Focus (Almaniya), 29.11.2016
"Focus" jurnalının keçmiş baş redaktoru Ulrix Rayts Rusiya Federasiyası prezidenti Vladimir Putinə xitabən, Rusiya-ABŞ və Rusiya-Avropa münasibətlərinə dair maraqlı bir yazı ilə çıxış edib. Bu müraciət-yazıda Putin-Tramp anlaşmasının Avropaya necə zərbə vuracağından bəhs edilir:
"Çox hörmətli Vladimir Putin!
Arzularınızın gerçəkləşməsinə gəlincə, siz artıq hədəfin yanındasınız – Qərb əldən düşüb və tükənib.
Və heç kim deyə bilməz ki, bunda günahkar sizsiniz. Donald Tramp seçkilərdəki qələbəsi ilə dünyanı qarma-qarışıq hala salıb və soruşulsa ki, bəs baş vermiş hadisələrin nəticəsində kimi qalib saymaq olar, onda heç cür sizdən yan keçmək mümkün olmayacaq. Birləşmiş Ştatların prezidenti yeni çarın sevimlisi kimi – nə zamansda belə bir şey olubmu? “Bu Donald” hələ vəzifəsinə başlamayıb və buna görə də proqnozlar vermək risklidir, amma buna baxmayaraq, bax, bunu etiraf etmək olar – öz postunu tərk edən prezident Barak Obama vida səfəri zamanı ona ağı deyən Avropanı əmin edib ki, Trampın dönəmində də NATO tərəfdən müdafiəyə münasibətdə heç nə dəyişilməyəcək. Özlüyündə bu cür olsaydı, bunu deməyə ehtiyac olmazdı.
Avropalılar Obamanın dönəmində sizin Rusiyaya münasibətdə sanksiyaları yekdilliklə təsdiq ediblər və bunun ancaq Trampın bu sanksiyalardan imtina edəcəyindən qorxduqları halda mənası var. Və bu cür qorxu əsassız deyil.
Estoniya prezidenti Kersti Kalyulayd seçkilərdə Donald Tramın qələbəsindən birbaşa sonra Almaniyaya rəsmi səfərində bildirib ki, Almaniya öz rolunu “daha çox dünya dövləti kimi” müəyyən etməlidir. Bu isə, bax, bunu ifadə edir: Estoniya Tramp Amerikasının onu sizin Rusiyadan daha qorumayacağını mümkün sayır. Bunu isə Merkellə avropalılar qoşqu burazı ilə edəcək.
Polşa hökuməti sual edir: Pomorsk rayonunda Slupsk şəhərində raket bazasının, yəni özünəməxsus antirusiya müdafiə səddinin inşasına nisbətdə Obama ilə saziş hələ də qüvvədədirmi?
Fransa prezidenti Fransua Olland deyir ki, gələcəkdə Avropa özü öz müdafiəsinin qayğısını çəkməli olacaq və bu ondan xəbər verir ki, Tramp Amerikası, ola bilsin, Avropanın müdafiəsinə daha özünün bir nömrəli vəzifəsi kimi yanaşmayacaq.
Almaniya müdafiə naziri Ursula fon der Lyayenin sözlərindən aydın olur ki, “Birləşmiş Ştatlar Avropa passivliyini daha avtomatik şəkildə müvazinətləşdirməyəcək”.
Alman passivliyi, bax, bunu bildirir: ÜDM-in 2%-ni müdafiəyə xərcləmək öhdəliyi götürmək, sonra isə bu işə ancaq 1,19% qoymaq. Avropa passivliyi, bax, bunu ifadə edir: 28 dövlət 19 müxtəlif qırıcı və 12 yanacaq dolduran təyyarəyə sahib olmağı özünə rəva bilir.
Tramp şübhə edirdi ki, Demokratik Partiya təmsilçilərinə haker hücumlarının arxasında sizin kiberordu durur. Tramp sizin Suriyada mümkün hərbi cinayətləriniz haqda heç nə bilmək istəmir. Tramp Krımın qaytarılmasını istəmir. Tramp sizin Şərqi Ukraynadakı təcavüzünüzlə barışmağa hazırdır. MKİ-nin keçmiş direktoru Maykl Heyden bundan sonra Trampı “faydalı səfeh” adlandırdı.
Tramp sazişlər bağlamaq sahəsində bir mütəxəssis kimi sizinlə alver barədə razılığa gələcək – Suriyada heç bir ikitərəfli qarşıdurma olmayacaq, bunun əvəzində isə istisnasız olaraq İŞİD-ə qarşı birgə mübarizə. Cəllad və qatil, sizin müttəfiqiniz Bəşər əl-Əsəd Tramp üçün əhəmiyyətsizdir. Sazişlər bağlamaq ölkəsində indi birbaşa Amerika maraqları olacaq, bütün dünyada insan haqlarının möhkəmləndirilməsi üzrə (sizin Rusiyaya qarşı) fəaliyyət isə daha bu istiqamətə aid deyil. Xeyirxah, qoca respublikaçı cəngavərlər qışqırırlar: xəyanətdir! Reyqan dönəmindəki kimi onlar üçün Rusiya şər imperiyası olaraq qalmaqdadır. Sizin Rusiya Tramp üçün isə sadəcə var.
Nəticə: siz həmişə parçalanmış Avropanı əldə etmək istəyirdiniz və indi budur, Şərqlə Qərb arasında bölünmüş Avropanı əldə edibsiniz. Siz sülhsevərlik kimi Qərb dəyərlərini zəifliyin təzahürü sayırsınız. İndi Almaniyanın qəhrəmanlıqsonrası pasifizmi, həmçinin yaxşı cilalanmış antiamerikaçılığı onun və Avropanın zəifliyinə çevrilir. Parçalanmış Birləşmiş Ştatlar haqda heç vaxt xülyaya da düşməyibsiniz. İndi isə respublikaçılar qoca qırğılar və sazişlər üzrə yeni mütəxəssislərə bölünüblər. Qərb qəflətən sizin gözəl, yeni dünyanız olur.
NATO-ya səyahətin, bax, bu cür ssenarisi var – siz və Tramp Suriya üzrə saziş bağlayandan sonra Litvadakı önəmli rus azlığın təmsilçiləri sizdən yardım istəyəcəklər, çünki özlərini məzlum hiss edirlər. Siz ora hərbiləşdirilmiş dəstələr göndərəcəksiniz. Tramp bu vaxt pul barədə avropalılarla mübahisə aparacaq. Birləşmiş Ştatlar prezidenti bu durumda nə edəcək – həmişə sizin təsir zonanıza daxil olan litovlara kömək edəcəkmi? Buna görə Suriya üzrə əzəmətli sazişi təhlükə alıtnda qoymazmı? O, onilliklər ərzində ucuzcasına Birləşmiş Ştatların müdafisəi altında olan və buna görə amerikalı dostları məmnunluqla söyən, həmişə sızıldayan avropalılara güzəştə gedəcəkmi?
Avropa dünyanı heyvanları tumarlamaq mümkün olan zoopark kimi təsəvvür edir. Dünya Tramp və sizin üçün vəhşi, ibtidai meşədir. O qartaldır. Siz ayısınız. Qənimət uğrunda ovda.
Dosvidaniya,
Sizin Ulrix Rayts"
Tərcümə Strateq.az-ındır.