XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 10:14

Alman nəşri: “Hələbdə tökülən qanlarda Qərbin də əli var” – Təhlil

h

Hələbdə bombardmanın nəticələri

© REUTERS, Əbdülrəhman İsmayıl

 

Rayner Zollix

Deutsche Welle (Almaniya), 30.11.2016

 

Görünür, Bəşər Əsəd ordusu ən yaxın vaxtlarda Hələbi tam nəzarətə götürəcək. Bu – Qərbin fəaliyyətsizliyinin nəticəsdir.

Qərb siyasətçiləri neçə illər qeyd ediblər – Suriyada münaqişəni hərbi yolla həll etmək olmaz. Lakin Rusiya prezidenti Vladimir Putin və suriyalı pərvərdəsi Bəşər Əsəd iranlı və livanlı müttəfiqləri ilə aşkarca başqa fikrin tərəfindədirlər. Birhəftəlik bombardman və Hələbin şərq hissəsində aclıqdan sonra Suriya hökumət qoşunları və onu dəstəkləyən şiə bölmələri nə zamansa ölkənin iqtisadi mərkəzi olmuş şəhərin üsyançıların nəzarət etdiyi rayonlarını döyüşlə geri almağa başlayıb. Onlar insanların taleyinə etinasızdırlar. Onlar üçün yalnız hərbi qələbə və düşmənin devrilməsi vacibdir.

Bəs ABŞ və Avropa Birliyi nə edir? Əməli olaraq heç nə! Qərb xəbərdarlıq edir və qınayır, konfranslar çağırır, qətnamələrin qəbuluna təşşəbüs göstərir. Lakin əslində, sadəcə, müşahidə edir. Məhz buna görə müstəsna Hələb hadisəsi Qərbin Suriya siyasətinin tutarsızlığının daha bir təsdiqidir. Eyni zamanada Putin və Əsədə Hələbi nəzarətə götürmək artıq bir qədər gülüncdür: onlar seçkilərdən sonra ABŞ-da yaranmış hakimiyyət boşluğundan şüurlu şəkildə yararlanırlar. Lakin onlar bunsuz da istədiklərini edirdilər!

Barak Obama təkcə Donald Trampın seçkilərdə qələbəsindən sonra “topal ördək” olmayıb. O həmişə bu cür idi.

 

Günahın bir hissəsi Qərb ölkələrinin üzərinə düşür

 

Obama Suriyada sələfi Corc Buşun İraqda buraxdığı fatal səhvlərdən yayınmaq istəyirdi. Amma, həqiqətdə, Obama və bütün Qərb guya bu sülh kampaniyasının nəticəsində Suriya faciəsində iştirak etdi. Axı bu, hər şeydən əvvəl Rusiya və İranı, xarici siyasət baxımından ABŞ-ın getdikcə daha da etibarsız Səudiyyə Ərəbistanı və Türkiyə kimi müttəfiqlərini öz maraqları xeyrinə Suriyanı məzhəb və etnik baxımdan  qızışdırılan döyüş meydanına çevirməyə eyni dərəcədə təhrik edib. Bu yaxınlardakı duruma baxmayaraq, Suriya nifrət və zorakılıq spiralından çıxış yolu görünmür – eynilə siyasi və yaxud hərbi xarakterli “həll” kimi. Hələb yenidən doğrudan da Əsədin nəzarətinə keçsə, bu onun rejiminin gücünün qüdrətli, simvolik nümayişi olacaq. Bu, sübut edəcək ki, o, Rusiyanın müdafiəsi altındadır və onu devirmək mümkünsüzdür. Lakin həm mötədil, həm də radikal üsyançılar kənd yerlərində döyüşməyi davam etdirəcək və onları yaxşıca silahlandıracaq sünni müttəfiqləri yenidən tapacaqlar.

Nəhayət, İŞİD terrorçuları da heç hara qeyb olmayacaqlar – təkcə ona görə yox ki, Moskva və Dəməşq inandırmaqlarına baxmayaraq, İŞİD-lə kifayət qədər ciddi şəkildə mübarizə aparmayıb.  

 

Hərbi cani hakimiyyətdədir

 

Əslini desək, Hələb faciəsi artıq çoxdan məlum olan nəticələri simvollaşdırır: ehtimala görə, çağdaş dövrün ən böyük hərbi canisi Bəşər Əsəd Rusiya və İran onu devirməyə imkan verməsə, hələ uzun müddət hakimiyyətdə qalacaq, ABŞ isə bundan sonra da passiv şəkildə müşahidə edəcək. Lakin Əsəd Suriyada sülhü bərpa edə bilməz – hətta Suriya müxalifətinin ehtiyat etdiyi kimi Donald Tramp Suriyada öz səylərini Putinlə birləşdirsə də. Bu isə qətllərin davam edəcəyini bildirir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə