XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 12:25

İsrail müharibəyə hazırlaşır:“İran Yaxın Şərq uğrunda savaşı udur” – Təhlil

i

Ravid Qor

REGNUM İA, 04.12.2016

 

“Mida” liberal nəşrində Yaxın Şərq haqda dərc edilmiş icmal-təhli məqaləsi məlumat üzrə valehedicidir. Bu material ən diqqətli araşdırmaya layiqdir. Bar-İlan universitetinin professoru, ərəbşünas və teleaparıcı Mordehay Kider məqaləsinə “İranın dövrü: ayətullahlar Yaxın Şərq uğrunda döyüş uğrunda döyüşdə qalib gəlirlər” başlığını qoyub. Əslində, əsas nəticə başlıqda şifrələnib, bütün mətn isə başlığın əsaslandırılması və bunun necə dəhşətli olduğuna həsr edilib.

Kider təəssüflənir ki, amerikalı müttəfiqlər Obama administrasiyasının timsalında müttəfiq səudları və səudların yaratdıqları, Suriyada hökumət qoşunları ilə müharibə aparan terrorçu təşkilatları atır. Amerikalıların Suriyadakı terrorçulara Suriya və Rusiya təyyarələrini vurmaqdan ötrü müsair SZRK (səyyar zenit-raket kompleksləri) tədarük etmək bacarıqsızlığı da analitikdə az təəssüf doğurmur.

Müəllif vəziyyəti bu cür təsvir edir: “Obama Səudiyyə Ərəbistanı və onun  müttəfiqlərini avtobus təkərlərinin altına atdığı bir vaxtda Putin Əsəd və İranı var gücüylə dəstəkləyir”.

Onun sözlərinə görə, Yaxın Şərqə nəzarət uğrunda iki nəhəngin – Səudiyyə Ərəbistanı ilə İranın qarşıdurması davam edir. Savaş vasitəçi təşkilatların – səudlar tərəfdən İŞİD, Ən-Nusra, “Müsəlman qardaşlar” və digər vəhhabilərin, İran tərəfdən isə husilər, Hizbulla və İraq könüllü yığmasının əliylə aparılır. İran qalib gələrək praktik olaraq əl-Məşriqə – İsraildən şərqə bütün bölgəyə nəzarət edir və sülh sazişi bağlandıqdan sonra Yəmənin xeyli ərazisinə nəzarət persektivi əldə edir.

Kider İranın savaşda üstünlük əldə etməsinin səbəblərini açıqlayır: Rusiya tərəfdən gerçək dəstək, ABŞ-ın səudlar və terrorçular qarşısında müttəfiqlik öhdəliyini yerinə yetirməməsi, müttəfiqlərin maraqlarının qorunması məsələsində Obama administrasiyasının qətiyyətsizliyi, İrana dondurulmuş hesablardan çox böyük vəsaitlər əldə etməyə imkan verən nüvə sazişi, Səudiyyə Ərəbistanının pis iqtisadi durumu, türklər, səudlar və misirlilər arasında ittifaqın dağılması və nəticədə türklərin İŞİD-ə dəstəyi kəsməsi.

Professor soruşur ki, bəs yaranmış vəziyyətdə nə etmək olar?

İsrailin baş düşməni Putinlə dostluq etmək nuiyyətini ifadə edən” Trampa əsla ümid yoxdur. İsrailin müttəfiqləri – səudlar və İŞİD-in bundan sonra da Əsəd, ayətulla və ruslarla vuruşması üçün ABŞ-dan onlara dəstək gözləməyinə də dəyməz. Onda İsrailin ancaq özünə ümid etməyi, əzələlərini gücləndirib müharibəyə hazırlaşmağı qalır.

 

İsrail müharibə hazırlığını davam etdirir

 

Walla!News portalı xəbər verir ki, iki “Adir” təyyarəsi – İsrail versiyasında gözəgörünməz F-35I təyyarəsi dekabrın 12-də İsrailin  Negev səhrasında Nevatim bazasına enəcək. Nevatim bazasında bir-birilə əlaqəli bir neçə “Adir” təyyarəsinin eyni vaxtda uçuşunu yamsılamağa imkan verən müasir aviasimulyatorun və təlim sinfinin daxil olduğu yeni infrastruktur qurulub. Təhlükəsizlik kabineti noyabrın 27-də daha 17 F-35I gözəgörünməz “Adir” təyyarəsinin sifarişi haqda yekdilliklə qərar qəbul edib. Beləliklə, silahlanmaya daxil olacaq gözəgörünməz təyyarələrin ümumi sayı 50 ədəd təşkil edəcək. İsrail təhlükəsizlik naziri bu ilin avqustunda 2021-ci ilədək İsrailə gələcək 33 təyyarə alınması barədə ABŞ müdafə nazirliyi ilə saziş əldə edib. Bunların içində F-35I üçün İsrail silahlanma sisteminin sınaqdan keçiriləcəyi və hazırlanacağı bir təcrübə bortu olacaq.

Portalın xəbər verdiyi kimi, SAXAL həmçinin dördüncü nəsil yeni F-15 təyyyarələrnin də alınması imkanını nəzərdən keçirir.

Walla!News portalı dəqiqləşdirir ki, SAXAL-da xüsusi təyinatlı əlavə briqada yaratmaq məsələsi nəzərdən keçirilir və bu, Holan təpələri tərəfdən keçən sərhəd tərəfdən İŞİD təhlükəsi ilə izah olunur. Portal SAXAL-ın adını çəkməyən, əsasında yeni hissənin yaradılacağı aviadesnat briqadasını ən ağlabatn namizəd kimi göstərən yüksəkçinli zabitindən sitat gətirir. Anonim zabitin sözlərinə görə, “Xüsusi təyinatlı briqada elə şəkildə yaradılır ki, düşmən ərazisində hərbi əməliyyatları tam müstəqil şəkildə aparmağı bacarsın. Onun missiyası digər briqadaların  vəzifəsindən köklü şəkildə fərqlənəcək”.

Artıq üçüncü aydır, İsdrail mətbuatının səhifələrində İsrailin Almaniyadan yeni sualtı qayıqlar alması haqda sazişi ətrafında korrupsiya qalmaqalı səngimir. Bu fakt Rusiya oxucusunu az maraqlandırır ki, baş nazir Netanyahunun şəxsi vəkili və dostu Almaniya sualtı qayıqlar istehsal edən konserninin təmsilçisi çıxıb. Sövdənin başqa yönləri daha çox maraqlı görünür. Belə ki, keçmiş təhlükəsizlik naziri Yaalon və donanma rəhbərliyi yeni sualtı qayıqların sifarişini tamamilə lüzumsuz, israfçılıq addımı sayır. Bu fakta baxmayaraq, sualtı qayıqların alınması haqda qərar Netanyahu başda olmaqla Təhlükəsizlik Kabineti tərəfindən qəbul edilib.

IsraelDefence tematik hərbi saytı bu sövdələşmə ilə bağlı bəzi məsələləri nəzərdən keçirib. Məsələn, gərəksiz sualtı qayıqlar indi niyə sifariş edilib, sövələşmə dəyərinin üçdə birinin subsidiya edilməsində Almaniyanın maraqları hansıdır və əslində, İsrail hazırda Almaniyadan nə əldə edir? İsrail və Almaniya tamamilə yeni layihəli üç sualtı qayığın əldə edilməsi ilə bağlı deyil, qarşılıqlı anlaşma haqqa müqavilə bağlayıb. Gələcək submarinaların taktiki-texniki səciyyəsi hətta tərəflər arasında razılaşdırılmayıb da.

Hazırda İsrailin sərəncamında “Delfin” layihəli 5 sualtı qayıq var, bunların biri köhnə versiyadadır və daha biri hələ sıraya daxil olmayıb. Sonuncu, altıncı submarina 2019-cu ildə inşa edilməlidir. Xarici KİV-lərin məlumatına görə, İsrail öz submarinalarının 650 mm-lik torpedo aparatlarını nüvə döyüş başlığı daşıya bilən qanadlı raketlərin buraxılışı üçün uyğunlaşdırıb. Bu qayda ilə submarinalar nüvə silahının yerləşdirilməsində İsrail üçün yeganə etibarlı və toxunulmaz platformadır. Buna görə də hesab etmək məntiqlidir ki, hökumət cari hərbi vəzifələrin icrasında bu nüvə silahı daşıyıcılarının aşkar gərəksizliyinə baxmayaraq onu əldə etmək üçün əlverişli şəraitdən yararlanmağa çalışır.

Portalın qeyd etdiyi kimi, hazırda Almaniyada Merkelin başçılığı ilə İsrailə qarşı ən dost hökumət hakimiyyətdədir və o həm də yarım milyard dollar qiymətləndirilən sövdələşmə dəyərinin üçdə birini subsidiya etməyə hazırdır. Tam yəqin deyil ki, gələcəkdə də Almaniyada bu cür İsrailyönlü hökumət olacaq. Kansler Merkelin İsrail dövlətinin salamat qalması üçün ona gərəkli silahları təqdim etməyə dair dərin dini etiqadı var.

İddia edildiyi kimi, Almaniyanın marağı gəmiqayırma tərsanəsinin fasiləsiz işinin təminatıdır. Ənənə üzrə alman gəmiqayıranların sualtı qayıqlar inşası sahəsində bacarığı strateji aktiv sayılır. Bundan başqa, Almaniyanın indiki hökumətinin həqiqətən də İsrailə və onun hərbi ehtiyaclarına özəl rəğbəti var.

Bu arada İsrail jurnalistləri Almaniya ilə İsrail arasındakı sövdələşmədən kimin qazandığını aydınlaşdırıblar. Calcalist iqtisad nəşri Yedioth Aharonoth qəzetinin apardığı jurnalist araşdırmasına isnad edərək nağıl edir ki, Almaniyanın İsrail HDQ üçün bütün submarinaları və “Caar 6” gəmisini inşa edən ThyssenKrupp AG konserni qismən İranın IFIC dövlət investisiya şirkətinin mülkiyyətindədir. Bu təşkilat iki törəmə müəssisə vasitəsilə İran hökumətinin pullarını yatıran əsas dövlət şirkətidir və alman konserni səhmlərinin 4,5%-nin sahibidir. İsraildə İran səhmdarlarının SAXAL-ın ən məxfi layihələrindən biri üzrə məlumata çıxış imkanları ilə bağlı təşvişdədirlər.

 

“İsrail xırda qələbələrə sevinir”

 

IsraelDefence-in xəbər verdiyi kimi, Elbit şirkəti noyabrın 23-də press-reliz dərc edib ki, onun Elbit Systems of America törəmə şirkəti  IDIQ növlü beşillik tenderi udub və ABŞ ordusuna 103 milyon dollar dəyərində qeyri-müəyyən sayda minaatan komplekslərinin istehsal və tədarükünü həyata keçirəcək. Firma artıq ilk minaatanlara sifariş alıb. Elbit Nyu-Yorkun minaatanlar üçün komplektləyicilərin ikinci dərəcəli istehsalçısı olacaq US Army’s Waterviet Arsenal şirkəti ilə saziş imzalayıb. Bu müqavilə Elbit Systems of America firmasının ABŞ ordusu üçün minaatan komplekslər istehsalında liderlik statusunu möhkəmləndirəcək.

Walla!News portalı noyabrın 30-da hərbi anlitik Amir Buhbutun “Sükut – razılıq nişanəsidir: Kremlin sükutu İsrailin Suriyadakı qırmızı xətlərinin tanınmasını göstərir” başlıqlı məqaləsini dərc edib. O, Netanyahunun Vladimitr Putin üzərində “kiçik qələbəsi”ndən məmnunluq ifadə edir. Buhbut Suriya televiziyasının İsrailin noyabrın 29-dan 30-a keçən gecə Livan ərazisində guya “Hizbulla”ya silah daşıyan avtomobil dəstəsinə və Dəməşq rayonunda anbara aviazərbə endirdiyi haqda məlumatını şərh edir. Bununla bağlı Kremldən heç bir reaksiya gəlməyib.

Hərbi analitikin sözlərinə görə, bu fakt ondan xəbər verir ki, prezident Putin İsralin öz təhlükəsizliyi naminə gərək bildiyi hər kəsi, hətta İŞİD-lə mübarizədə Rusiyanın müttəfiqlərini də bombalamaq hüququnu qəbul edir.

Buhbut əndişəyə düşür ki, Suriya kampaniyasında ABŞ-ın hərbi iştirakını azaltmaq haqda seçilmiş prezident Trampın başçılığı ilə Ağ Evin qərarı Yaxın Şərqdəki nisbi tarazlığı pozacaq. Bu isə öz növbəsində ruslara özlərini daha asudə və İsrail qarşısında daha az öhdəlik hiss etmək imkanı verəcək. Lakin hələlik rusların oyun qaydalarını pozmaq əzmi yoxdur – İsrail pilotları S-300 və S-400 sistemlərindən çəkinmədən istədikləri yerdə sərbəst şəkildə uçurlar.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə