolların yaşadığı haqda.
Tərcümə Strateq.az-ındır.